“SULAR AXDI AHƏSTƏ, ANAM YADIMA DÜŞDÜ…”!!!

PAYLAŞIN

Tamilla Qulaminin anası dünyasını dəyişib. Üzgünəm, anlıyıram və başa düşürəm ki, bu situasiyada nə bir söz söyləmənin, nə də təsəlli vermənin bir anlamı yoxdu. Mən, yetkin  yaşında qardaş itirməyin, üzərinə də ananın əbədiyyət yolçuluğuna varis olmasının nə demək olduğunu, hansı duyğu və hisslərlə müşayiət edildiyini yaxşı bilirəm. Başına gələn başmaqçı olar yəəni. Ona görə də nə bir söz demək, nə də təsəlli ifadələri söyləmək istəmirəm. O cür oğul itirən analar yaşasalar belə yaşamıllar zatən…

Allah o dünyalarını versin, rəhmət eləsin, yerləri behişt, məkanları cənnət olsun!!!

————————————————————————————-

 

Fb-NİN GÜNDƏMİNDƏN

Bu nə yazı, bu nə tale? Niyə məni doğdun, ana?

Şəhid Famil Qulami və övlad həsrətinə dayana bilməyən Gövhər Qulami 28 il ara ilə – eyni gündə ürəkləri dayandı, eyni gündə torpağa tapşırıldılar…

P.S.

Anamın vəfatı ilə bağlı yüzlərlə, minlərlə status, şərh yazılıb. Dostlar, bugünədək nə haqqınız vardısa, halal edin. Hər birinizə tək-tək təşəkkür edirəm. Hər birinizə cavab yazacağam, ümid edirəm ki, bugünlər məni anlayışlı qarşılayarsınız.

Mükafatı nə olursa, olsun…Tanrı sizi sevdiklərinizlə sınamasın!

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*