TAHİR BABAYEB: “BU BƏLA HƏLƏ ÇOX QAPILARI DÖYƏCƏKDİR” !!!

PAYLAŞIN

YAP iqtidarı Azərbaycan dövlət və xalqı üçün

koronavirusdan da təhlükəlidir

 

Azərbaycan Respublikasının Prezidentinə

Azərbaycan Respublikası Nazirlər Kabineti Yaninda

 “Koronavirus”a qarşı mübarizə üzrə operativ Qərargaha

 

Dünyanı silkələməkdə davam edən pandemiya ağılları ilə sərvətlərinin həcmini səhv salan hegemon dövlətlərin liderlərinin və onların ətəklərindən tutaraq insanların haqqına girənlər Uca Tanrını unutmuş və qudurğanlıq nümayiş etdirirlər. Təhlükəsinin ömrünün nə qədər olacağı barəsində heç bir məlumat yoxdur  və mən elə düşünürəm ki, belə bir məlumatın olması ümumiyyətlə mümkün deyildir. Son iki onillik ərzində dünyada baş verənləri haqq-nahaqq, ədalət, ədalətsizlik prizmasından yanaşmaqla insan mənəviyyatı bazası üzərinə gətirə bilənlər əslində belə bir bəlanın gələcəyini işarələndirdi. Amma özlərini yenilməz, güclü, məğlubedilməz hesab edənlərin ölçü vahidi olan milyardlarla pul, insani dəyərləri yox, tamamilə onunla ziddiyyətdə olan arqumentləri təşviz və təşkil edir.

Bir sözlə bu bəla hələ çox qapıları döyəcəkdir. Məni sözün əsil mənasında təşvişə salan odur ki, bu faciədən də öz nəfi üçün istifadə etməyə cəhd göstərən üzdəniraqlar tapılacaqdır. Mənim narahatçılığıma səbəb olan digər bir məsələ isə, ölkəmiz imkanlarından vaxtında və yerində istifadə etmək əvəzində, kor–koranə (bir çox hallarda yarıtmazlıqlarını göstərməmək üçün) beynəlxalq (ümumidünya) səhiyyə təşkilatının tövsiyyələrini əldə bayraq edirlər. Burada məcburam qeyd edim ki, birincisi, tövsiyyələr düzgün anlanmamışdır və tamamıilə tərsinə həyata keçirilir. İkincisi ilə bu təşkilatın Azərbaycana qarşı maraqsız mövqeyinə mənim əsaslı şübhəm vardır. Rusiya kimi nəhəng dövlətin ümumdünya səhiyyə təşkilatına bir millyon dollar məbləğində ianə ayırdığının qarşısında, ondan 15(on beş) dəfədən də kiçik olan “cırtdan” Azərbaycanın bu təşkilata, nə az, nə də ki çox, düz  beş dəfə artıq olmaqla, 5(beş) millyon dollar ötürdüyü artıq hamıya məlumdur. Əhalisinin səksən faizindən çoxunun səfil həyatı yaşamağa məcbur edilən ölkəmin birinci şəxsinin kürsüsünü zəbt etməklə, ölkədə hakimiyyəti mənimsəmiş(AR Konstitusiasına görə bu ən ağır cinayətdir) Əliyevdə bu səxarət haradandır? Bu ölkə əhalisinə nə vəd edir? Oxucularımın nəzərinə çatdırıram ki, bu pullar da Mehriban Əliyevanın şəxsi qazancı kimi Rusiyada, İtaliyada, Vatikanda, Fransada və çoxsaylı digər ölkələrdə sağa–sola  səpələdiyi çirkli pullardan heç nə ilə fərqlənmir.

Burada fərq onun sadə əhali üçün daha təhlükəli olmasındadır. Siyasətinin və ölkədə davranışının ana xəttini yalanların təşkil etdiyi, başında Əliyevlər ailəsinin tam şəkildə qanunsuz olaraq əyləşdikləri qeyri – leqitim  YAP hakimiyyəti ölkədə olan real vəzziyəti seçkilərin yekun protokollarında etdikləri total saxtakarlıqdan da kobud formada edəcəkdir. Ümumdünya səhiyyə təşkilatı da bu cinayətlərdə ona dəstək verəcəkdir. “Real TV”, “Xəzər” TV, “Az”TV və s. kanalları izləyənlər(Allah səbr əta etsin) yəqin ki, bu situasiyanın fərqindədirlər.

Uca Tanrı Rəhmini və Rəhmanını bizlərin üzərindən əskik etməsin. Deyəsən faciəli sonluq artıq qapılarımıza qədər gəlib çatmışdır.

