“ŞUŞAYA CƏMİ 6 KM QALMIŞDI…” !!!

PAYLAŞIN

“Dostlarımı… şəhid olan dostlarımı heç vaxt unuda bilməyəcəm…”!!!

Jale JAFAROVA

06 dekabr 

Dostlar, bu igid Qazilərimizə diqqətlə baxın! Dördü də hal-hazırda xəstəxana şəraitində müalicə alır. Hər birini saatlarla dinləsən yenə az… TANRI qismət eləsə, odun-alovun içindən keçmiş Qazilərimizin döyüş yollarından bəhs edən “Şəhidlik həyatln davamı deməkdir” adlı kitabını sizlərlə paylaşacam. İndi isə çox qlsa tanışlıq.

1. Rüstəmov ilkin Elçin oğlu. Fizuli rayonu Aşağı Yağlıvənd kəndi:

— İlkin hansı bölgədə bayrağımızı ana torpağa sanca bildin, hardan alırdınız bayraqları?

— Mənim bir bayrağım hərbi çantamda idi, birini də sinəmdə Qurani Kərimin üstündə gəzdirirdim. 

P.S. İlkin Vətən müharibəsində bir ayağını itirib. Və ən kövrək məqam bir də o ki, ailənin yeganə övladı olsa da, valudeynlərdən heç kəs eturaz etməyib İlkinin müharibədə iştirakına…

2. Kərimov Azad Əlifağa oğlu. Cəlilabad şəhəri. Ocaqlı kəndi. Azad fizika müəllimidir. Hərbi xidmətini çoxdan başa vursa da, Vətənin harayına könüllü qoşulub

— Azad bu müharibədə heç vaxt unuda bilməyəcəyin anlar….

— Elə olurdu gecədən səhərə qədər səngər qazırdıq. Mən noyabrın 4-də yaralandım. Şuşaya düz 6 km qalırdı. Hamımız bir-birimizə dayaq idik, arxa idik. Ancaq üç daha yaxın dostum var idi. İlkin demişkən, barilərim(gülümsəyir). Sürücü idilər. Onların itkisi məni çox sarsıtdı.

P.S.  Azadın yolunu gözləyən bir sevdiyi var. Söz verdi ki, bizi toyuna dəvət edəcək

3. Dövran Dadaşov Əlizamin oğlu. Şabran rayonu. 2008-ci ildən hərbi hissədə qulluq edir. Həyatını hərblə xidmətə bağlaylb. İki övladı var

— Dövran sənə Şuşaya qədər gedib çıxmaq məsib olmasa da, artıq kitablara sığmayacaq qədər xatirələrin var. Çox qısa bizimlə bölüşərdin…

— Mən və dostlarım Tərtərin Mübariz postunu qoruyurduq. 28-dən 30-a qədər. Sonra irəli getdik. Dostlarımdan bir neçəsi yaralandı. Birindən qəlpəni çıxartdıq, yenə döyüşə qatıldı. Mən də yaralanmışdım. Cəbrayılın Şükürbəyli kəndində bayrağımızı sancmışam. Bir də yaralananda gözümü bu xəstəxanada açdım…

P.S.  Xəstəxanada. bütün tibb heyəti: “Dövranın sağalmasını istəyirik, həm də onsuz çox darıxacağıq” – deyir

4. İbrahimov Şahid Samir oğlu. Zaqatala. 2012ci ildən əsgəri xidmətə gedib və bu günə qədər hərbi qulluqdadır. Düzü çox ehtiyatla davranmağa çalışdım. Şahid hələ bir müddət müalicə alacaq. Gözlərindəki həyat eşqi, pəhləvan cüssəsi tezliklə sağlığına qovuşacağını vəd edir. İnşallah!! Şahid bəy sizi çox yormaq olmaz. bilirəm. Sadəcə bu müharibədə heç vaxt unuda bilməyəcəyin məqam Bir xeyli gözlərini uzaqlara zilləyir. ..aman allah bir az da keçsə…

Dostlarımı… şəhid olan dostlarımı heç vaxt unuda bilməyəcəm…

P.S.  Şahidi kövrəltdiyim üçün çox üzüldüm.

 

 

1 Comment

  1. Salam Jale xanim. Bravo. Ilk defedir gordum ki, kimse esgerlerden yazir. Bu gun bizim metbuat cox passivdir. Ele muharibe vaxtida eleydiler. On cebheye getmeselerde hec olmasa arxa cebhede yaralanib gelenlerle gorushmeliydiler.

Leave a Reply

Your email address will not be published.


*