SOS!!!   SOS!!!     SOS!!!

PAYLAŞIN

Məhkum Məmmədov ROYAL:

“Həqiqətən də mənə özümü öldürməkdən başqa çıxış yolu qoymurlar.”!!!

Qaralovun prokurorlarının və Məmmədovun hakimlərinin qanunsuz hərəkətləri vətəndaşı intihara təhrik edir. Faciənin qarşısının alınması üçün bütün vicdanlı insanlara müraciət olunur.

Mən özünü azərbaycanlı sayan, Azərbaycan torpağını özünə vətən hesab edən,  Azərbaycanda dövlətçilik ənənələrinin məhv olub getməsini özü üçün faciə kimi dəyərləndirən bütün vicdanlı azərbaycanlılara, dünyəvi dəyərləri qiymətləndirən bütün bəşər övladlarına müraciət edirəm.

Azərbaycandan bütün insani dəyərlər pula satılmış, korrupsiya, rüşvət o həddə çatmışdır ki, sadə insanların, zəhmət adamlarının bu ölkədə yaşaması artıq mümkün deyildir.

8 aydan yuxarıdır ki, bir ailənin 4 üzvü və onların ailəvi dostu olan digər bir nəfər təcridxanalarda çürüdülür, Qaralov (baş prokuror), Usubov (baş prokurorun I müavini) və Qurban Səfərov (istintaq qrupunun rəhbəri) indi onlara ümumilikdə 85 il müddətinə azadlıqdan məhrumetmə cəzası verirlməsini təmin etmişlər. Lənkəran Ağır Cinayətlər məhkəməsinin hakimi İlqar Abdullayev Baş Prokurorluqla biznes ortağıdır. Belə görünür ki, hakim şərəfinin, ləyaqətinin onun üçün qara qəpiklik qiyməti yoxdur. Əgər başqa cür olsa idi, bir sübut belə təqdim edilməyən işi bütün mövcud prosessual normaları, ölkə qanunlarını pozaraq kiçik bir epizod üzrə belə təqsirləri sübuta yetirilməmiş beş vətəndaş uzun müddətlərə azadlıqdan məhrum edilə bilməzdi.

Hadisə barəsində “ps-nota.com” saytında əvvəllər 2 dəfə yazılar dərc edildiyindən hadisə barəsində ətraflı yazılmasına ehtiyac olmadığından, heç bir təqsirinin olmadığına baxmayaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlqar Abdullayev tərəfindən 18 (on səkkiz il) həbs cəzasına məhkum edilmiş Röyal Məmmədovun vicdanlı insanlara müraciətini olduğu kimi köçürür və hamını onun köməyinə səsləyirik.

“İstintaqın gedişatına Məhkəmənin və prokurorun qərarına, Məhkəmənin işi ədalətlə yox ədavətnən aparır. Şikayətçilər məhkəmə və prokurora təzyiq göstərirlər. Məhkəmənin işi aparmasına və prokurorun ittihamlarıyla razı deyiləm. Ona görə də məhkəməyə çıxmaqdan imtina edirəm. Əgər ədalətli məhkəmə aparılmadığına inanmırsınızsa məhkəmənin hər kəs qabağında açıq keçməsini tələb edirəm. Bizim arxamızca kim gəlirsə o insanlara ya hədə-qorxu, ya da narkotiklə tutub Kürdəxanıya gətirirlər. Mən bu Azərbaycan dövlətinin Qanunlarının hər hansı bir müstəntiq və prokurordan ibarət olduğunu düşünmürəm. Kimlərinsə xahişi ilə 5 nəfər insanın həyatı ilə sanki bir əşya kimi davranırlar. Əgər bu dövlətin qanunları kimlərinsə xahişi ilə dəyişdirilə, tapdalana bilirsə, mən də bu dövlətdə yaşamağın mənasız olduğunu düşünürəm. Həqiqətən də mənə özümü öldürməkdən başqa çıxış yolu qoymurlar. Həqiqətin yox, özlərinin etmək istədikləri kimi davranırlar bizlərə qarşı. İnanıram ki, bəlkə hələ də bizim səsimizi eşitmək istəyən haqqın bərpa olunmasını görmək istəyən insanlar var. Bu yazının kimlərə çatıb çatmayacağını bilmirəm. Əgər mənə nəsə olsa, əgər bu kağız kiminsə əlinə düşsə heç olmasa ondan sonra da olsa həqiqətin üzə çıxmasına kömək etsinlər.

(Zəruri qeyd: Məhkum vətəndaşın məktubu əlyazma formasında olduğu kimi yığılıb – red)

İmza:                       Məmmədov Röyal”

Bir şey də nəzərə alınmalıdır ki, Prokurorların və hakimlərin cinayətlərinin qarşısının alınmasına borclu olan vəzifəli şəxslər özləri daha qatı cinayətkarlardırlar. Qanunsuzluqların təşkilatçıları və rəhbərləri bilavasitə onların özləridir. Ona görə də onlara hər hansı bir müraciət edilməsinə lüzum görülmür.

 Tahir BABAYEV

050 331 58 11   

13.11.2019

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*