“ÜMİD EDİRƏM Kİ, XALQ HƏRƏKATI VƏTƏBDAŞLARIN SONSUZ ÜMİDLƏRİNİ DOĞRULDACAQ VƏ …”!!!

PAYLAŞIN

İstiqlalçı millət vəkili

Mütəllimli Mətləb Əzizulla oğlu

tərəfindən

B Ə Y A N A T

Şüurlu həyatımın 32 ilini Azərbaycanın müstəqilliyinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, cəmiyyətin demokratik inkişafına həsr etmiş şəxs kimi başa düşürəm ki, Azərbaycan Xalq Hərəkatına qoşulmaqla orada təmsil olunan, vaxtilə milli hakimiyyətin süqutunda birbaşa və ya dolayısı ilə iştirak etmiş bəzi şəxslərlə bir yerdə olmaq əziyyətlə qazandığım nüfuzuma xələl gətirəcəkdir. Bununla belə, milli mənafe naminə, öz xalqına qarşı kütləvi qanunsuzluqlara yol verən mövcud rejimin xalqın iradəsinə tabe edilməsində, bu mümkün olmadıqda, qanuni əsaslarla yaradılacaq yeni hakimiyyətinin qurulmasında İstiqlalçı millət vəkili kimi iştirak etmyi özüm borc bilirəm. Ümid edirəm ki, ağır, iztirablı həyat yaşamış və indi də yaşayan vətəndaşların 25 il gözlədiyi Xalq Hərəkatı onların sonsuz ümidlərini doğruldacaq, bu yolda mübarizə aparan siyasi partiyalarla, təşkilatlarla, bütün vicdanlı insanlarla birikdə müqəddəs torpaqlarımızın işğaldan azad edilmsində, ölkədə azad, demokratik cəmiyyətin qurulmasında tarixi missiyanı yerinə yetirəcəkdir. Onu da qeyd etəmyi vacib bilirəm ki, bundan sonra yerinə yetirməyi nəzərdə tutduğum bəzi vacib işləri, səhhətimi və yaşımı nəzə alaraq mənim bu hərəkatda heç bir şəxsi iddiam yoxdur. Əgər, gələcəkdə bu hərəkatda birgə fəaliyyətimiz alınarsa, bütün gücümüzlə çalışmaıyıq ki, bu hərəkata yeni, sağlam qüvvələr, gənclər cəlb edilsin və onlar hərəkatın əsas aparıcı qüvvəsinə çevrilsinlər. Eyni zamanda, bildirirəm ki, qarşıya qoyulmuş vəzifələrin üzürsüz səbəblərdən yerinə yetirilməməsi, həqiqi müxalif qüvvələrə qarşı əks mövqe sərgilənməsi, mövcud hakimiyyətə qarşı loyal münaibət göstərilməsi, xalqın gözləntilərini doğrultmaq əvəzinə şəxsi mənafelərin ön plana çəkilməsi mənim bu hərəkatda fəaliyyətimə son qoyacaqdır.

Mütəlimli Mətləb Əzizulla oğlu.

19 yanvar 2019.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*