“TORPAQLARIMIZIN AZAD EDİLMƏSİ ARZUMUZDUR, BUNA GÖRƏ QAN TÖKDÜK”!!! – II yazı

PAYLAŞIN

“Cəsur vətən övladlarından ibarət müzəffər ordumuz 30 il həsrətində olduğumuz torpaqlarımızın düşmən tapdağından azad edilməsini təmin etdi.”!!!

 

       VAY ƏQİDƏSİ SÜRÜŞKƏN VƏ ONUN HAVADARLARININ HALINA

          (Rasim Musabəyov və havadarlarına itaf olunur)

II yazı
Nəhayət biz kimlərinsə vicdanlarının dilə gəldiyinin şahidi olacaq, səs-sədası uca göylərə  qalxan istefalar eşidəcəyik. Yüzdə-yüz faiz korrupsiyalaşmış YAP hakimiyyətinin Azərbaycan dövlətçiliyinə və xalqına təhdid olduğu başa düşüləcəkdir. YAP-ın ölkənin siyasi arenasından silinməsinin vaxtı çoxdan keçmişdir. Müharibənin açmış olduğu eybəcərliklər üçün YAP tam məsuliyyət daşıyır və ölkədə sağalmaz yaraya çevrilmiş rüşvətxorluq və korrupsiya onun yarıtmaz siyasi xəttinin məhsuludur.
Əldə edilmiş qələbədə YAP-ın heç bir xidməti olmamış, addım başı xəyanətlər etməklə ağır itkilər verilməsinə şərait yaratmışdır. Zəfəri bayram etmək hüququnu o mənimsəmiş və bunula da, qalibiyyətimizin  mahiyyətinə haram qatmış, qələbəmizi ucuzlaşdırmışdır. Bayram etməyə imtiyazı olanların haqqı oğurlanmışdır. Bu halda da “harda aş orda baş” olanlar özlərini nümayiş etdirdilər. Mənim ürəyimdə bununla bağlı çox narahatedici bir nisgil kök salmaqdadır. Aşağıdakı suallara cavab tapa bilmirəm.
1. Nəyə görə şimal qonşumuz (bütün bəlalarımızın səbəbkarı olmaqla, bəzi Azərbaycan vəzifəlilərini yüksək mükafatlarla təltif edir və buna pararel olaraq, eyni zamanda 24.08.2020-ci ildən 10.09.2020-ci ilə kimi (mənə məlum olan) öz hərbi təyyarələri ilə Ermənistana silah-sursat daşıyır, onu müharibəyə hazırlayır, rusların hədiyyə etdiyi silahlardan Azərbaycana qarşı istifadə edilir, dinc əhalinin başına bombalar tökülür? Mehriban Əliyevanı V.Putin 26.08.2020-cı ildə ad günü münasibətilə təbrik edib. Bütün bunlar isə minnətdarlıqla qəbul edilir. Bəlkə belə də olmalıdır. ancaq necə deyərlər mənim qafama girmir. Xahiş edirəm oxucular kömək etsinlər. Mən də bir şey anlaya bildim.
2. İ.Əliyev bütün xalq qarşısında “heç kim bizi dayandıra bilməz” söyləyir. Gecənin yarısı, mənasını başa düşmədiyi, bir kağıza imza atır və səhər ayılanda Azərbaycan əhalisi ölkənin bir hissəsinin rus qoşunları tərəfindən (sülhməramlılar adı altında) işğal edildiyinin şahidi olur. İ.Əliyev yenidən tele ekranları zəbt edir və Paşinyanın tam “kapituliyasiya” aktına imza atmağa məcbur edildiyi haqda uydurmuş olduğu nağılları danışmaqla, onsuz da ağı-qaradan ayırmaq üçün belə, orentasiyasını itirmiş içtimaiyyətin beynini növbəti yalanları ilə doldurur. Məni əsasən sarsıdan odur ki, otuz il bu iqtidardan yalandan başqa bir şey eşitməyən əhali küçələrə axışır və nəyi isə bayram edir. Nəyi bayram edirsiniz sualını eşitdikdə isə gözlərini döyməklə işlərini bitmiş hesab edirlər.
3. Niyə bəyanat sözünü İ.Əliyev tam “kapituliyasiya” aktı kimi əhaliyə sırıyır? Onun kapitulasiyanın xüsusi mahiyyət daşıyan siyasi bə müharibə termini olduğundan xəbəri yoxdur, yoxsa Lavrovun sözünü çevirməyə cəsarəti çatmır?
