“ÜZÜN AĞ OLSUN, QIZIM, XOŞBƏXT OL!”!!!

“DOĞUM GÜNÜN MÜBARƏK!

YOLLARINIZ AYDINLIQ OLSUN!”!!!

Günel Musayeva Bahçeşehir Üniversitet çıxışı

3 240 просмотров

Fb-NİN GÜNDƏMİNDƏN

Ağıllı və gözəl qızım Günel, bu gün sənin dünyamıza gəliş günündür. Dünyamıza gəliş günün mübarək! Yaxşı yadımdadır. Dan yeri təzəcə açılanda doğuldun, həmin gün hava da elə bu günkü gün kimi aydın və günəşli idi, sanki həyatımıza yeni uğur mələyinin gəlişindən xəbər verirdi. O qədər sevinmişdim ki… İlk övlad sevincini bizə yaşatdığın üçün sənə təşəkkür edirəm, qızım. Sonra… Çox tez böyüdün, istər orta, istərsə də ali məktəb həyatın çox sürətlə keçdi, amma hər yerdə birinci olmağı bacardın, bizə yalnız sevinc, qürur yaşatdın. Universiteti “Qızıl beyin” mükafatı alaraq bitirdin. Məzuniyyət törənindəki möhtəşəm yekun çıxışınla isə yalnız bizim ailəyə deyil, bütünlükdə ölkəmizə, millətimizə çox böyük qürur hissi yaşatdın. İllərlə təzyiq altında əzilən, gələcəyə heç bir inamı qalmayan insanlarımızın qəlbində ümid çırağı yandırmağı bacardığın, bizə isə sevinc göz yaşları ilə bu xoş mənzərəni seyr etdirdiyin, yaşatdığın üçün təşəkkür edirəm, ağıllı balam. Bununla həm də üzərinə böyük məsuliyyət götürmüş oldun. Unutmayın ki, millətimizin gələcəyi sizin intellektinizdən, dünya görünüşünüzdən, millətimizə və dövlətimizə bağlılığınızdan çox asılıdır…

Deməyə sözlər çoxdur. Bütün xoş sözlərə layiqsən qızım. Üzün ağ olsun! Xoşbəxt ol qızım! Doğum günün mübarək! Yolunuz aydınlık olsun!!!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*