… AMA HƏR ŞEY ÜMUDVERİCİ VƏ MÖHNƏŞƏM OLA DA BİLƏRDİ …

PAYLAŞIN

…TƏƏSSÜF Kİ  OLMADI !!!

—————————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————————-

BU GÜNLƏRDƏ MEYDAN HƏRƏKATININ 31 İLLİYİNİN ANILARAQ QEYD OLUNDUĞU MÖHTƏŞƏM TƏDBİR BAŞ TUTA BİLƏRDİ. TƏƏSSÜF Kİ, BU OLMADI.  MƏNİM ÜÇÜN BU TƏDBİRİN ƏN ÖNƏMLİ TƏRƏFİ O OLARDI Kİ, İLLƏRDƏN BƏRİ BİR-BİRİNƏ SALAM BELƏ VERMƏYƏN MEYDAN ÖNDƏRLƏRİ VƏ SİYASİ PARTİYA SƏDRLƏRİ BU GÜNLƏRDƏ DƏ BİR DAMIN ALTINDA TOPLAŞA BİLƏRDİLƏR.  HƏTTA BƏZİLƏRİ İLLƏRİN ÖTƏSİNDƏ BİR-BİRİNİ İLK DƏFƏ CANLI GÖRƏ BİLƏRDİLƏR BƏLKƏ. TƏƏSSÜF Kİ, BU ŞANS DA QAÇIRILDI…

DAHA MARAQLI BAŞQA BİR MƏSƏLƏ DƏ BAŞ VERƏRDİ BU TƏDBİRDƏ, DAHA DOĞRUSU BAŞ VERMƏDİ – ÖNDƏRLƏRİN VƏ LİDERLƏRİN BİR ARAYA GƏLİŞİNDƏN NƏ DÜNYA DAĞILASI, NƏ DƏ KAİNATIN NİZAMI POZULASIYDI. ƏVƏZİNDƏ MİLLƏTİN BÖYÜKLÜYÜ VƏ MEYDANIN HAVASI BİR DAHA HİSS OLUNARDI. ZİRA, BU, BİR ARAYA GƏLƏ BİLMƏDƏN DOĞA BİLƏCƏK MİLLƏTİN BÖYÜK BİRLİYİNİN İŞARTILARI GÖRSƏNƏRDİ. O AYRI MƏSƏLƏDİR Kİ, BUNA KİMLƏR SEVİNƏR VƏ KİMLLƏR BUNDAN KƏDƏRLƏNƏRDİ. HƏR HALDA SEVİNƏNLƏR KƏDƏRLƏNƏNLƏRDƏN QAT-QAT ÇOX OLACAQDI, HƏM DƏ ÖLÇÜYƏ GƏLMƏZ QƏDƏR ÇOX. AÇIĞI, BU ÖLÇÜNÜN QƏDƏRİNİ ANLAMAQDA ZORLUQ ÇƏKDİM BİR AZ. ANCAQ, DEDİYİM KİMİ, HƏR ŞEY MÖHTƏŞƏM VƏ ÜMİDVERİCİ OLACAQDI. ÜMİDLƏR YAŞADIQCA, SƏNİN DƏ VAR OLACAĞINI ONLARIN ÖZLƏRİ DƏ BİLİRLƏR, UCA MİLLƏT. LAKİN İSTƏMƏDİLƏR BUNU VƏ SƏNİN SONUNA VARAN SON ÜMİDLƏRİNİ BİR AZ DA ÖLDÜRDÜLƏR, ÜMİDLƏRİNİN CƏLLADL, QATİLİ OLDİLAR… TƏƏSSÜF Kİ …!!!!!!!!!!!!!!!

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*