4. İ.Əliyev hücumu yarımçıq saxlamasının əsl səbəbi Putinin tapşırığının onun üçün qanun olduğunu geniş kütlələrdən gizlətmək məqsədi ilə, bunu daha itkilərə yol verilməsini istəmədiyi ilə əsaslandırır. Buna mənim əsaslı şübhələrim vardır. Bu, ondan ibarətdir ki, 26.10.2020-ci ildə Şəki şəhərində, Laçında 22.10.2020-ci ildə şəhid olmuş Azərbaycan ordusunun gizirinin dəfnində iştirak etmişəm. Bu cəsur igidimizin (ona canavar ləqəbi verilmişdir və ermənilər onun bölməsi ilə üz-üzə gələrlərsə tam məhv ediləcəklərini bilirdilər) dəfnindən nə az, nə çox 18(on səkkiz) gün sonra İ.Əliyev Laçından orada məskunlaşdırılmış terrorçuların yüksək konfortla çıxmalarının təmin edilməsinə daha 20 gün vaxt verdi.
Onu deməyə də məcburam ki, Laçının nəzərdə tutulmuş vaxtda boşaldılaraq təhvil verilməsi barədə Əliyevin paylaşması ağ yalandan başqa bir şey deyildir. Orada hazırda da silahlı terrorçular yaşamaqda davam edirlər və telekanallara verdikləri müsahibələrdən bəlli olur ki, orada daimi yaşayıblar və yaşamaqda da davam edəcəklərini deyirlər. Qələbə paradı üç min nəfərə yaxın say-seçmə cavan oğulların canı, həyatı hesabına başa gəldi. Azərbaycan ordusunun öz torpağında döyüşdüyünü onun müasir texnika ilə silahlanmasına bütün şəraitin olduğunu və bu müharibənin haqq işi olduğunu nəzərə alsaq, bu səviyyədə itkiyə yol verilməsini əsaslandırmaq, ona haqq qazandırmağa cəhdlər göstərmək hətta buna təşəbbüstlər göstərməkdə bulunmaq belə çox yumşaq ifadə etmiş olsaq – vicdansızlıqdır.
Bunun səbəbi göz qabağındadır və onu görməmək öz-özünə xəyanət etmək deməkdir. Bir ordunun Ali Baş Komandanı yüzdə-yüz faiz naşı, baş qərargah rəisi 27 il bu orduya rəhbərlik edərək onu müharibəyə hazırlamaq tapşırılmış ali rütbəli hərbçi, indi etiraf edilir ki, xəyanətkar və satqın olmuşdur. Çoxsaylı itkilərin səbəbləri burada axtarılmalı və hərbin bütün sərt qanunları ilə dəyəndirilməlidir. N.Sadıkovu 30 il bu yüksək vəzifədə saxlayan İ.Əliyevdir və Polad Həşimov və onun komandasının, orduda çoxsaylı zabitlərin məhv edilmələrinə görə, hərbin bütün sərt qanunlarına görə cavab verməlidirlər. İ. Əliyev YAP-ın xüsusi proqramı ilə geninə-boluna dövlət hesabına maliyyələşdirilən qohumları, tanışları, yağlı vəzifədə yerləşdirilən pul istehsalı ilə məşqul olan (xalqın hesabına) nazirlərin təminatında olan professorlar, təyinatlı deputatlar və yüksək mənsəblə təmin edilməsinə təminat almış digər çoxsaylı vicdanlarını itirmişlər indi xalqı, onun qəhramanlığına, əvəzolunmamazlığına inandırmaq üçün dəridən qabıqdan çıxırlar.
Bu istiqamətdə çox sürətlə getməyə vərdiş etmiş adətkarda olmuş əməkdar artistlərdən (artistliyin də pulla satılması fəxri adların da tayfa münasibətləri ilə paylanılması sözsüz ki, tezliklə xalqa aşkar olacaq) İlham Əliyevin şəninə əbədi prezidentimiz mahnısını da oxudu. Deməli, başqa bu ağıldan olanlara yeni nəsə deməyə yer qalmadı. Paşinyan “Qarabağ Ermənistandır” – deməklə İlham Əliyevin Minsk qrupu ilə birgə 27 il ərzində arxasında gizlənərək Azərbaycanı talan etdiyi “sülh” danışıqlarını tarixdən sildiyi kimi, 190 manat məbləğində müavinətin qanunsuz verilmədiyi barədə Sahil Babayevə yazılmış ərizələr, edilmiş müraciətlər   cavabsız qalmışdır. Müharibə