“TƏHSİL NAZİRLİYİ İSLAHAT ARZULAYIRSA…”!!!

PAYLAŞIN

“Pandemiyanın təhsilimizə vurdugu zərbə “Təhsil tv”-nin zəruriliyini təsdiq edir.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“Azərbaycanın ugurlu gələcəyini arzulayan hər kəsi műzakirəyə qoşulmaga çagırıram”.

Bir neçə ildir ki, “Tədris tv” və ya “Təhsil tv” telekanalının yaradılması barədə çagırışlar etməkdəyəm. Təəssűf ki, őlkə teleməkanını şoularla bəzəyənlər çagırışımı diqqətə almaq əvəzinə, yeni əyləncə kanalları ərsəyə gətirməyi vacib bilirlər. Xatırlayırsınızsa bir neçə il őncə Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev sərəncam imzalayıb, teleməkanlarda bayagı şouların qarşısının alınmasına gőstəriş vermişdi.

Təbii ki, heç nə dəyişmədi, çűnki R.Mehdiyevə başı şoulara qarışmış xalq sərf edirdi. Verilmiş sərəncamsa gőrűntű məqsədindən savayı heç nəyə xidmət gőstərmədi.

Pandemiyanın təhsilimizə vurdugu zərbə təklif etdiyim “Təhsil tv”-nin zəruriliyini təsdiq edir. Nə űçűn zəruridir həmin kanal?!

Əvvəla, onu qeyd edim ki, dəbdə olan repetitor xidmətindən imkansız ailələr yararlana bilmir.

İkinci, məktəbliləri bayagı, əxlaqsızlıgı təblig edən kanallardan uzaqlaşdırmaq lazımdır.

Űçűncű, Təhsil tv daha çox dərs saatlarına zaman ayıra biləcək.

Dőrdűncű, təcrűbəli pedaqoq və psixoloqların təcrűbəsindən hər kəs yararlana biləcək.

Beşinci, tarix və ədəbiyyata aid filmlər gőstəriləcək.

Altıncı, Qabaqcıl műəllim və şagirdlərin təblig edilməsi xoş bir rəqabət műhiti yaradacaq.

Yeddinci, pandemiyadan sonra məktəblərdən dərslərin birbaşa yayımı təşkil edilə bilər ki, bu da həm můəllim və şagirdlərin məsuliyyət hissinin artmasına xidmət gőstərər…

Təklifləri uzatmaq műmkűndűr. Əlbəttə, műzakirəyə qoşulan hər bir vətəndaşın da təklifi olacaq. Bu, Azərbaycanımızın ugurlu gələcəyi űçűn hava-su qədər zəruri oldugundan hamınızın mővqe bildirməyinizi arzulayıram. Təhsil Nazirliyi islahat arzulayırsa, ilk addımını “Təhsil tv”-nin yaradılmasıyla atmalıdır.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*