“TÜRKİYƏ CÜMHURİYYƏTİ, DÜNYA DURDUQCA, İLƏLƏBƏT PAYİDAR OLACAQDIR!”!!!

“BU ÖKLƏNİ BÖLMƏYƏ, TÜRKLƏRİ YOX ETMƏYƏ DÜNYADAKI HEÇ BİR MİLLƏTİN GÜCÜ, QÜDRƏTİ YETMƏZ” !!!

“TÜRK ADINI ORTADAN QALDIRMAQ, BU ADIN ÜSTÜNDƏN XƏTT ÇƏKMƏK ONLARIN GÜCLƏRİ DAXİLİNDƏ DEYİL” !!!

Ötən hərtə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Türk Birliyi Partisinin(TBP) dəvətlisi olaraq qardaş olkədə səfərdə oldum. İzmirdə TBP-nin bir sıra yetkililəri ilə görüşlərimiz baş tutdu, çox şeylərdən danışdıq, müzakirələrimiz oldu. Qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan resrublukası arasındaki, siyasi, iqtisadi, mədəni münasinətlərin səviyyəsi və perspektivlərinə dair əhatəli, fikrimcə də faydalı fikir mübadilələri apardıq. TBP-nin Genel Başqanı Hurşit Yigit bəylə planlaşdırdırılan görüş, onun səhhətində yaranmış problemlərlə bağlı baş tutmadı və yeri gəlmişdən burdan da sayin Genel Başqanımıza acil şəfalar diləməyi kəndimə borc bilirəm. Hurşit bəylə telefon konuşmamız oldu və həm öz adından, həm TBP-nin adından bütün Azərbaycana və Azərbaycanlılara, məmləkətimizin türk sevdalı insanlarına salamlarıını çatdırmamı istədi. Hər halda sözügedən söhbətlərimiz və müzakirələrimiz haqda canlı yayımda cəmiyyəti məlumatlandırmağı düşünürəm və güman edirəm ki, bundan sonra TBP ilə bağlı söhbətlərimiz tez-tez olacaq. Zira, onu da bildirməyi özümə borc bilirəm ki, Türkiyə sərəfimin və sürəkli müzakirələrimizin nəticəsi olaraq, bəndəniz TBP-nin Azərbaycan təmsilçisi kimi görəv aldı və göstərdikləri yüksək etimaddan yana, Genel Başqanımız başda olmaqla, TBP-nin rəhbər kadrosuna, eləcə də, partinin bütün fədakar üyələrinə təşəkkürlərimi ilətmək vacibiyyəti duyuram. Allahın izni ilə, umarım və dilərim ki, hayırlı, uğurlu olur, İnşaallah! …

Bu arada TBP ilə bağlı Azərbaycan cəmiyyətində ümumi təsəvvürlər olsun deyə, Türkiyədən ayrılmadan öncə, TBP Genel Başqanının Dış İşlərdən sorumlu yardımçısı Tahirə Məsimzadə və partinin Gənclik Qolları Genel Bağqanı Fatih Ubuzla olan söhbətimizin videoyazısını ictimai rəyin müzakirəsinə, cəmiyyətimizin diqqətinə çatdırmaq vacibiyyəti duydim. Başqa sözlə, məxsusi olaraq Azərbaycan oxucuları və tamaşaçıları üçün, sözügedən patiya yetkililərindən müsahibə aldım. Buyurun tanış olun, nə alındısa artıq, necə deyərlər, varıını verən utanmaz…    

Sərdar ƏLİBƏYLİ

Posted by Tahire Mesimzade on Sunday, 28 October 2018

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*