başlayan gündən ona son qoyulan günə kimi, əlində silah işğalçılarla vuruşan əsgərin xərçəng xəstəliyindən əziyyət çəkən, Sumqayıtda yaşayan anasına Azərbaycan dövlətinin (əgər onun varlığına Sahil Babayev inanırsa) bütün qanunlarına görə 190 manatlıq aylıq müavinət verilməli idi. Sahil Babayev nəinki müavinət ayırlmasını təmin etmir. Ona yazılan ərizələrə belə cavab vermir, sual olunur. Niyə? Cavab budur ki, o heç kimin qarşısında hesabat vermir, vicdanını unudub. Bu isə onun nəticəsidir ki, o, anasından halal süd əmməyib, dilinə halal çörək dəyməyib. Atası isə milis orqanlarında onun-bunun cibinə girməklə məşqul olub, indi də oğlu onu daha geniş miqyasda davam etdirir. Ölkədə iliyinə qədər halal, Allahını tanıyan, onun qəzəbindən qorxan adama etibar edilməli vəzifəyə sahibləndirilib. İnsanlar bunun əzabını çəkir. Eybəcərliklərin hamısına İ.Əliyev cavab verməli olacaqdır. Çünki o keçən iyirmi il ərzində oturduğu kreslonun mahiyyətini dərk etməmiş, məsuliyyətini başa düşməmişdir. Hərbi xidmətə getməzdən əvvəl kredit hesabına özünə mobil telefon aparatı almış nəvəmi (atası rusiya Federasiyasının vətəndaşı olmuş Yekatirinbuqda yaşamış dünyasını dəyişmişdir. Xərcəng xəstəliyindən əziyyət çəkən anası, tələbə olan kiçik qardaşı var) bir ay kredit haqqını ödədikdən sonra  firmanın ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. Ona qaçaqmalçılıqla ölkəyə gətirilən, müvafiq qaydada qeydiyyat keçirilməyən aparat satılmışdır. Firma bu suallara cavab vermədiyi  üçün ödəniş dayandırılmışdır. Sonradan nəvəm hərbi xidmətə getmişdir. Firma nəvəmə qarşı Sumqayıt şəhər məhkəməsində pul ödənişi ilə bağlı iddia qaldırmışdır. Bu barədə məlumat aldıqdan sonra mən firmaya və məhkəməyə situasiya barəsində yazılı məlumat vermiş, pandemiya ilə əlaqədar olaraq cavabdehlə əlaqə yaradılmasının və suala hər hansı bir aydınlıq gətirilməsinin mümkünsüz olduğunu bildirmiş və nəzərə alınmasını xahiş etmişəm. Sumqayıt məhkəməsinin hakimi Azər İsmayılov (əsaslı şübhələr vadır ki, qaçaqmalçılıqla ölkəyə gətirilən telefon aparatlarının satışından əldə olunan gəlirdə onun da payı vardır) tamamilə qanunsuz qətnamə çıxararaq 648 (altı yüz qırx səkkiz) manat vəsaiti ödənilməsini nəvəmin üzərinə qoymuşdur. Mənim bu qanunsuz olduğum apelliyasiya şikayətinin qəbulundan A.İsmayılov imtina etmiş, cavabdehin mənə etibarnamə vermədiyini əsas gətirmişdir.Mən hakimin ikinci qərarından apelliyasiya şikayəti verdim. Buna da Sumqayıt Apelliyasiya məhkəməsinin Telman Məmmədovun rəhbərlik etdiyi məhkəmə kolleqiyası cavabdehin etibarnaməsi olmadan yazıldığı üçün geri qaytardı. Azər İsmayılov mən Sumqayıt apelliyasiya məhkəməsinin yollarında vaxt itirərkən öz imkanlarından səmərəli istifadə edərək qətnaməsini icra məmurlarına göndərmişdir. Bütün bankların qanunsuz olduğu barəsində icra məmuru Ramil Babayevə  xəbərdarlıq etməyinə və müvafiq sənədləri təqdim etməyimə baxmayaraq, icra məmurları cavabdehin xəstə anasını hədəfə almış və ona olmazın əziyyətini verirlər. Nəvəm İnşallah Azərbaycan torpağı uğrunda (kəşfiyyat qrupunun sürücüsü kimi çox vaxt düşmənin arxasında olmuşdur) müharibədən sağ-salamat