SUSMUŞ VİCDANLARI NEYLƏRDİN, İLAHİ !!!

PAYLAŞIN

Elşən MUSAYEV

elşən musayev

İLAHİ ƏDALƏT BƏLKƏ ELƏ BUDU??? !!!

 

 

 

 

 

Azərbaycanın Milli Qəhrəmanlarından birinin bacısının başına gəlmiş hadisədir: Ali məktəbin ikinci kursunda oxuyan xanımı dövlət imtahanından qərəzli şəkildə kəsib institutdan qovurlar. Qız ağır stress fonunda beyin qanaması (hemorogen insult) keçirir və dərhal xəstəxanaya yerləşdirilir. Buradakı həkimlərin müdaxiləsi isə nəticə vermir və onu təcili şəkildə Moskvaya aparmalı olurlar. Elə çatan kimi də dərhal üzərində təxirəsalınmaz əməliyyat başlayır. Düz 11 saatlıq. Və…beyin qapağı açılan Nərgiz (ad şərtidir) tibbin özünün belə heyrət edəcəyi möcüzə nəticəsində sağ qalır.

VicdansızImtahan

 

 

 

 

 

Evimizin çox yaxın adamıdır Nərgiz. Əhvalatı bütün xırdalıqlarına qədər özü danışıb. Həmin fikirləri sadəcə yazı formasına salıb sizlərlə bölüşürəm: “Həkimlər bu əməliyyatdan sonra mənə zehni əməyi tamamən qadağan etmişdilər. Ən azından bir müddətlik. Amma bu hökmə qarşı getdim. Yenidən orta məktəb proqramını öyrənib, testə girib elə həmin qovulduğum Universitetəcə daxil oldum. Sırf prinsip, inad olsun deyə. Daxil oldum və…o müəllimlə üzbəüz gələcəyim anı gözlədim. Səbrsizliklə.

3 il öncə qovulma səbəbim olan fənni bizə bu dəfə başqa müəllim tədris edirdi. Hətta semnarları da köhnədən tanımadığım biri aparırdı. Amma…bu ilhahi ədalətmidir, mistikamıdır yoxsa nədir bilmirəm – imtahanda yenidən həmin şərəfsizin qarşısına düşdüm. Özümü bəlli etmədən, başımı aşağı salıb 5 sualın beşinə də mükəmməlcə cavab verdim. Son ana qədər də bu “pozision”u tərk etmədim. Axırda kişi dözməyib: “a qızım, bir başını qaldır, gözümün içinə bax görüm kimsən də…” – deyə iyrənc şivəsi ilə mənə səsləndi.

Bu dünyada var olan heç bir söz, heç bir kəlmə o mənzərəni təsvir edə bilməz: Baxırdım. Diqqətlə. Qətlimə fərman verən, həyatımı kabusa döndərən insana baxırdım. Gözümdəki yaşı bəbəyimdə dondurub, zəhmimlə qarşımdakı insanı büs – bütün boğub…baxırdım.

vicdanBirdən titrəmə tutdu adamı. Ağappaq oldu. Yerə yıxıldı. Hətta mən özüm belə nə baş verdiyini anlamadım, o ki qalsın kənardakılar. Yalnız təcili yardımın səsi yadımdadır. Bir də ətrafda dolaşan insanların panikası. Kimi üzünə su səpirdi, kimi süni nəfəs verirdi, kimi iynə vururdu…

Gecikmişdilər amma.

Müəllimim beyin qansızması (hemorogen insult) səbəbilə həyata vida etmişdi.

 

1 Comment

Leave a Reply

Your email address will not be published.


*