“SİZ HANSI ƏXLAQIN, HANSI LƏYAQƏTİN DAŞIYICILARISINIZ?!”!!!

PAYLAŞIN

“A YADDAŞSIZLAR, AXI, ALLAH DA VAR …

… HEÇ OLMASA, ONU UNUTMAYIN!” !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Müxalifət bütün resusları ilə, sosial şəbəkələrdə, internet TV-də bütün çəbhə boyu Qurban Məmmədova qarşı son dərəcə murdar bir kompaniya başladıb. Hətta və hətta iqtidarın onlara qarşı mübarizədən daha iyrənc ! Əllərində imkanları olsa, ona qarşı, iqtidarın Gəncə hadisələrində həbs olunanlara qarşı, Tərtərdəki əsgər və zabitlərə qarşı törədilən işkəncələri verməkdən belə çəkiməzdilər! Nə baş verir?

Qurban Məmmədova atılmayan iftira, şər böhtan qalmadı daha! Qurban Məmmədovu DTX agenti, klan adamı, şəriət dövləti quran, müxalifəti parçalayan, rejimə işləyən satqın adlandıranlar, onu erməni adlandıranlar (Qurgen) siz hansı ƏXLAQIN, hansı LƏYAQƏTİN daşıyıçılarısınız ???!!! 

Azərbayçanın bu günkü rəzil vəziyyətdə, insanların həyatla, ölüm arasında çarpışmasının, haqsız-hüquqsuz kölə vəziyyətində yaşamasının səbəbkarı Qurban Məmmədovdur bəlkə? Bəlkə Qarabagı da ermənilərə verilməsinin səbəbkarı da Qurban Məmmədovdur?

Adamın viçdanı olar, axı, deyirsiniz ki, Heydər Əliyevi Qurban Məmmədov hakimiyyətə çagırıb, Qurban Məmmədov hakimiyyətdə təmsil olunurdu ki , Heydəri hakimiyyətə çagırsın? Axı, bu necə hakimiyyətin adamı olur ki, müxalifətin bütün seqmentindən içazəli mandat alanlar ( bəziləri iki dəfə ), öz adamlarına bir mandat da qıymırdılar, qəribədir deyilmi? Əksinə onu türmə ilə mükafatlandırırdılar! Vəkilliyin əlindən alırdılar, ən yaxın bir qohumuna dövlətdə iş də vermirdilər! 

Çox dərinə getmədən, hakimiyyətin agenti olan o adamın məhkəmə zalında Heydər Əliyevə, bu iqtidara dediyini hansı müxalifətçi və ya müxalifət lideri deyib? Qurban Məmmədovun dəmir barmaqlıqlar arasında dediyinin mində birini deyən biri varmı?!

Bu gün Qurban Məmmədovun aparmalı oldugu işi, ilk növbədə, qarşısına hakimiyyətə gəlməyi məqsəd qoymuş müxalifət partiyaları aparmalı idi. Onların 26 ildə apardıgı işlə Qurban Məmmədovun çəmi 1 ildə apardıgı iş arasında yerlə göy qədər fərq var! İnsanların kütləvi oyanışı, heydərizmin mahiyyəti, xalqın təşkilatlanması və s., xoşunuz gəlməsə də, onun işidir ! 

Ən son Gəncə hadisələrində tutdugu mövqe (indi iftira atılır ki, guya Qurban, adamlarl mitinqə çagirirdı, (arxivlər qalır, faktlar ortada), çeçenlərlə azərbayçanlılar arasında qarşıdurmada elədiyi fədakarlıq, Fuad Abbosuvun diaspora ilə baglı apardıgı işə dəstək, sonra onun həbsdən azad olumagına verdiyi dəstək. Bütün müxalifətin bir araya gəlməsi üçün etdiyi sonsuz çagırışlar …  Sadaladıgım məsələrdə müxalifətin, bütün internet TV-lərin tutdugu mövqeni isə hamı bilir!
(Sadaladıgım əhəmiyyətli məsəllərdə, heç bir prinsipal mövqe nümayiş etdirilməmişdir !)

Mən bütün məsuliyyəti ilə deyirəm ki, 19 yanvar mitinqinin kütləvi keçirlməsinin əsl səbəblərindən bəlkə də birincisi “AzerFreedom” kanalında aparılan təbligat idi (baxmayaraq ki, Qurban Məmmədov həmin mitinqlə baglı səhv mövqe tutdu).