doğmalarının yanına qayıtdıqdan sonra ölkədə korrupsiya və rüşvətin tam gücü ilə çiçəkləndiyinin şahidi olacaq. Sahil Babayevin əsgər anasına çatmalı olan müavinəti yağmalayıb yediyini görəcəkdir. Məni narahat edən odur ki, erməni öldürməyə öyrəşmiş cavan oğlanın atacağı addımlar nə olacaq  Bunu ona görə ictimailəşdirirəm ki, başqalarına da dərc olsun. Əsas problemlərimiz başlanğıc mərhələsindədir. Ölkəni silkələyəcək, onu hara sürüyəcək hadisələr barəsində bu gün proqnoz verməkdə çətinlik çəkirəm. Bir onu bilirəm ki, keçən əsrin 80–ci illərin xaosu artıq qapımızı kəsmişdir.
On aya yaxın bir müddətdə prezident kreslosunu mənimsəmiş İ.Əliyevə və onun “sevimli” naziri Sahil Babayevə ordu gizirinin Şəki şəhərində yaşayan, bütün meyarlara görə müavinət almaq hüququ olan atasına müavinət verilməsinin təmin edilməsi barəsində yazmışam. Həmin ərizələrdə daha altı nəfərin bu hüquqlara malik olduğu göstərilmişdıir.
Bu ölkədə vəzifəlilərə vətandaşlara cavab yazmaq yasaq edildiyindən (İ.Əliyev birinci nümunədir) heç bir cavab almamışam.
Həmin gizir Hadrutda və Füzülidə uç rəngli bayrağımızı dalğalandırdı, Laçında isə şəhidlik zirvəsinə yüksəldi.
İlham Əliyev, bu insanların haqqının Sahil Babayev və onun kimi üzdəniraqlara tapşırılması ən azı vicdansızlıqdır.
 Allah qorusun!
2020-ci ilin dekabr ayının 9-dan 10-na keçən gecə İlham Əliyev ,Putin və Paşinyan separat danışıqlara girərək, video konfrans formasında bəyanat imzalamışdır. Bunun əsasında ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğurunda aparılan müharibənin dayandırılması, işğalçı rus qoşunlarının suveren ölkənin ərazisinə yeridilməsi, düşmən tərəfin 30 min nəfərdən artıq silahlısının əsarətdən çıxarılmasını həyata keçirilmişdir. Ermənistan tərəfindən dünyanın müxtəlif ölkələrindən gətirilərək Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılmış  terrorçuların Ermənistan ərazisinə keçirilməsinə və orada yenidən silahlandırılaraq rus ordusunun köməyi ilə Azərbaycan ərazisinə gətirilməsinə məqsədli şəkildə şərait yaradılmışdır. İlham Əliyevin hərəkətlərinin Azərbaycan respublikasının marağlarına zidd olduğu nəzərə alınaraq onun barəsində MM-də İMPİÇMENT başlanılmalı, bütün hallar qanunçuluq baxımından araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. Rus qoşunlarının Azərbaycan dövlətinin ərazisinə təcavüzü DE FAKTO təsdiq edilməli, onun  qeyd-şərtsiz, vurulmuş ziyanın ödənilməsi öhtəçiliyi üzərinə qoyulmaqla  Respublika ərazisindən çıxarılması və ölkə ərazisində olduqları zaman kəsiyində törəTmiş olduqları hadisələri beynəlxalq ekspertlər cəlb edilməklə dərindən araşdırılmalıdır. Bütün bu məsələlərin öz həllini tapacağı müddəti İlham Əliyevin fəaliyyəti dondurulmalı, məhdudlaşdırılmalıdır. Birinci vitse – prezident vəzifəsində onun arvadının olduğu nəzərə alınmalı dövlətin müvəqqəti idarəçiliyi MM-ə köçürülməlidir. Putin Azərbaycan daxili işlərinə qarışmasına son qoyulmalıdır. Bu ölkənin suverinliyinə və ərazi bütövlüyünə təhdiddir.
davamı var    
Sizlərə hədsiz sayğılarla:
Tahir BABAYEV
28.12.2020                              

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*