SİZ BU ÜSULU KİMDƏN ÖYRƏNDİNİZ – QORBAÇOVDAN, HEYDƏR ƏLİYEVDƏN, YOXSA …”!!!

PAYLAŞIN

“QORBAÇOV SİZİ İŞSİZ QOYUB, AMMA HƏBS ETMƏYİB, SİZ İSƏ …” 

Fb-NİN GÜNDƏMİNDƏN

İlham Əliyev Gənclər gününə həsr olunan toplantıda çıxış edərkən bildirib ki, 1990-cı ildə atam Heydər Əliyev sovet rəhbərliyinin əleyhinə bəyanat verdikdən sonra məni işdən çıxartdılar. Biləndə ki, Heydər Əliyevin oğluyam məni heç kim işə götürmürdü…

Bu hadisə Reyqanın “Şər imperiyası” dediyi, totalitar idarəetmənin hökm sürdüyü Sovet İttifaqında baş verirdi. Aradan 29 il vaxt keçib və məlum olur ki, İlham Əliyev 3-4 il də işsiz qalıb.

Cənab İlham Əliyev, siz işsiz qaldığınız o 3-4 il barədə çox üzülərək danışırsınız. Bəs haqq sözü dediyi, Azərbaycanı demokratik ölkə kimi gördüyü və mübarizə apardığı üçün 10 il, 15 il, 20 il, 25 ildir sizin hakimiyyətiniz sayəsində işsiz qalan, ixtisasını, gəncliyini, həyatını məhv etdiyiniz yüz minlərlə-milyonlarla insanımızın – bizlərin üzüntüsünü kimin ayağına yazaq?

Siz bu üsulu kimdən- Qorbaçovdan, Heydər Əliyevdən, yoxsa başqasından öyrəndiniz?

Valideynləri anladıq. Bəs ölkədə sizdən fərqli düşünən insanların övladlarını, yeni nəsli – gəncliyi işsiz qoymağı, siyasi mövqelərinə görə həm yeni, həm də orta, yaşlı nəsli həbsxanalara doldurmağı kimdən öyrəndiniz?
Qorbaçov sizi işsiz qoyub, amma həbs etdirməyib, siz isə insanları işsiz qoymaqla kifayətlənmirsiniz, həm də həbs etdirirsiniz. Fərqi gördünüzmü?

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*