İndi hamıya “evdə qal” mahnısı oxutdurulur. İqtidarın tapşırığı ilə ayrı–ayrı kanallara sponsor pərdəsi altında ötürülən böyük pullar aparıcıları bu mövzu altında özünü cırmağa sövq edir. Mahiyyətinə varmadan sadə insanların başına kələm bükən Zaurlar, Xoşqədəmlər, daha kimlər, kimlər ucuz hörmət və populyarlıq qazanmaq üçün faktiki olaraq xalqın düşmənlərinə çevrildiklərinin fərqindədirlərmi? Xoşqədəm artıq tərəqqi medalının istismar müddətinin bitdiyini və daha samballı mükafat gözlədiyini təkrar–təkrar prezidentinə eşitdirir.

Xoşqədəmli “Xəzər” TV haqqında “ps – nota.com” saytında  Dondarda baş verən faciə barəsində dərc etdiyim yazıya cavab almaq intizarındayam. Murad Dadaşov dillənməlidir. Bu maşın şou deyil. Çox ciddi məsələdir və çox ciddi məsuliyyəti vardır.

Bu dəfəki yazının ana xəttinin üzərinə qayıdaraq “evdə qal”a münasibətimə aydınlıq gətirirəm.

65 yaşdan yuxarı olan vətəndaşların 20.04.2020-yə kimi ev dustağına çevrilməsi, tək adamlıq kameralarda cəmiyyətdən təcrid edilməsi haqqında Əli Əsədovun (onun dövlət və millət üçün kim olduğu barəsində və qanlı devolvasiyaya görə cinayət məsuliyyətinə alınması üçün əsaslar olduğu halda hökumət başcısı kreslosuna oturdulmasının millətə bütövlükdə ağır təhqir hesab edilməsi barəsində əvvəllər yazmış və elektron mətbuatda dərc etdirmişəm – T.B.) qərarına şərh.

Əli Əsədov, Siz və Sizə bu tale yüklü tapşırığı verən İlham Əliyev fərqindəsinizmi ki, əhalinin bu həssas hissəsini Siz koronavirusdan daha qüvvəli silahla məhv etdiniz. Yadınıza salıram ki, bu təbəqə insanlar Sovet dönəmində tərbiyə almış, yetişmiş və millət, dövlət üçün yararlı olmuş, özünə hörmət edən insanlardan ibarətdir. Siz özünüzü və hakimiyyətinizi nə hesab edirsiniz və başınızın qiyməti nədir ki, bu məsuliyyətin altına soxursunuz.Sizlər üçün bu çox ağır faciə ilə nəticələnəcək. Buna heç bir şübhəniz olmasın.

Doğrudan özünü hökumət başçısı bilən şəxs sizin yerinizə belə edərdi. Bu insanların səliqə ilə siyahısını çıxarar, onları ölkədə sayı-hesabı və kimlərin ciblərinə işlədiyi məlum olmayan sanatoriya və istirahət evlərində yerləşdirər, bütün qayğılarını hökumətin üzərinə götürər. Addımbaşı polis postları qurmağa və digər məhdudlaşdırıcı və mənasız tədbirlərə heç ehtiyac qalmazdı.

Azərbaycanda epidemiya indi sürət almaqdadır. İqtidarın öz bivecliyini “idxal” ifadəsi altında gizlətməyə artıq imkanı məhdudlaşdırılmışdır. Aşağıdan yuxarıya bütün təhsil ocaqlarının qapıları şagirdlərin, tələbələrin, aspirantların və s. üzlərinə bağlanmışdır. Bu situasiya mənə bir atalar misalını xatırladır. “Dəliyə yel ver, əlinə də bel”. Əli Əsədovun operativ qərargahı bundan başqa nə fikirləşib, təklif edə bilər? Sözsüz ki. Heç bir şey. Burada Azərbaycanı məhvə aparıb çıxaran əsas xəstəlik özünü ortaya atır. Bu YAP xərçəngidir. Bütün alverçiləri, rüşvətxorları, mənliyi, qüruru olmayanları, talançılıqda ad çıxaranları, yaltaqları, bir sözlə buyruq qulu olanları iş başına gətirmək, vəzifə vermək. Bəzi İcra hakimiyyətlərində baş verənləri açmaq məcburiyyətində qalan iqtidar indi özünü elə aparır ki, dərin islahatlar keçirdi və cinayətkar sıradan 999999-cunu ifşa etdilər. İlham Əliyev qoy öz sərəncamı ilə təyin etdiyi bir məmuru hansı ki, cinayətkar şaykadan kənardı nümunə kimi xalqa təqdim etsin. Bunu edə bilməyəcək. Ona görə ki, bütün bu anti-xalq, dövlətin əsasına balta çalan üzdəniraq proseslər AİLƏ-nin maraqlarından keçir. Şübhəsi varsa qoy, qəbul edildiyi vaxtdan 15 ildən artıq keçməsinə baxmayaraq dövlət məmurları tərəfindən sabotaj edilən “Gəlirlərin deklarasiyası haqqında” qanunun icrasına başlasın. Özü təmiz olmayanın təmizlikdən dəm vurması əhalidə onun hakimiyyətinə qarşı nifrəti dözülməz həddə çatdırılmışdır.

