“VƏTƏN SƏRHƏDDƏN BAŞLAYIR”!!!

PAYLAŞIN

“Dövlət Sərhəd Xidmətinin rəhbər strukturlarının təbii ki, bu məsələlərdə böyük suçu var. “

 

Fb-NİN GÜNDƏMİNDƏN

Keşikçidağda baş verən hadisə dövlətimiz üçün yaxşı hal deyil. Sərhəd qoruyan bir əsgərimizə hücum edib silahının əlindən alınaraq, videoçəkiliş edilib paylaşılması gizli mətləblərdən xəbər verir.

Dövlət Sərhəd Xidmətinin rəhbər strukturlarının təbii ki, bu məsələlərdə böyük suçu var. Zamanında əsgər və zabitlər təlimatlandırılmalı, ekstremal vəziyyətdə mülki şəxslərlə sərhəd zolağında davranış qaydaları və provokasiyalara yanaşma tərzləri onlara izah edilməli idi. Hər bir halda bu məsələdə DSX məsuliyyət daşıyır.

Xarici İşlər Nazirliyi tərəfindən baş verən hadisə əsasında xüsusi nümayəndə heyəti Gürcüstana ezam olunmalı və Gürcüstan tərəfini üzr istəməyə qədər addım atmağa məcbur etməlidir.

Respublika Prokurorlugu cinayət işi qaldıraraq, əsgərimizin silahını əlindən alan şəxsin məsuliyyətə cəlb olunmasınl təmin etməli, cinayət işini təqib edərək, cinayətkarların layiqli cəza almasına çalışmalıdır.

İctimaiyyət nümayəndələri, siyasi partiyalar və təşkilatlar xalqı sakitliyə çağırmalı, Gürcüstanın siyasi institutlarına müraciət olunmalı və provokasiyaları dayandırmaq istiqamətində addımlar atmalarını tələb etməlidirlər.

Milli Məclisin Gürcüstan – Azərbaycan Dostluq Qrupunun üzvləri də bu ölkəyə səfərə gedərək, gürcü həmkarları ilə görüşməli və birgə mətbuat konfransı keçirərək, provokasiyaya gedənlərin qanun qarşısında məsuliyyətini Gürcüstan ictimaiyyətinə çatdırmalıdırlar.

Və nəhayət… Xalqımız bu hadisənin gerçək mahiyyətinin bəzi dövlətlərin xüsusi xidmət orqanlarının provokasiyası olduğunu qəbul edərək emosional davranmamalı, çağırış və bəyanatlarında təmkinli olmalıdırlar.

Bu ilk hadisə deyil. Neft Akademiyasındakı terror, Gəncə hadisələri, yanğınlar və s. tipli hadisələr də məlum dövlətlərin provokasiyası idi. Hələlik, bunların durdurulmasına gücümüz çatmır. Lakin bizə qarşı düzənlənən hadisə və provokasiyaların mahiyyətini bilməklə birlik və bərabərliyimizi nümayiş etdirib Azərbaycanımızı qorumalıyıq.

P.S.

Ümid Partiyası məlum hadisə ilə bağlı müraciətini səfirliyə təqdim edib…

————————————————————————————

Fb-NİN GÜNDƏMİNDƏN

Vətən sərhəddən başlayır. Vətənə həm də ANA VƏTƏN deyilir. Sərhəddə hərbçimizin silahı alınırsa, demək vətəni zorlayırlar. Biz isə susuruq. Bu Vətəni nə qədər zorlamaq olar. Qarabağ belə getdi, indi də başqa ərazilər? Deyəsən falamızı əlləyiblər. Torpaqlarımızın 80%-i işğal olunub, 20%-zi qalıb. Bu qalan torpağın işğal olunmasına imkan verməməliyik. Susmayaq və etiraz edək. Humanistlikdən keçib. Artıq humanistliyi kənara qoyub Vətəni, heç olmasa, qalan ərazimizi qorumalıyıq. Keşikçidağ məsələsində nədən hərbiçimizin silahı alınıb? Nədən xəbərdarlıq atəşi açılmayıb? Çoxları bunu Rusiyanın təxribatı sayır. Təxribat olsa belə, hərbci silahını verməməli, xəbərdarlıq atəşi açmalı idi. Başımızın altına nə qədər yastıq qoyulacaq?

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*