Sözün məhvindən sonrakı mənzərə – ƏSARƏT

PAYLAŞIN

                                                                                                               Mehriban VƏZİR

“Ölkəsində ədalət keşiyində durmaq istəməyən ziyalının aqıbəti qazandıqlarını itirmək və sonunda əsarətə qatlanmaqdır.”

Heyif, səviyyəsizlik, savadsızlıq, ədəbsizlik, yalan və riya içində ötən illərdən!!!

Seçmələr

Təhsil və səhiyyə ayrıca və qorxunc bir dizidir. Söyləməklə bitməz. Azərbaycanın bundan sonrakı daha 50 ili təhsildəki rüşvət sisteminin məhvedici xəyanəti altındadır.
Səhiyyə cibyeyən gəmiricilərin, insafsız, mürvətsiz, eyni zamanda bisavad həkimlərin əsarətindədədir.
***
Rüşvət cəmiyyyəti çürütmüş, koorrupsiya dövləti oyuncaq halına gətirmişdir. Hər şeyi almaq-satmaq olar. Ən yüksək vəzifələri, hökumət kabinetində yerləri belə. Parlamentdə vəkil kürsülərini, hakimlik, prokurorluq, polis rəisliyi, icra başçılığı, rektorluq kimi strateji vəzifələri belə
***
Əsgərlər ac, çirkli, əzmsiz, vətənə, torpağa və zabitinə nifrətlə körüklənmişlər. Zabitlər cinayətə bulaşdırılmış, rüşvətxorluğa və mənəviyyatsızlığa düşürülmüşlər
***
Qoy Azərbaycan ziyalısı – istər ictimaiyyətçi, istər siyasətçi, istər qəzetçi, istər biznesmen, istər alim, istər yazar, istər idmançı, istər sənətçi olan Azərbaycan ziyalısı bu barədə düşünsün. Qaranlıq gələcəyinə bir diqqətlə baxsın.

                                                                                                                                                                                          

ans
“Səviyyəsizlik, savadsızlıq, ədəbsizlik, yalan və riyadan başqa, eyni zamanda, yerli tv-lər son illərdə Azad Sözün nə dərəcədə boğulmasının aynası oldu. Baxdıqca və nələr itirdiyimizi gördükcə daha çətin olur adama.”

Yerli tv-lərə baxmıram. Əlbəttə, bu qüsurdur. Amma inanın, gücüm çatmır. Bu həddə səviyyəsizliyə dözmək, sən demə, o qədər də asan deyilmiş.

Səviyyəsizlik, savadsızlıq, ədəbsizlik, yalan və riyadan başqa, eyni zamanda, yerli tv-lər son illərdə Azad Sözün nə dərəcədə boğulmasının aynası oldu. Baxdıqca və nələr itirdiyimizi gördükcə daha çətin olur adama.

Əsarət
“Azad Sözün boğulması nələrə aparıb çıxarır və bizi nələrə apardı? İndi biz haradayıq? Durduğumuz yer, mənəvi mənzərəmiz özündə nəyi ehtiva edir?”

Heyif, ötən illərdən bəri biz heç yerimizdə belə saymadıq, əksinə nəhəng geriləmə əldə etdik. Vətənimizdə göz görö-görə sözün boğazını üzdülər. Və biz heç nə edə bilmədik. Gücümüz çatmadı.Amma bununla bitərmi? Bitməz!

Azad Sözün boğulması nələrə aparıb çıxarır və bizi nələrə apardı? İndi biz haradayıq? Durduğumuz yer, mənəvi mənzərəmiz özündə nəyi ehtiva edir?

Söz Azadlığının məhdudlaşdırılması, demokratiyanın məhdudlaşdırılması, insan haqlarının məhdudlaşdırılması, qanunların işləməməsi, mövcud qanunların get-gedə mürtəceləşdirilməsi və nəhayət, bütün bunların nəticəsi olaraq ən dəhşətlisi – müstəqilliyimizin zərbə altına salınması. Mənzərə budur.

Azərbaycanın müstəqilliyi həqiqətən bu gün ciddi zərbə altındadır. Artıq Rusiya caynaqlarını haradan ilişdirmək haqqında daha ciddi tədbirlər tökməkdədir. Ölkəmizin sərhədlərini, silahlı qüvvələrini, dəniz donanmasını ələ keçirmək üçün daha ciddi addımlar atmaq ərəfəsindədi Rusiya. Çünki illərdən bəri, nəhayət, düşmən üçün daha yararlı bir hala gəlmiş, addım-addım əlçatan duruma düşürüldük.

Putin-1-2
“Rusiyaya gərək olan da elə bütün bunlar idi. Eləcə də bütün düşmənlərimizə. Rusiya illərdən bəri idarəetməyə yerləşdirdiyi və himayə etdiyi kadr heyətinin əli ilə Azərbaycana arzu elədiyi hər şeyi tətbiq edə bildi.”

Rusiyanın bu quduz addımlarını atması üçün artıq ölkə daxilində hər cür zəmin, altyapı hazırlanmışdır.