İlham Əliyev, Əli Əsədov və onların ətrafında fırlanmaqda xüsusi mahirlik göstərənlər, qoy, belə bir variantı nəzərdən keçirsinlər. Tamahı, vicdanı və cibləri kimi boş olan bir qrup formalaşdıraraq məktəblərin bazasında hərbiləşdirilmiş  (daha ağıllı bir şey də fikirləşmək olar) internatlar təşkil edilsin. Məktəblər qapalı təşkilatlara çevrilməklə məktəblilərin orada təhsillə yanaşı, normal yaşayışı da təmin edilsin.

Mən bu yazıda oxucularıma müraciət edərək birinci vitse-prezident kreslosuna əyləşdirilərək elementar idarəçilik nəzəriyyəsi və təcrübəsi barəsində təsəvvürə belə malik olmayan Mehriban Əliyevaya diqqəti yönəltmək istəyirəm.

Hamıya yaxşı bəllidir ki, hazırda Azərbaycan xalqına “Tereza ana” cildində sırımağa uğursuz cəhdlər göstərən Əliyeva, idarəçilik məktəbini gəlir mənbələri zülmət qaranlıq, dünya miqyasında xərcləri triliyon dollarlarla ölçülən fonddan gətirilmişdir. Bu barədə fikirlərimi mən həmin ərəfədə xalqla bölüşmüşəm və təəssüf edirəm ki, onlardan bəzilərini bu dəfə təkrarlamaq məcburiyyətindəyəm.İlham Əliyev arvaddan ayrı dayana bilmirsə, heç kimin onun hüquqlarına müdaxilə etmək fikri yoxdur. Qoy sərbəst olaraq dünyanın ən ekzotik ölkələrində Azərbaycandan ötürülmüş pulların hesabına alınmış (tikdirilmiş) malikanələrinin birini seçsin və ora köç etsin. Azərbaycan xalqının başına gələn ən ağır bəlaların əsas səbəblərindən biri onun unutqanlığıdır.

İlham Əliyev, Mehriban Əliyeva onların ətraflarına topladıqları quldurlar Azərbaycan dövləti, dövlətçiliyi tarixində qara ləkə kimi qalsa da, bu kaşmar çox qısa müddətdə unudulacaq. Əliyevaya isə cəmiyyətdə cövlan edən bəzi söz-söhbətləri çatdırır və cavab gözləyirəm. Onun fondunun əsas və göz qabağında olan maliyyəçiləri;

Kərəm Həsənov – yüz minlərlə insan iş yerlərini itirmiş, ölkənin iqtisadiyyatı tari-mar edilmişdir. İşsizlik girdabında qovrulan ailələr dağılmış, kişiləri çörək dalınca qonşu ölkələrə gedən qadınlar Dubaya üz tutmuş, millətin mentalitetinə, mənəviyyatına təcavüz edilmişdir.