Gələk bu günkü inqilab çagırışlarına! Maraqlı budur ki, inqilab çagırışını edən, Qabil Məmmədov da, Vidadi İsgəndərli də, AXÇ və Milli Şuranın qatı tərafdarlarıdır. Qurban Məmmədov sonra bu təşəbbüsə qoşulub və şübhəsiz ki, o radikal çagırışlara korekktələr etməli idi (zorakiliq elementləri ilə baglı olan hissəsində düzəlişlə qoşulmalıydı). Amma bu əsas verirmi ki, bu adam linç edilsin! Adamı az qala Vətən xaini adlandırırlar! Çıx istənilən TV-də bu adama sübut et ki, bu çür hərəkət hökümətə şans verəçək, baş verə biləçək hərakatın qarşısın alsın, insanların gözün qırsın!

Qaldı, hər şeyin düzünü demək lazımdır, bu günə kimi bütün məsələlər qaranlıqda qaldıgından, insanlar çox məsələrdən xəbərsizdir! Müxalifətə inamsızlıga gələndə, onun səbəbi də elə müxalifətin özündədir! Qısa keçərək onu deməliyəm ki, min bir əzabla qurdugumuz çumhuriyyəti bir ovuç xainlərdən qoruya bilmədik, millət sındı, 1998 də xalq Etibar Məmmədova səs verdi, səsləri qorumaga çəarəti çatmadı, 2003 də İsa Qənbərə xalq səs verdi, qorxusundan kabinetindən (sonra da evindən ) insanların qarşısına çıxa bilmədi, 2005 çi ildə xalq Azadlıq blokuna səs verdi, “Qələbə” meydanda Əli Kərimov heç kimlə məsləhətləşmədən mitinqin dagılmaması ilə baglı çagırış etdi, nətiçədə mitinq amansızcasına dagıdıldı və nətiçəni tələb etməyun qarşısı alındı.

Bu günkü durumda olmagımızın səbəbi bu qısa statusda son dərəcə ötəri baxışla olsa belə, görərik Qurbanın iynənin ucu boyda suçu yoxdur. Amma bu müxalifət xalqı toparlayıb, bu rejimi yıxa bilməyibsə, liderlərin günahıdır, heç zaman bir araya gələ bilməmələrindən (hər şeyə təkbaşına sahib çıxmaları üçün ), nətiçəsi göz qabagındadır, bu gün də birləşə bimirlər, son nəfəslərində, Azərbaycan üçün ən ağır faciələrinin anım günlərində, milli bayramlarımızda ayrı ayrılıqda öz “güçlərini ” nümayiş ( firqə maraqları ) etdirməsini, bu acınanacaqlı durumumuzda, xalqımızın çəkdiyi bu dərdlər, acılar belə bunları birləşdirə bilmirsə xalq, nəyə görə bunların arxasınça getməlidir, necə ki də getmir ! 

Belə mənəməlik anlayışı, iki ən böyük partiyanı – AXÇ və Müsavatı param parça etdi! 

Qurban Məmmdova qarşı yapılan son dərəçə ədalətsiz, ədəbsiz yazılar, məni zamanında “Lider”də gedən “Kuklalar”, “AzTV”-də gedən “Qara yara” verilişləri ağrıtdığı kimi ağrıtdı, hətta daha çox! Heç utanırsınızmı? Mən çox utanıram, həm də acıyıram sizin bu halınıza! Biz həmişə həqiqəti deməkdən çəkinmişik, ona görə bu gündəyik! Həqiqəti demək isə, nazir olmaqdan yaxşıdır!

—————————————————————————————-

P.S.

Nobel ödüllü, nəhəng yazıçı Markesin “Yüz ilin tənhalıgı” əsərində, belə bir epizod var, insanlar yaddaşlarını itirirlər və hərə bir əşyanın adını divara (hara mümkündürsə) yazırlar ki, unutmasınlar. Kənardan biri bunu görüb adamlara qışqırır ki, Allah da var, o kəlməni də yazın!

—————————————————————————–

P.P.S.

A yaddaşsızlar, axı, Allah da var, heç olmasa, onu unutmayın!

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*