“TORPAQLARIMIZIN AZAD EDİLMƏSİ ARZUMUZDUR, BUNA GÖRƏ QAN TÖKDÜK”!!!”

PAYLAŞIN

“Cəsur vətən övladlarından ibarət müzəffər ordumuz 30 il həsrətində olduğumuz torpaqlarımızın düşmən tapdağından azad edilməsini təmin etdi.”!!!

        Vay əqidəsi sürüşkən olanların və onlara havadarlıq edənlərin halına.

Bir qərinə vicdanımızda ağır yük kimi daşımağa məcbur olduğumuzdan qəddimizi əymiş, bizi qürursuz, dost-düşmən arasında başı aşağı, üzü qara etmiş, aciz, bacarıqsız, öz torpaqlarının düşmənlərdən qorunmasını təmin edə bilməyən millət obrazı yaratmış ağır yükdən nəhayət ki, rəşadətli, yenilməz ordumuzun sayəsində qurtula bildik.

30 ilə yaxın bir müddətdə soydaşlarımızdan 1.000000 (bir milyon) nəfərdən çoxu öz vətənimizdə, torpaqlarımız üzərində aclıq, səfalət, təsəvvür edilməsi belə mümkün olmayan məşəqqətlər içərisində yaşamağa, bu zülmdən qurtulacağı günü gözləməyə məcbur edildilər. Tariximizin bu kəsiyi bütövükdə YAP-ın ölkədə hakimiyyəti mənimsədiyi dövrdür. Məcburi köçkünlərə qayğı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması adı altında xalqın miyyard manatlarla hesablanan pulu mənimsənildi. Bu talanların təşkilatçı və icracılarından biri YAP-ın sədr müavini Əli Həsənov idi. Hazırda onun harada və kimin mühafizəsi altında olduğu barəsində məlumat yalnız YAP başqanındadır. Nəhayət, iqtidarın dövlət büdcəsinin talamaq üçün istifadə etdiyi ən “yağlı” mənbə onun əlindən çıxdı. Cəsur vətən övladlarından ibarət müzəffər ordumuz 30 il həsrətində olduğumuz torpaqlarımızın düşmən tapdağından azad edilməsini təmin etdi. Bununla da vətənimizin beynəlxalq aləmdə tanınmış sərhədləri əhatəsində olan ərazi bütövlüyü bərpa edildi. Bir qərinə ərzində dünya ölkələrinə var-dövlətimizi, sərvətlərimizi, Avropada dostlar qazanmağa pullarımızı xərcləyən (Səyavuş Novruzovun etirafı, Səməd seyidov və b.) YAP-çıların yalanlarına son qoyuldu. Məlum oldu ki, uzun illər boyu YAP-çıların ciblərinə xərclik qoyduqları, qarınlarına qulluq etdikləri, hətta əxlaqa kölgə salan xidmətlər göstərməkdən belə çəkinmədikləri Avropa siyasətçiləri top-yekun olaraq işğalçının tərəfində olduqlarını, haqq-ədalətli dəyərləndirmədiklərini sübut etdilər.

Onlar nəinki bizim haqq işimizə dəstək vermədilər, əksinə, mümkün olan və olmayan yollarla yalanlarla, böhtanlarla mübarizəmizə mane olmağa, kölgə salmağa çalışdılar. ATƏT-in Minsk qrupunun üç həmsədirlərindən biri olan Fransanın prezidenti Emanuel Makronun mövqeyi birbaşa qərəzli,  hiylə xarakteri daşıyırdı. O, bütün hərəkətləri ilə erməni diasporuna nökərçilik etdiyini təsdiq edirdi.

Azərbaycanın taleyüklü haqq işində Türkiyə və Pakistan dövlətləri daimi yanımızda olduqlarını deməklə, mənəvi dəstəklərini bizə əsirgəmədilər. Qonşumuz Rusiya Federasiyasının rəhbərliyi həmişə olduğu kimi sözü ilə əməlinin daban-dabana zidd olduğunu nümayiş etdirdi. Onun düşmən tərəfə ötürmüş olduğu silah-sursat Ermətistan ərazisindən Azərbaycanın dərinliyində olan şəhərlərə istiqamətləndirildi. 100 nəfərə yaxın dinc insan qətlə yetirildi, 400 nəfərdən çox mülki vtəndaşimız müxtəlif dərəcəli xəsarətlər aldı.