Ramiz  Zeynalov  – Sürücülük vəsiqələri yüzdə-yüz faiz hər biri 1200 – 1500 manat civarında satıldığı üçün heç kim bu peşəni öyrənmir. Pulun verib vəsiqəsini alır və sükan arxasına oturaraq yüksək sürətli yollara çıxır. Azərbaycan yollarında heç bir müharibədə axıdılmayan qanlar axır. Zeynalov 900 nəfərə yaxın xüsusi təyinatlı avtomobili və YPX işçisini öz şəxsi biznesinin sərəncamına vermişdir. Dövlət büdcəsinin bununla bağlı aylıq xərcləri 2 mln. manatdan artıqdır. BDYP-DƏ gündəlik gəlirlər milyard manatlarla ölçülür. Zeynalova gözün üstə qaşın var deyə bilən kişi respublikada tapılmır. Bunu demək vəzifə borcu olan DTX. Baş Prokurorluq və DİN rəhbərlikləri onun arxasında lap yuxarıda oturanın kimliyinə işarə vurmaqla öz vəzifələrini bitmiş hesab edirlər. Bununla bağlı olan bir faktı qeyd etməsəm onda vicdanıma düşən ləkə məni məhv edər. Yaxın qohumum olan bir cavan oğlan 90-cı illərin axırlarında, Lerikdə hərbi xidmətdə olarkən, qar uçqun altında qaldı və tapildıqdan sonra bədəninin oynaqlarında olan mayenin donu açıldıqdan sonra onun yararsız vəziyyətə düşdüyü müəyyən olundu. Hərbi qulluqçunu bu vəziyyətə gətirmiş dövlət və onun vəzifəliləri yaxın durmadığı üçün, xəstəni Rusiyada yaşayan qardaşı Tomsk şəhərinə müalicəyə apardı. Başqa çıxış yolu olmadığı üçün, hər iki omba sümükləri protez edildi. Sağlam gənc bir oğlan daim kənar şəxsin köməyinə ehtiyacı olan birinci dərəcəli əlilə çevrildi. Gözümüz görə-görə məhv olan vətəndaşın məşəqqətlərini azaltmaq məqsədilə onu evdən, çarpayıdan ayırmaq qərarına gəldik və bu məqsədlə onun üçün avtomobil alındı və əllə idarə edilməsi üçün müvafiq əlavə avadanlıqlar quraşdırıldı. Çox çətin və problemli olmasına baxmayaraq, əlil xüsusi kurs bitirdi və sertifikat aldı. Sumqayıt zona imtahan və qeydiyyat idarəsində onun burnunun üstündən vurub geri qaytardılar. Zeynalovçuların vicdansızcasına vurmuş olduqları ölümcül zərbəyə əlilin tab gətirə bilməyəcəyini qənaətinə gəldiyim üçün, mən həyatım boyu qoruyub saxladığım qürurumun zədələnməsindən çəkinməyərək, həmin idarə rəisinin qəbuluna getdim və ona izah etdim ki, bu gəncin sürücülük kursunu tam mənimsədiyini, yol hərəkət qaydalarını imtahan qəbul edənlərdən də yaxşı bildiyini, sürücülüyünə də irad etmək mümkünsüz olduğu və nəhayət onun əlilliyi nəzərə alınsın və ona Zeynalovun bazar qaydaları tətbiq edilməsin. ( 30 ilə yaxın bir müddətdə yol hərəkətinin təhlükəsizliyi ilə məşqul olduğum üçün bu sahə üzrə yüksək səviyyəli ekspertəm – T.B.) Nəticə ondan ibarət oldu ki, sürücülük vəsiqəsi almaq üçün əlildən bir min iki yüz manat aldılar. Əlil, həmin pulu faizə götürdüyü üçün, indi ciddi problem qarşısında qalmışdır. Mən isə Zeynalovun (nə bilim bəlkə də Eyvazovun yaxud Əliyevanın) şəxsiyyətsiz alverçisinin ayağına getdiyim üçün mənəvi əzab altında əzilirəm.

Əliyevlərin hakimiyyəti mənimsəmiş olduğu Azərbaycanda koronavirusun, yoxsa, onu əllərində bayraq edərək, insanlarda bu məmləkətə qarşı dözümsüzlük yaradan iqtidarın daha təhlükəli olması barəsində nəticə çıxarmağı oxucuların öhdəsinə buraxıram.

Mehriban Əliyevaya pul daşımaq bəhanəsi altında, daha çox saylı dövlət məmurları da  dövlətin və insanların cibinə və haqqına girirlər. Buna son qoymaq və aydınlıq gətirmək sizin tale yüklü borcunuzdur, İlham Əliyev, vaxt gözləmir, tələsir.

Mən bundan əvvəlki yazımı hərbi xidmətə çağırışa həsr etmişdim. Bir daha onun üzərinə qayıtmaq istəyirəm.

İlham Əliyev regionlarda məbləği milyonlarla ölçülən büdcə pullarını xərcləyərək “Olimpiya – idman kompleksləri” tikdirmişdir. Onlar gərəksiz olduqlarından yavaş – yavaş uçulub dağılmaqdadır.

Bu obyektlərin çağırışçıların toplanması, hərbi hissələrə göndərilməyə hazırlanması məqsədi ilə Azərbaycan Ordusu, DİN-in Daxili Qoşunları və Dövlət Sərhəd xidmətinin ixtiyarına verilməsi məsələsi nəzərdən keçirilməli, hərbi hissələrin insan resursları ilə vaxtında komplektləşdirilməsi heç bir müzakirəsiz təmin edilməlidir.

Oxucularıma  sonsuz  sayğılarla:

Tahir  Babayev                   

tel: (050) 331 58 11

08.04.2020      

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*