Rüşvət cəmiyyyəti çürütmüş, koorrupsiya dövləti oyuncaq halına gətirmişdir. Hər şeyi almaq-satmaq olar. Ən yüksək vəzifələri, hökumət kabinetində yerləri belə. Parlamentdə vəkil kürsülərini, hakimlik, prokurorluq, polis rəisliyi, icra başçılığı, rektorluq kimi strateji vəzifələri belə. Böyükdən tutmuş kiçik məmurlara qədər vəzifələrdə oturanlar gecə-gündüz pul yığmaq, rüşvətin miqyasını böyütmək, ötür-ötür oyununda yubanmamaq uğrunda çapalayırlar, çünki gərəkən miqdarı yuxarılara vaxtında çatdırmasalar kreslodan atılmaq təhlükəsi altındadırlar.

Təhsil və səhiyyə ayrıca və qorxunc bir dizidir. Söyləməklə bitməz. Azərbaycanın bundan sonrakı daha 50 ili təhsildəki rüşvət sisteminin məhvedici xəyanəti altındadır.

Səhiyyə cibyeyən gəmiricilərin, insafsız, mürvətsiz, eyni zamanda bisavad həkimlərin əsarətindədədir.

Gömrük elə vəziyyətdədir ki, bu ölkəyə hər cür zəhərli, zərərli, məhvedici qidanı ərzaq adına gətirib pula satmaq, vətəndaşı öz parası hesabına məhv etmək, gələcəyini əzmək, zəhərləmək mümkündür.

Məhkəmələrdə pul verib hər cür cinayətdən qurtarmaq və ən günahsız olana rüşvətlə cəza verdirmək mümkündür.

İndiki iqtidar vətəndaşın ən özəl və qutsal haqqını – seçim haqqını yedi. Vətəndaşların şərəf və ləyaqət haqqında düşüncələrini belə təhrif etdi. Parlamaent üzvləri heç nədən çəkinmədən bəyan edirlər ki, “yuxarıdan məsləhət olsa yenə namizədliyimi irəli sürəcəm”. Bu ifadənin açıqlaması ondan ibarətdir ki, bir də təyin etsələr gedib yenə də orda oturacam. Bu adamlar nə gündə, hansı mənəvi durumda olduqlarından xəbərsizdirlər. Əslində, parlamentin işində iştirak yalnız ictimai nüfuza, xalqın seçiminə və şəxsi qərara bağlı olan bir məsələdir. Bu gün səslənən isə idarəetmənin cəmiyyətə gətirdiyi faciəvi şüur, mənəvi böhrandır.

Ordumuz fəlakət yaşayır. Bu ölkəni Azərbaycan əsgərnin, bütünlükdə Azərbaycan Ordusunun düşmənləri idarə edir.

Əsgərlər ac, çirkli, əzmsiz, vətənə, torpağa və zabitinə nifrətlə körüklənmişlər. Zabitlər cinayətə bulaşdırılmış, rüşvətxorluğa və mənəviyyatsızlığa düşürülmüşlər.

İşğal-1
“Rusiyanın bu quduz addımlarını atması üçün artıq ölkə daxilində hər cür zəmin, altyapı hazırlanmışdır.”
İşğal
“Rusiya məhz bu məqamı gözləyir və iç siyasətin belə yönlənməsi üçün illərdir əlindən gələni edirdi. Və etməkdədir.”

Rusiyaya gərək olan da elə bütün bunlar idi. Eləcə də bütün düşmənlərimizə. Rusiya illərdən bəri idarəetməyə yerləşdirdiyi və himayə etdiyi kadr heyətinin əli ilə Azərbaycana arzu elədiyi hər şeyi tətbiq edə bildi.

Rusiya məhz bu məqamı gözləyir və iç siyasətin belə yönlənməsi üçün illərdir əlindən gələni edirdi. Və etməkdədir. Çünki mənəviyyat qalaları çökmüş bir ölkəni əsarətə gətirmək, tələyə salmaq daha asandır.

Azərbaycan iqtidarı xalqımızın milli mücadiləsi, tökülən qanları, itirilən ömürləri hesabına əldə etdiyi qazanclarımızın çoxunu havaya sovurdu. Bu qazanclar: Azad Söz, demokratik islahatlar, test üsulu, müstəqil məhkəmə, rüşvətin aradan qalxmasına döğru atılan addımlar və s. idi. Həmin o əzablı, qanlı-qadalı milli savaşın qazancından qalan bircə sərhədlər, ordu, donanma və bu kimi bu gün vətəndaşın umurunda belə olmayan böyük məsələlərdir.

Ziyalılar
“Mmənəviyyat qalaları çökmüş bir ölkəni əsarətə gətirmək, tələyə salmaq daha asandır.”

Beləliklə, yaxın zamanda Azərbaycan Rusiya ilə sovet dövrünün “birgəliklərinə” və “dostluqlarına” uyğun hər hansı anlaşmalar imzalasa təəccüblənməyin. Bu yeni “sevda”, Rusiyanın yeni planları artıq dövlət məmurları tərəfindən ifadə edilməkdədir. Canavar qoyunun yağlı quyruğunu, bu quyruğun ona necə yaraşıq verdiyini tərifləməkdədir. Yəni onu qamarlamaq ərəfəsindədir.

Qoy Azərbaycan ziyalısı – istər ictimaiyyətçi, istər siyasətçi, istər qəzetçi, istər biznesmen, istər alim, istər yazar, istər idmançı, istər sənətçi olan Azərbaycan ziyalısı bu barədə düşünsün. Qaranlıq gələcəyinə bir diqqətlə baxsın.

Ölkəsində ədalət keşiyində durmaq istəməyən ziyalının aqıbəti qazandıqlarını itirmək və sonunda əsarətə qatlanmaqdır.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*