“TARİXİN HEÇ BİR DÖNƏMİNDƏ XALQIMIZ QORXAQ OLMAYIB” !!!

PAYLAŞIN

“MİXAYLONUN İZLƏRİ İLƏ GƏZƏRKƏN …”

Kənarda və içimizdə olan düşmənlər Azərbaycan xalqının öz torpağı üçün vuruşmayan, cəsarətsiz, qorxaq obrazını yaratmaqla Qarabağın ermənilərə təslim edilməsi planını davam etdirirlər.

 

Fb-NİN GÜNDƏMİNDƏN

MİXAYLONUN ÖLMƏZ RUHU

İyulun 21-də Sloveniyada bütün günü İkinci Dünya müharıbəsinin qəhrəmanı Mehdi Hüseynzadənin – Mixaylonun vuruşdugu dağlarda, meşələrdə, kəndlərdə onun xatirəsini qoruyan yerləri gəzdik, qəbrini ziyarət etdik, xatirə muzeyinin yerləşdiyi məktəbə getdik, burda qoyulmuş abidəsinin önündə şəkil çəkdirdik, Vitovlye kəndinin sıldırım qayalara dırmaşan yuxarı başında Mixaylonun son səngəri olmuş evə, onun yaralandığı və son gülləsi ilə özünü vurdugu yerlərə baxdıq. Onu deyim ki, getdiyimiz hər yerdə bu əfsanəvi partizanın, bu igid, cəngavər gəncin xatirəsini xalqın necə əziz tutdugunun şahidi olduq. Dağlar arasındakı balaca, sakit, gözəl Çepovan kəndindəki Qəbrüstü abidəsi də, xatirə muzeyindəki heykəli də, məktəbin həyətindəki büstü də, onunla bağlı olan yerlərdə qoyulmuş xatirə lövhələri də bu sevgini aydın göstərir. Müharibə illərində Sloveniyanın bu gözəl bölgəsində və Şimalı İtaliyada Mixaylo adı doğrudan da əfsanəyə dönübmüş, bu yerlərin adamları onu ürəkdən seviblər, çoxlu dostları olub, ölümünə bütün xalq ağlayıb. Keçilməz dağ yolları ilə vuruldugu kənddən çox uzağa, Çepovan kəndinə aparılaraq həlak olmuş dostları ilə bir yerdə dəfn olunmasının bir səbəbi də izinin itirilməsi, düşməndən gizlədilməsi olub. Azərbaycanın Mixaylonun adını yüksək tutması, dövlətimizin təşəbbüsü ilə Qəbrüstü abidənin tikilməsi, muzeyin yaradılması, büstünün qoyulması, özəlliklə “Uzaq sahillərdə” filmi Sloveniyada xalqımıza böyük sayqı və maraq doğurub.

Mehdi Hüseynzadənin izləri ilə gəzərkən bu gün içində olduğumuz Ermənistan savaşını və Qarabağı itirməyimizin səbəblərini düşünürdüm. Kənarda və içimizdə olan düşmənlər Azərbaycan xalqının öz torpağı üçün vuruşmayan, cəsarətsiz, qorxaq obrazını yaratmaqla Qarabağın ermənilərə təslim edilməsi planını davam etdirirlər. Amma tarixin heç bir dönəmində xalqımız qorxaq olmayıb. Dünən Mehti Hüseynzadə, bu gün Mübariz ibrahimov kimi gənclərimiz həmişə olub, həmişə olacaq və Qarabağı da onlar xilas edəcək…
Mixaylo Azərbaycanın əbədi şöhrət və qəhrəmanlıq ünvanlarından bitidir!..

22.07.2019

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*