“ÜMİD SƏNƏDİR ANCAQ, AZƏRBAYCAN ƏSGƏRİ” !!!

PAYLAŞIN

26 İYUN – ORDU GÜNÜNƏ!!!

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması münasibəti ilə, Xalqımızı, Milli Azadlıq Hərəkatında öz dəsti-xətti ilə seçilmiş Azərbaycan Xalq Cəbhəsi Qubadlı rayon Şöbəsinin bütün üzvlərini və eyni zamanda Azərbaycan Dövlətinin Milli Ordusunun yaranmasının ilk günlərindən başlayaraq can-başla, sevə-sevə, fədakarcasına xidmət etmiş bütün Qubadlıları təbrik edirəm. İnşəAllah zaman gələr tökülən qanımızı yerdə qoymarıq. Namusumuz olan Vətənimizin torpaqlarını işğaldan azad edərik! Başınızı həmişə dik tutun əzizlərim. Siz hər cür tərifə layiqsiniz… Aşağıda qısa sətirlərlə sadaladığım böyük işləri siz görmüsünüz. Çəkdiyiniz zəhmətlər yerdə qalmaz…İnşəAllah !

810 saylı hərbi hissə

(Qubadlı Əlahiddə Ərazi Müdafiə Batalyonu )

1991-ci ilin 9 oktyabr tarixində, Azərbaycan respublikası prezidentinin fərmanı ilə Qarabağ və Ermənistanla sərhəd rayonlarında Əlahiddə Ərazi Müdafiə Batalyonlarının yaradılması üçün fərman verildi və AXC Qubadlı rayon şöbəsinin İdarə heyəti dərhal 1991-ci il 12 oktyabr tarixində AXC Qubadlı rayon şöbəsinin məclisi çağrıldı. 1991-ci il 12 oktyabrdan başlayaraq AXC Qubadlı rayon şöbəsinin 12 oktyabr tarixli məclisinin qərarı ilə səfərbərlik élan olundu. AXC RŞ-nin iştirakı və təşkilatçılığı ilə ilk 810 saylı Qubadlı özünümüdafiə batalyonunun formalaşdırılmasına başlanıldı. (1991-ci il 12 oktyabrdan başlayaraq AXC Qubadlı rayon şöbəsinin yaxından iştirakı ilə ilk Əlahiddə Ərazi Müdafiə Batalyonu yaradıldı. Sonradan 810 saylı hərbi hissə oldu. Hərbi hissənin Şəxsi heyəti, əsasən yerli əhalidən formalaşdırıldı. 1991-ci il oktyabrdan 1992-ci ilin iyun ayına qədər ilk komandir Dağbəyi Məhyəddinov idi. 1992-ci ilin iyun ayından, oktyabr ayının 3-nə qədər (Şəhid olduğu gün) batalyon komandiri şəhid Milli Qəhrəman Əliyar Əliyev oldu.( AXC Qubadlı rayon şöbəsi İdarə Heyətinin üzvü olub)

851 saylı hərbi hissə – Motoatıcı batalyon

1992 -ci il mart ayında AXC Qubadlı RŞ-nin təşkilatçılığı və yaxından iştirakı ilə səfərbərlik élan olundu və 2-ci, 851 saylı hərbi hissə yaradıldı. Hərbi hissənin Şəxsi heyəti, əsasən yerli əhalidən və ölkənin digər bölgələrindən gəlmiş könüllülərdən ibarət formalaşdırıldı – Komandir Adil Həşimov ( AXC Qubadlı rayon şöbəsi İdarə Heyyətinin üzvü olub).

843 saylı hərbi hissə – Motoatıcı batalyon

1992-ci il may ayının 20-də, Şuşa və Laçının işğalından sonra, rayonun müdafiə xətti böyüdüyündən, daha iki batalyonun yaradılması zərurəti ortaya çıxdı. AXC Qubadlı RŞ-nin təşkilatçılığı və yaxından iştirakı ilə 3-cü və 4-cü batalyonun (843 və 846 saylı h/h) yaradılması qərara alındı. AXC Qubadlı RŞ-nin təşkilatçılığı və yaxından iştirakı ilə 843 saylı hərbi hissə yaradıldı. Hərbi hissənin Şəxsi heyəti, əsasən yerli əhalidən və ölkənin digər bölgələrindən gəlmiş könüllülərdən ibarət formalaşdırıldı – Komandir Dağbəyi Məhyəddinov.

