TƏK MƏHKUM – AZƏRBAYCAN

PAYLAŞIN

Zümrüd YAĞMUR:

“Hər sabah günəşin doğuşu bu torpaqlarda baş verən ədalətsizliyə işıq tutur.”

“Ayağını basdığın bu torpağın övlad kimi gözlədiyi, bacı kimi sarılmaq istədiyi, sevgili kimi həsrətini çəkdiyi AZADLIQdır…”

Yaşadığımız ölkənin bir reallığı da var. 160 siyasi məhbus… Amma bəzən mənə elə gəlir ki, biz çox kiçik bir rəqəmin arxasından baxırıq olanlara. Hətta bəzən 160 nəfər siyasi məhbusun məhkumluğu ilə görmək istəyirik reallıqları. Lakin Azərbaycanın məhkumluq gerçəkliyi 160 deyil, 9 milyon da deyil. Bizim bir məhkumumuz var – Azərbaycan! Bu ölkənin ən böyük və tək məhkumu elə özüdür…

Ədalətsizliyə, rüşvətə, haqsızlığa, yalana, talana, oğurluğa, mənəviyyatsızlığa, əxlaqsızlığa, hiyləyə, yaramazlığa, acgözlüyə məhkumdur bu ölkə. Çünki onun taleyini yuxarıda saydığım keyfiyyətləri daşıyanlara etibar etmişik.

Bu məhkumluğu siyasi məhbus ailələri daha yaxşı bilir… Təkliyin, həsrətin, acının, əzabın nə olduğunu… Və əmin olun, bir siyasi məhbusun ailəsi nə çəkirsə, bu məmləkətin torpaqları da o əzabın altında inləyir. Bu məmləkətin torpaqları əsrlərdir haqsızlıq və ədalətsizlikdən cana doyub. Ruhuna hopmuş əzab bu torpaqları da yorğun salıb.

***

Hər kəs bütünlükdə xalqa müraciət etdi. Mənsə, üzümü siyasi məhbus ailələrinə tuturam. 
Yaxınının həbsxanadakı məhkumluğunu içindəki həsrətə qatıb göz bəbəklərində həbs edən, gecənin zülmətində, günəşin doğuşunda duyduğu əzaba yenilməyən əzizlərim, siyasi məhbus ailələləri!
Çəkdiyiniz əzabın eynisini bu torpaqlar da hiss edir. Hər sabah günəşin doğuşu bu torpaqlarda baş verən ədalətsizliyə işıq tutur.
Gecənin zülmətində doğmalarınızın qoxusunu aramağınızın əzabını bu torpaqların ruhuna yüklənmiş əzabla birgə hiss edin. Çünki bu məhkum torpaqların da sevdiyi var. Həsrət çəkdiyi, yolunu gözlədiyi, sarılmaq istədiyi… 
Bu torpaq da anadır, övladı var…
Bacıdır, qardaşdır, sevgilidir.
Sizin kimi…
Sabah mitinqdi. Bilirəm, bir çoxlarınız “bundan bir şey olarmı?” deyə düşünür, tərəddüd edir… Bəlkə sabah olmaycaq, amma bir gün mütləq olacaq. Ayağını basdığın bu torpağın övlad kimi gözlədiyi, bacı kimi sarılmaq istədiyi, sevgili kimi həsrətini çəkdiyi AZADLIQdır…
Sabah meydana gəlin, gəlin ki, bizə sinəsini açmış bu torpaqlar o həsrət çəkdiyinə, sevgilisinə – azadlığına qovuşacağına ümidlənsin.

Ona ümid verin ki, sizə güvənsin… 
Siz onu sevdiyinə qovuşdursanız, o da sizə sevdiklərinizi gətirəcək… Onun zindanının qapısını açın ki, sevdiklərnizin qapısı açılsın.

O meydan üçün bu gün dörd divarlar arasında olanlardan ötürü siz də meydana gəlin…

 

Onların sevgisini, ruhunu, istəyini, isti nəfəsini, qoxusunu da yanınıza alın və beləcə sevdiklərinizlə meydanda olun.

1 Comment

  1. siyassetiin-xeyanettiin oz allcaq qayydalarri kadrrolari ve otributlari var bunlarri ddeqiq bbiilmedden hereket etmek olmaz parcaalaa hokm et parcalla mehvv et parcala hakkimiyyyetde qall iindi iqttidardan qor[ulluu siyasetdde mmuxaalifeetdir butun ddunyada iqqtidar ve muuxxaliffet her ikkisi re;imin siyasi kadrlaridiir her ikkisi re;iimin ssadiq nokerleridillerxxallqq ucuun mmuxxalifet iqtiiddardan daha tehlukeeliidir iqqtidar aciq duwmeen muxxalifett dost ccildindde olan duwmenxallqq mmuuxalifeti dost billir guvenirr muxaliifet ise iqtidarrlla sovdelewiir vvee xxalqa xeyyaanet edir xaalqi biirlewdiirerrlerr parcalamazlar cehhbe vaxtti xalqq butov iidii sovet iimpeeriyasinnii dagitdi ssonradann rejim muxaliif etde olan lidderrleri cuurbrecur yollarla ele alliib partiyalar yyaratdi hemin lliderlerii bu paarttiiyalarin lideri eetddiler ve xalqin birliyini pparcalayaraq xxalqqa xeyannett etdiler indi eger onlaar xalqaa xxiddmmet etmek istteyirlerse xalqqi birrlewdirsiinlerr yoxxssa tarix ve gelecek nesiller onnlari ve onlarin toremelerriinii leenetleyecekler bu llrenetii siiliinn xeyanettden el ceekin xalqii bir ttewkilatda birllewdiitrin siiziin ve xxalqin nnicati bundadir bbawqa yol yyoxxddur

Leave a Reply

Your email address will not be published.


*