Rusiya prezidenti Putin Fransa prezidenti Emanuel Makronla daimi eyni mövqedən çıxış etməklə açıq düşmənçilik mövqeyi sərgilədi. O, dünyanın aparıcı mətbuatına müsahibələr verərkən ermənilərin əzabkeş, birinci və ikinci dünya müharibələrində ağır itkilər vermiş məzlum xalq simasını yaratmağa cəhdlər etməkdə davam etdi.

Onun dediklərindən belə nəticələr hasil oldu ki, bu iki həmsədr ölkə keçən 30 il ərzundə status-kvonun qorunub saxlanılması və Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranması üçün bütün imkanlarını səfərbər etmişlər.

Açığını etiraf edirəm ki, mən Putin və Makronun, ədalətin təmin edilməsi üçün, hansısa bir addım atacaqlarını gözləmirdim. Çünki otuz illik həmsədrlik dövründə bu istiqamətdə barmaq-barmağa toxundurmamışdılar.

Putinin bütün çıxışlarında bir şey çöx aydın sezilirdi ki, o, nəyi isə gözləyir və əlverişli şərait yaranan kimi hərəkətə keçəcəkdir. Digər bir tərəfdən isə Putinin sərgilədiyi mövqe onu deməyə əsas verirdi ki, o yaranmış tarixi şəraitdə dünyaya regionda hələ ki, söz sahibinin olduğunu göstərmək, Rusiyanın qapısını kəsmiş bəlalardan onu qurtarmaq məqsədi güdür. Burada qurbanlıq qoyun kimi yenə də, həmişə olduğu kimi, Azərbaycandan istifadə edilməsi planlaşdırılmışdır. Putin İ.Əliyevin ondan asılılıq nümayiş etdirdiyini aydın görür və bundan yararlanmağın heç də çətin olmayacağını bilirdi. 30 il ərzində danışıq naminə aparılmış danışıqların tarixçəsi bunu tam aydınlığı ilə göstərdi. Putin eyni zamanda Ermənistana və onun havadarlarına da, konkret olaraq sübut etməli idi ki, Ermənistan forpostdur və belə olaraq da qalmalıdır. Başqa cür fikirləşənlər varsa Ermənistanın tarixdən silinməsi astanasında olduğundan bir nəticə çıxarsın.

2020-ci ilin 9 dekabr tarixində məlum oldu ki, Ermənistanın 30 min nəfərdən ibarət hərbi kontingenti və bir o qədər də işğal olunmuş ərazilərdə dünyanın müxtəlif ölkələrindən gətirilmiş terrorçular mühasirəyə düşmüşlər. Gecə ikən məsələ bişirilməsə sabaha artıq “qatar” getmiş olacaq.

Dərhal İ.Əliyevin, Putinin daim barmağı altında olan düyməsi basıldı. Lavrovun nə vaxtdan hazır saxladığı kağız masa üzərinə atıldı və İ.Əliyevə imzalatdırıldı. 3.000 (üç min)-ə yaxın vətən oğlunun qanı, canı hesabına əldə edilmiş uğurların üstündən qara xətt çəkildi. Putin bir atəşlə üç quş vurmuş oldu.

1. Erməni ordusunu və terrorçuları mühasirədən çıxararaq onları xilas etdi.

2. Rusun işğalçı ordusunu Azərbaycan ərazisinə yeritdi və problemin sonrakı həll mərhələsində söz sahibi statusunu qazandı. (Bu Azərbaycana çox baha oturacaq)

3. Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi naminə Azərbaycanda bir neçə saniyə ərzində formalaşmış milli birlik ilə həmin müddət çərçivəsində də məhv oldu.

Bu isə çox da uzaq olmayan gələcəkdə Azərbaycanı, özünü onun başqanı hesab etməklə atdığı addımların fərqinə varmaq qabiliyyətində olmayan İ.Əliyevi və onun hakimiyyətini məhv edəcəkdir.

İ.Əliyev aydın görünən bu gerçəkləri pərdəiəmək üçün Bakının Azadlıq meydanında Qələbə paradının keçirilməsi qərarını elan etdi.

Bu münasibətlə qardaş Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya gəlməsi, onun Azadlıq meydanında söyləmiş olduğu parlaq və dünyaya ünvanlanmış mesajlarla zəngin məzmunlu nitqi hələ uzun müddət bizim yaddaşlarımızda qalacaq, xalqımızı, bütün türk millətini qürurlandıracaqdır. Dünya dərk etmək məcburiyyətindədir ki, türklə artıq güc dili ilə danışmaq epoxası qapanmışdır. Qapılarımız xoş məramlıların üzünə açıq, bədxahlarımız, çirkin niyyətlilər üçün alınmaz qaladır.