846 saylı hərbi hissə – Motoatıcı batalyon

1992-ci il may ayında, 1992-ci il mart ayında AXC Qubadlı RŞ-nin təşkilatçılığı və yaxından iştirakı ilə 4-cü, 846 saylı hərbi hissə yaradıldı. Hərbi hissənin Şəxsi heyəti , əsasən yerli əhalidən və ölkənin digər bölgələrindən gəlmiş könüllülərdən ibarət formalaşdırıldı.

Komandir – Aydın Şükürov ( AXC Qubadlı rayon şöbəsi İdarə Heyyətinin üzvü, AXC Rayon şöbəsinin sədri olub).

850 saylı hərbi hissə – Motoatıcı Alay

1992-ci ilin iyul ayında Qubadlı rayonunda yerləşən hərbi hissələrin vahid kimandanlığa tabe olması məqsədi ilə, AXC Qubadlı rayon şöbəsinin təşkilatçılığı və yaxından iştirakı ilə Alay formalaşdırılmağa başlanıldı. 1992-ci ilin iyul ayından avqust ayına kimi alayın ilk komandiri p-nk Baba Axundov, sonradan avqust ayından sentyabr ayının 17-nə kimi p-nk Nüsrət Namazov oldu.

1992-ci il sentyabr ayının 25-də Laçın istiqamətində genişmiqyaslı hücum əməliyyatı həyata keçirilərkən briqadanın yaranması zərurəti yarandı və 706 saylı hərbi hissə-briqada formalaşaraq tam tərkiblə yarandı.

706 saylı hərbi hissə – Briqada

1992-ci noyabr ayının 1-də MN tərəfindən rəsmiləşdirildi və bu gün də fəaliyyətdədir.

706 saylı hərbi hissənin – briqadanın da formalaşmasında AXC Qubadlı rayon şöbəsinin bilavasitə təşkilatçılığı və iştirakı olmuşdur. 706 saylı hərbi hissə – briqada bu gün də torpaqlarımızın müdafiə olmasında xidmət göstərir.

Qeyd:

Yaradılmış batalyonlar, əvvəl 1992-ci ilin avqustunda 850 saylı hərbi hissənin – alayın, sonradan 1992-ci ilin noyabr ayında isə 706 saylı briqadanın tərkibinə daxil edilərək vahid komandanlıq təşkil olundu. 1988-ci ildən, torpaqlarımızın Rus-erməni təcavüzündən qorumaq məqsədi ilə yaradılmış ilk silahlı dəstələrindən tutmuş, müstəqilliyimizi qazandıqdan sonra yaradılmış ilk batalyonların – ordumuzun, silah-sursat, hərbi texnika ilə təchiz olunmasında, hərbi hissələrin şəxsi heyətinin formalaşmasında, ordu quruculuğumuzun ərsəyə gəlməsində, AXC Qubadı rayon şöbəsinin danılmaz əməyi, əvəzolunmaz xidməti olmuşdur.

Milli Azadlıq Hərəkatının veteranları və Qarabağ qaziləri adından:

Aydın Şükür

PAYLAŞ

1 Comment

  1. ALLAH MİLLİ Azadlıq Herekatın Lideri ve eks-Prezidenti Ebülfez ELÇİ BEY başda olmaqla,torpaqlarımız uğrunda Şehid olanlara rehmet dileyirem.
    Bugünkü Herbi paradı görenden sonra emin oldum ki,şehidlerimizin qanı yerde qalmayacaq.
    Herbi komandan,lazım dayını gözləməyin.Toparlanıb,işğalçılara yerini gösterek.
    Yaşasın AZERBAYCAN ESKERi! AMİN! AMİN! AMİN!

Leave a Reply

Your email address will not be published.


*