TARİXİMİZİN “XAHÖL(dürül)ƏN SƏNGƏR” AĞISI … !!!

PAYLAŞIN

“AZƏRBAYCAN İQTİDARI  BU CİNAYƏTİ(niyə???!!! – red) GÜNDƏMƏ GƏTİRMƏK İSTƏMİR…”!!!???

Görəsən tarixin bu harayına tarixçilərimiz niyə susurlar?

Bitməkdə olan iyun ayının daha bir milli  faciəsi… milli olan, lakin millətin və dövlətin fərqində olmayan Xanölən səngər ağısı… 

Qarabağ xanı İbrahim xan Cavanşirin ailəsi, azyaşlı övladları, yaxınları  ilə birgə qətlə yetirilməsi…

1806-cı il, 12 iyun gecədən 2 saat keçmiş Şuşa qalasının komendantı mayor Lisaneviç bir yanında erməni, bir yanında gürcü yavərləri və 100 soldatla… İbrahim xanı yatdığı yerdə  mühasirəyə aldı. 

İbrahim xan Şuşa yaxınlığında, Xansəngər deyilən yerdə əyalı və başının adamı ilə çadır qurmuşdu. 
Bəzi mənbələr həmin düşərgədə İbrahim xanın xanımlarından, övladlarından savayı qonaqlar, xidmətçilər, qorumalarla birgə 50-yə yaxın adam olduğunu yazır…

Mayor Lisaneviç gecənin qaranlığında cani dəstəsi ilə düşərgəni dövrəyə alır, ilkin dirəniş göstərən azsaylı xan qorumalarını, ardıyca gecə yuxusunda olan  insanları – İbrahim xanı, xanımları Bikə ağanı, Cavahir xanımı, 12 yaşlı oğlu Abbasqulu ağanı, 8 yaşlı qızı Səltənət xanımı… düşərgədə olan hər kəsi… hər kəsi… yatdıqları yerdə…  qanına qəltən edir.

Çox adam  nə baş verdiyini anlamadan can verir… 

Ağlasığmaz şərəfsizlik, alçaqlıq və hərbi cinayət törətmiş mayor Lisaneviç həmin gecə Azərbaycanın ikinci böyük dövlət adamını İbrahim Xəlil xan Cavanşiri qətlə yetirdi. Lisaneviçin qatili olduğu birinci xan  Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacar idi. (Bu qətl döyüş zamanı baş vermişdi)

Rus imperatoru həm Cavad xanı öldürən, həm İbrahim xana qarşı  hərbi cinayət törədən Lisaneviçə general rütbəsi və qəbzəsinə almaz düzülmüş qılınc göndərdi.
Azərbaycan tarix elmi Qarabağda ruslar tərəfindən törədilən  bu ilk… ən böyük… hərbi cinayəti araşdırmayıb… və araşdırmır…

Bu hadisədən 111 il sonra çar II Nikolay və ailəsi – günahsız övladları, həkimi, xidmətçiləri Leninin əmri ilə güllələndi. 

Sovetlər dağıldıqdan sonra Rusiya II Nikolaya və ailəsinə qarşı bolşeviklər tərəfindən törənmiş bu cinayəti araşdırdı, monoqrafiyalar yazıldı, filmlər çəkildi, kilsə onları müqəddəs elan etdi.

Rus xalqı tarixi gerçəkləri bildi…

Azərbaycanda hələ də İbrahim xana qarşı törənən qanlı cinayət araşdırılmır… hələ də Azərbaycan xalqı gecənin zülmətində, eyni ilə Xocalı qırğınında olduğu kimi şərəfsizcə, qatilcə, alcaqca  törədilən rus cinayətinin gerçəkliyindən xəbərsizdir…

Tarix elmi bu barədə susur…

Azərbaycan iqtidarı bu cinayəti diqqətə gətirmək istəmir… 

Putinin II Nİkolaya  göstərdiyi təəssübü, eyni şəkildə qətlə yetirilmiş Qarabağ xanına göstərmir…

Azərbaycan xalqı gerçəkləri bilmir…

O gecə qətliamından sonra adı “Xanölən səngər” qalan o qanlı  yerin kədərli əhvalatı tarixin qaranlıqlarında itkin düşüb… və axtarılmır…

Tarixin Xanölən səngər səhifəsi öz araşdırmasını gözləməkdədir…

Şəhid İbrahim xan Cavanşiri, həmin gecə həlak olmuş günahsız qurbanları rəhmətlə anıram…

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*