Yaşasın Ərdoğan! Yaşasın türk əsgəri! yaşasın hər günümüzdə ürəkləri bizimlə eyni ritimdə vuran, varlıqları ilə bizi qürurlandıran türk qardaşlarımız!

Ərdoğanın dilindən eşidilmiş hər bir kəlmə, hər bir söz xüsusi əhəmiyyətli yük daşıyıcısı olmaqla, dünya miqyasında kəsərlidir. Onun Türkiyənin, Azərbaycanın, ümumiyyətlə islam dünyasının hər zaman haqqın, ədalətin yanında olduğu barəsində həqiqətə söykənən fikirləri bu günki dünya üçün çox əhəmiyyətlidir və qiymətlidir. Biz azərbaycanlılar buna çox diqqət yetirməliyik. Qələbə paradı Vətən oğullarının canı, qanı, həyatı hesabına qazanışmış uğuların nəticəsində mümkün olmuşdur. (Ürək yanğısı ilə qeyd etməyə məcburam ki, vətən xainlərinin, satqınların alçaqlığı ilə bağlı həyatını itirənlər də vardır. Hesab etməyə haqqım vardır ki, satqınlıqla hər bir konkret hal şəffaf şəkildə cəmiyyətin nüfuzlu nümayəndələrinin iştirakı ilə araşdırılacaq, belələri öz layiqli cəzalarını alacaqlar. 30 ilə yaxın bir müddətlə satqınlıqla məşqul olmuş, orduda və digər dövlət strukturlarında xüsusi şəbəkə yaradaraq, xalqa, dövlətə, orduya, vətəndaşlara külli miqdarda ziyan vuranlarla yanaşı onların fəaliyyətinə nəzarəti təmin etmək vəzifə borcları olan, lakin bunu etmək istəməyənlər də müttəhim kürsüsündə, himayə etmiş olduqları ilə yanaşı əyləşdiriləcəkdir.)

Burada çox vacib hesab etdiyini bir məsələni də qeyd etməyə bilmərəm. Ölkə başçısı İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və dövlətin beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində suveren hüquqlarının bərpa edildiyini zorla əhaliyə sırıyır. Xalq malı hesabına yallandırılaraq, hazırlanmış telekanal əməkdaşları artıq bununla bağlı insanların qulaqlarını mazol etmişlər.

Torpaqlarımızın azad edilməsi arzumuzdur, buna görə qan tökdük. Nəticə o oldu ki, İlham Əliyev tam qanunsuz  olaraq səlahiyyətlərini aşaraq ordunun hərəkətini dayandırdı. Erməni işğalçılarını rus işğalçıları ilə əvəz etdi. Hazırda  Azərbaycan xalqına qarşı ağır cinayətlər etmiş və ölkənin baş prokurorluğu tərəfindən cinayət işi açılmış Ter-Petrosyanlar, Köçəryanlar, Sarkisaynalar, Arturyanlar indi hamısı Dağlıq Qarabağdadır. Baş prokuror Kamran Əliyev susur. Yəqin elə hesab edir ki, belə də olmalıdır. K.Əliyev, bu belə deyil və ola da bilməz. Sizin hərəkətsizliyiniz artıq cinayət tərkibi yaranmışdır. Ya çıxıb getməklə canımızı qurtarın, yaxud hərəkətə keçin, çalışın kı, İlham Əliyevlə bir boyunduruq yoldaşı olmayasınız, yaxanız xalqın əlində qalacaqdır.

Ölkədə bütövlükdə saxtalaşdırılmış seçki protokolları əsasında olmasına baxmayaraq formalaşdırılmış və ölü qanunlar doğmaqla məşğul olan Milli Məclis və onun spikeri Sahibə Qafarova da vardır. (Dəhlizlərdə onun Rusiyanın adamı olduğu deyilir)

Onun İlham Əliyevin qanunsuz hərəkətlərinə qarşı susqunluq nümayiş etdirməsi, hərəkətsizliklə bağlı CM-in müvafiq maddələrində tövsif olunmuş tərkib yaradır.

Zəhmət olmasa hərəkətə gəlsin. Buna gücü yoxdursa çıxıb getsin. Onsuzda heç kim ona etibar etmir, inanmır, cavabdehliyə cəlb olunacağı günü gözləyir.   

Sizlərə hədsiz sayğılarla:

Tahir   BABAYEV 

28 12 2020      

Davamı   var

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*