UNUTMAYAQ, UNUTDURMAYAQ !!!

PAYLAŞIN

Jalə CƏFƏROVA:

“Ən böyük istəyimiz bu böyük

rəssamln İstanbuldakı evini

özünə yaraşan bir mərkəzə çevirməkdir”

Bakı Atatürk Mərkəzində, dünya şöhrətli rəssam İbrahim Qafar oğlu Səfiyev irsinin araşdırılması və təbliğində misilsiz xidmətləri olan Sənaye Dövlət universitetinin dossenti Elşad Səfizadəyə Milli Mədəniyyətin Təbliği ictimai birliyi tərəfindən Fəxri Diplom təqdim olunmuşdur. Diplomu birliyin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova təqdim etmişdir. Jalə xanım öncə İbrahim bəy haqqında məlumat vermişdir:

“İbrahim Səfi 1898ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlmişdir. Üç yaşında atasını itirdiyi üçün çox çətinliklərlə üzləşir. Kiçik yaşlarındsn rəsmə həvəs göstərən İbrahim 12 yaşinda “Araz balıqçıları”adlı ilk əsərini çəkmişdir. 1824-25-ci illərdə Atatürkün portretini çəkən ilk rəssamlardan olub. Bir müddət Moskvada təhsil alıb və müharibənin bsşlaması təhsilini başa vurmağa imkan vermməmişir. 1920ci ildən sonra İbrahim bəy, ömrünün sonuna qədər, həm Avropada, həm də Türkiyədə saysız-hesabsız sərgilərə imza atır və artıq bütün dünyada tanılır. Təəssüf ki, belə böyük sənətkar haqqında doğma vətənində çoxları məlumatsızdır. Bu böyük rəssamın ictimaiyyətə tanıdılmasında OXU Akademiyasının rəhbəri, dəyərli Səməd bəy Vəkilovun xidməti ölçüyə gəlməzdir. İbrahim bəyin dünyasını dəyişdiyi zamandan 34 il keçir. Elşad bəyin də, bizim də ən böyük istəyimiz bu böyük rəssamın İstanbuldakı evini özünə yaraşan bir mərkəzə çevirməkdir. Biz də çalışıb əlimizdən gələni əsirgəməyəcəyik.”

PAYLAŞ

1 Comment

  1. Tarixlərdə uyğunsuzluq var. “İbrahim Səfi 1898ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlmişdir. 1824-25-ci illərdə Atatürkün portrdtuni çəkən ilk rəssamlardan olub.1920ci ildən sonra İbrahim bəy, ömrünün sonuna qədər, həm Avropada, həm də Türkuyədə sayslz-hesabsız sərgilərə imza atır və artıq bütün dünyada tanılır.

Leave a Reply

Your email address will not be published.


*