SOS,  SOS, SOS !!!!!!!!

PAYLAŞIN

Azərbaycan  Əhalisinin   Nəzərinə!

Diqqətli olun və sayıq olun!!!

Əziz analar və atalar, bacılar və qardaşlar!

Bu gün olum yaxud ölüm anının ərəfəsindəyik. Hər kəs düşümüş olduğumuz situasiyanı şəxsən özü təhlil etməli və nəticə çıxarmalıdı. Ölkədə təsəvvür edilməsi belə mümkün olmayan təhlükəli vəziyyət yaranmışdır.

Mən etmiş olduğum müşahidələr və təhlillər əsasında böyükdən kiçiyə qədər hamının qarşısında tam məsuliyyətlə bəyan edərək bildirirəm ki, bu gün ayılmasaq sabah artıq gec olacaqdır. Ölkədə “koronavirus” bəlasına qarşı mübarizə adı altında əhalinin məhvi planı həyata keçirilir. Bu, çox soyuqqanlılıqla qəddarcasına, haralardasa düşünülərək planlaşdırılmış və ölkədən oğurlanmış trilyonlarla manat vəsait sərf edilməklə, dövlət resurslarından geninə – boluna istifadə olunmaqla əhalinin soyqırımı həyata keçirilir.

Bu artıq danılmaz faktdır ki, xalqa aşılanan dözülməzlik, ona göstərilən təzyiqlər, addım başı rastlaşılan təhdidlər onun səbr kasasını daşmasına hesablanmışdır. Hamınız, o cümlədən ölkədə hakimiyyəti mənimsəmiş xalqa düşmən  qüvvələr çox gözəl bilirlər ki, insanların əsəbləri buna tab gətirməyəcək və onlar Bakının küçələrinə axışacaqlar. Bu, kütlənin öldürücü virusla yoluxdurulması və məhv edilməsi üçün ən qısa yoldur.

Xəyanət və xəyanətkarlıq operativ qərargahla bağlıdır. Fitnəkar məkrli planını bu əsas üzərində qurmuş, İlham Əliyevin sədr kimi xalqa sırıdıldığı YAP iqtidarı insanların bu yolla tələyə salınması və nəticələrdən ötrü elə xalqın özünü günahlandırmaq üçün “mötəbər” əsaslar hazırlayır. Yoluxmalara süni şərait yaradılır Bakının Sumqayıtın su təchizatında düşünülmüş şəkildə uzun müddətli əsaslı səbəbsiz uzun müddətli fasilələrə yol verilir, şəxsi qiqiyenanın icrası əngəllənir. Bununla bağlı operativ qərargaha edilmiş müraciətlərlə əlaqədar heç bir tədbir görunmür. Yoluxma riskinin çox yüksək olduğu metronun faliyyəti dəvam etdirilir,açıq havada sərnişin daşımanın təşkili məqsədli şəkildə pozulur. Əhali üçün həyatı vacib əhəmiyyət daşıyan obyektlərin fəaliyyətinə qadağalar qoyulur, yoluxma etimalı 80%-dən yuxarı olan hakim ailəyə yaxın şəxslərin (Məs. Cavid Qurbanov)obyektləri gecə-gündüz yorulmadan işləyir,insanlar kütləvi şərtdə yoluxdulur.Təəcüb doğuran odur ki, bunu görənlər, şahidi və bir çox halda iştirakçısı olanlar, adekvat reaksiya vermir, bununlada düşmən qüvvələrə, həyanətkarlara xidmət etmiş olurlar.

Sinələrinə deputat znaçoku mıxlanmış, İlham Əliyevin təsdiq etmiş olduğu siyahı üzrə seçki qutularında istihsal edilərək respublika atmosferini  korlamaq üçün əraziyə buraxılmış şərəfli deputat adına ləkə gətirən üzdəniraqlar əhalidə ağalarının tapşırdıqları ssenari üzrə fikir formalaşdırmaq üçün dəridən və qabıqdan çıxırlar. Telekanallar onların əhalinin qıcıqlanan fizianomiyasını gördükdə qızışır, özlərini küçəyə tullamaq məcburriyətində qalırlar(lehinə bir vətəndaşın belə səs vermədiyi Aydın Mirzazadə, Oktay Əsədov, Səyavuş Novruzov(bu sayı 93-ə qədər uzatmaq olar)və bu siyahıdan olan digərləri deputat kresloluranı necə məmimsəyə biliblər? Sual şəxsən İlham Əliyevədir və o şəxsən cavab verməlidir çünki hazırda barmaqlıqlar arxasında oturan və oturdulmasının qaçılmaz olduğunu tam dəqiqliyi ilə bilən icra başçıları hamısı bir ağızdan xor oxuyaraq bildirirlər ki seçki protokolların saxtalaşdırılmasına məcbur edilməsinə dair göstərişi onlar şəxsən İlham Əliyevdən almışlar.

