“TORPAĞIMIZI DÜŞMƏN, VƏTƏNİMİZİ ANTİ-MİLLİ QÜVVƏLƏR İŞĞAL EDİB … DİLİMİZDƏ DƏ SÖYÜŞ BİTİB …”!!!

PAYLAŞIN

MİRMAHMUD MİRƏLİOĞLUNDAN “SÖYÜŞ İNQİLAB(çılar)I”NA CİDDİ ETİRAZ !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Mirmahmud MİRƏLİOĞLU

04 avqust 2019

ANA Dilində danışan hər kəs,
ANAsını və nə danışdığını unutmasın!

Media mənsubu olan dostlardan biri, söyüş söyənlər haqqında çox yanıqlı danışdı …
… Azərbaycan Respublikasının Dövlət Dili – Türk Dilidir. 1993- cü ildən Azərbaycan Dili adlandırılsa da … Dilimizin adı rəsmən dəyişdirilsə də, bütün zamanlarda ANA Dili adlanıb.
Dilimizə – ANA Dili .., Torpağımıza – ANA Torpaq ..,  Vətənimizə – ANA Vətən dedik. Torpağın, Vətənin günü bəlli. Birini düşmən işğal edib, birini də, anti-milli qüvvələr… Dilimizdə də, söyüş bitib. 
ANA Dilində layla, bayatı, oxşama var idi…
ANA Dilində söyüş söyməzıər! ANAya görə!
Heç bir dildə söyüş söyməzlər – dilə görə! Dil söyüş vasitəsi deyil!
ANA Dilimizi qoruyaq! – ANAmıza görə! Söyüş söyənlərin – ANAsına görə! Dilimizi qoruyaq – Milli Kimliyimizə – görə..!
… Ola bilər, kiminsə bacısı yoxdur, ya da, qızı yoxdur … Amma, hər kəsi dünyaya gətirən bir ANA vardır və O, Mütləq Varlıqdır!
ANA Dilində danışan hər kəs,
ANAsını və nə danışdığını unutmasın!
Heç bir ANA söyüş öyrətməz!
Heç bir ANA söyüş eşitməz!
ANAnızın yanında, onunla üz -üzə olanda dediklərinizi və deyə biləcəklərinizi efirdə deyin!
ANAların ÖZləri və Ruhları bizi bağışlasın!
Bütün ANAların əllərindən öpürəm …

————————————————————————————————–

“Ayağa dur Ana Vətən”!!!

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*