“UNUTMAYIN, TÜRKDƏN QUL OLMAZ!”!!!

PAYLAŞIN

Yasəmən QARAQOYUNLU:

“Qırıldığımız yerdən yenidən bütövləşməyə başlayaq…

Yalnız TURAN birliyi və Turan Ordusu Türk Millətinin təhlükəsizliyini təmin edə bilər.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

BİZ OLAQ, ÇOX OLAQ!

Şah İsmayıl da, Sultan Səlim də, Qızılbaş imperiyası da, Osmanlı imperiyası da, təkkə İslamı da, mədrəsə İslamı da, Atatürk də, M.Ə. Rəsulzadə də, Babur imperiyası da, Avşar, Qacar imperiyası da, Atilla da, Osman Batur da, Cuci xan da, Özbək xan da, Mamay xan da, Batı xan da, Qəznəvilər də, Qaraxanlılar da, Tabğaçlar da, Xarəzmşahlar da, Səlçuklular da, Ənvər paşa da,  Z.V.Toğan da, Mustafa Cəmiloğlu da, Elçibəy də, Alp Ər Tunqa da, Bilqamıs da bizimdir. Kulikovo döyüşü də, I Dünya Müharibəsi də, Xaçlı savaşları da bizə qarşı aparılan müharibələr idi.

“Biz” anlayışını oluşturmalıyıq. Biz bir millət 7 dövlətik. Biz anlayışı formalaşsa dövlətimizin sayı 7 yox, şərti olaraq 20 və ya daha çox olacaq. Avrasiyanın 5-də 3-ü türklərindir. Avrasiya türkdür. Türklər Avrasiyada XIX-XX əsrlərə qədər Baburilər, Səfəvi-Avşar-Qacarlar, Qızıl Orda və Osmanlı imperiyaları quraraq Avrasiyaya hökm etmişlər və böyük türk-islam mədəniyyəti inşa etmişlər. Təhtəlşüurumuzdakı imperiya ruhunu dirçəltməliyik. Batı bizim imperiyalarımızı parçalayıb, yerində kiçik etnik ulus dövlətləri inşa etməklə coğrafiyamızı da, kültürümüzü də, tariximizi də, dilimizi də, millətimizi də, əlifbamızı da parçaladı və bizi Batıya inteqrasiya olmaq istəyən kiçik dövlətlərə çevirdi. Bizim siyasət fəlsəfəmiz nə Batıya inteqrasiya olmaqdır, nə də batılılaşmaqdır. Bizim siyasət fəlsəfəmiz TURANLILAŞMAQDIR. Ailədə, toplumda, kültürdə, təhsildə, mənəviyayda, əxlaqda, sənətdə Turanlılaşmaq və bir Turan siyasət fəlsəfəsi, dəyərlər kodeksi, insan tipi, kültür tipi, sivilizasiya tipi yaratmaqdır. İnsanlıq tarixinin başlanğıcından bu günə qədər böyük imperiyalar, dövlətlər və mədəniyyətlər qurduq. Doğuya da sahib olduq, Batıya da. Unutmayaq. Doğu da bizimdir, Batı da. Bu milli tarixi, kültürü və qüruru türk insanının tarixi mirası və gələcəyi kimi bərpa etməkdə görəvliyik. Hər mədəniyyətin, hər sivilizasiyanın, hər millətin zamanda və məkanda öz yolu və missiyası, taleyi var. Babalarımızın yoluna, öz yolumuza dönək. Qırıldığımız yerdən yenidən bütövləşməyə başlayaq. Unutmayın, Türkdən qul olmaz!

Nə BMT, nə NATO bizim deyil. Kürəsəl Yunan-Roma-German-Anqlo-Saks hegemonluğunu, dəyərlərini və kültürünü, imperiyalarını quran və yayan təşkilatlardır. Batıya inteqrasiya olmaq yox, Turana inteqrasiya olmaq zamanıdır. Yalnız TURAN birliyi və Turan Ordusu Türk Millətinin təhlükəsizliyini təmin edə bilər.

Biz olaq, çox olaq!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*