Milli Məclis, heç olmasa əhalinin hüquqlarının tapdalanmasına qanuni don geyidilməsinə çəkilin. Sonra bütün bunlarının bədəlini ödəmək lazım gələcək, onda isə nəsə əldə etmək iştahası ilə gəldiyiniz yeni vəzifə ilə yanaşı, azadlığınızı və indiyə kimi əldə etdiklərinizə də itirəcəksiziniz. Məhdudiyyət rejiminin sərtləşdirilməsi istiqamətində yenidərinliklər fəth edirsiniz. Bu təkcə şəxsi vicdansızlıq deyil Respublika insanlarına edilmış bağışlanılmaz cinayətdir. Belə gedərsə, çox çəkmədən minlərlə ailələrə  bədbəxtlik gətirəcək kütləvi aksiyalar baş qaldıracaq .

Mən keçən əsrin 88-ci ilində Sumqayıtda təşkil olunmuş hadisələrin ən qaynar mərkəzində olmuş və bütün problemləri bilavasitə öz dərisi ilə hiss etmiş bir vətəndaş olaraq indiki hadisələrin yuxarıda qeyd olunan istiqamətə kökləndiyini tam aydınlıqla görür və çox dərin qorxu, təşviş, narahatcılıq keçirirəm.

Bütün cidiliyi və məsuliyyəti ilə bəyan edirəm ki, bu işdə düşmən barmağı vardır. İcarçıların kimlər olduğu (yaxın günümüzdə qeyri-insani qanunsuz hərəkətlərinə son qoyaraq, özlərini neytrallaşdırmaqla əməllərindən əl çəkməsələr adları, soyadları və bir çox hallarda şəcərəsi barəsində məlumatlar internet resurslarında dərc ediləcəkdir. Bu gündə mən bunu edə bilərəm. Lakin, zaman kəsiyi çox həssasdır. İstənilən qığılcım söndürülməsi mümkün olmayan yanğına çevrilə bilər.

Əli Əsədovun rəhbərlik etdiyi höküməti mən tanımıram və tanımıyacağam. 2014-cü il “Qanlı devolvasiya”sının bir nömrəli təşkilatçılarından biri olmuş, minlərlə ailələri qəm,kədər, doğmalarının itkiləri, evsiz-eşiksiz, çörəksiz qoymuş, həyatının əsas qaniyəsi haramyolla  zənginləşmək, mümkün olduğundan artıq oğurlamaq olan insan Azərbaycan xalqının yox , yalnız İlham Əliyevin işinə yarayar, etimadını qazana bilər. Təəsüf edirəm ki,bu qanunsuz hökmətə qarşı Səbail rayon məhkəməsində qaldırdığım itdiaya  baxılması heç bir əsas olmadan geciktirilir.

İlham Əliyevə və Əli Əsədova Azərbaycan xalqının mövcudluğu bu cür sərf etmir. Onlar özləri törətdikləri əməllərin xalq qarşısında bədəlinin ödənilməsi zamanının yetişdiyindən qorxur, çaşqınlıq içərisindədirlər.

Mən üzümü müdrik xalqıma tutur və acizanə xahiş edirəm : 

1. Özünüzü İlham Əliyev, Əli Əsədov və onların ətraflarında birləşdirdikləri cinayətkarlardan qoruyun, onların təhdid və təziqlərinə soyuq başla müqavimət göstərin. Unutmayın ki, düşmən məkrlidir, hiyləgərdir və onun maraqları sizi kütləvi halda yoluxdurmaq problemini həll etmək və ən asan yolla insanların axırırna çıxmaqdır.

2. Toplaşmaq, küçələrə axmaq millətin, dövlətin və dövlətçiliyin varlığına real təhlükədir.Respublika əhalisinin yarısına yaxınının yaşadığı, yoluxmanın tüğyan etdiyi mərkəzdə sıxlığının azalmasının qarşısının alınmasına göstərilən təşəbbüslərin və səylərin və xalqa düşmən kəsilmiş rəhbər vəzifələrin mənimsəyənlər tərəfindən amansızlıqla alınır. Hər gün Bakıdakı real təhlükədən özünün, ailəsinin və yaxınların canını qurtarmaq üçün yollara çıxmış insanlar yollarda polis kardonunu deşib keçə bilmir. Real ölümün qucağına qaytarılırlar.

Əhaliyə dözülməz şəraitin yaradılmasına parralel olaraq Əli Əsədovun qərargahı ölkənin iqtisadiyyatının çökdürülməsi sahəsində də cinayətlərin sürətlə dəvam etdirir.

Əziz Analar, Atalar, Bacılar və Qardaşlar!

YAP-ın iqtidara gətirilməsi və onun otuz ilə yaxın ölkəni sökərək talamasına dözüm göstərilməsi millətə və xalqa ağlasığmaz həddə baha başa gəldi.İndi olumla ölum arasındayıq. Hər birinizi qucaqlayır və öpür ,təmkinli,səbrli olmağı,fitnələrə uymamağı və birinci növbədə özünüzü qorumaqı tövsiyə edirəm.

Sizlərə dərin sevgi və sayğılarla

Tahir Babayev

(050 –  331 – 58 – 11)

 30.06.2020.    

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*