SURƏT HÜSEYNOVUN ADINDAN SƏRT BƏYANAT YAYILDI

PAYLAŞIN

SABİQ BAŞ NAZİR AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ SƏSLƏNDİ:

Ağlınızı başınıza yığın, Xalqın qəzəb kasasını doldurmusunuz, ya tezliklə Haqqın, Ədalətin yoluna gəlin, ya da istefa verib, gedin!

Fb-NİN GÜNDƏMİNDƏN

Кенуль РAФИК КЫЗЫ 

с Mirmahmud Mirəlioğlu и ещё 74.

11 fevral 2020

B Ə Y A N A T

Vətənimiz Azərbaycanın indiki halı: 27 illik iqtidarın yeritdiyi siyasətin total fiaskoya uğraması; Qarabağ məsələsində yürüdülən təslimçilik siyasəti; Xalqımızın iradəsi ilə seçilməyən iqtidarın kənar böyük güclərə sığınıb, yalnız kreslosunu düşünməsi; korrupsiya, talançılıq, əxlaqı dəyərlərin məqsədli şəkildə yox edilməsi; demokratik seçki mühitinin tamamilə yox edilməsi və total saxtakarlığın Dövlət idarəetmə metoduna çevrilməsi; Azərbaycan əhalisini mənfur polis rejimi basqısı altında hüquqsuz, yoxsul qula çevirmək praktikası nəticə etibarı ilə ölkəmizi Beynəlxalq aləmdə biabır edir, Azərbaycan vətəndaşlarının gələcəyini zərbə altında qoyur, dövlətimizi məhvə aparır.

İlham Əliyev və onun ölkə daxili havadarları unutmasınlar ki, bu təhlükəli anti Azərbaycan siyasətindən dərhal imtina edib, Azərbaycan xalqına üz tutmasalar, xalqın iradəsini heçə saymağa davam etsələr aqibətləri acınacaqlı olacaq. Tarixdə Vətənin, Xalqın xain düşmənləri kimi lənətlənəcəklər!

Ağlınızı başınıza yığın, Xalqın qəzəb kasasını doldurmusunuz, ya tezliklə Haqqın, Ədalətin yoluna gəlin, ya da istefa verib, gedin!

Uca Tanrı Azərbaycanımızı qorusun! Haqq Azərbaycan xalqının tərəfindədir!

Mən, hər zaman olduğu kimi, Xalqımın yanındayam!

Sabiq Baş nazir
Azərbaycanın Milli Qəhrəmanı
Sürət Hüseynov

Mətbuat xidməti

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*