VƏTƏNDAŞ SAMUXDAN PREZİDENTƏ BELƏ SƏSLƏNDİ:

PAYLAŞIN

“… SİZ KÖMƏK GÖSTƏRMƏSƏNİZ QARŞIDUMAYA GƏLİB ÇIXACAQ”!!!

—————————————————————————————

Zəruri qeyd: 

Saxux rayonunun Alabaşlı qəsəbəsinin sakini, Qarabağ müharibə iştirakçısı Abdullayev Tahir Məmməd oğlu, iki ay öncə prezidentə ünvanladığı və bu günədək cavab ala bilmədiyi şikayət ərizəsini, ictimailəşdirmək üçün redaksiyamıza göndərib. Vətəndaşın sözügedən ərizəsini olduğu kimi ictimai rəyin müzakirəzinə, cəmiyyətin və əlbəttə ki, dövlət və hökumət ərkanının diqqətinə təqdim etməyə qərar verdik. 

“ps-nota.com”

———————————————————————————–

Azrbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablrına

Azərbaycan Respublikasının Vitse Prezidenti

Mehriban xanım Əliyevaya

 

Samux rayon Alabaşlı qəsəbə sakini

Qarabağ müharibə iştirakçısı

Abdullayev Tahir Məmməd oğlu

tərəfindən

 

Ş İ K A Y Ə T  Ə R İ Z Ə S İ

Hörmətli Prezidentim və Mehriban xanım ölkəni təmsil etmək Allahtaala tərəfindən Sizə nəsib olub. Kamilləşməyinizdə mərhum Heydər Əliyevin böyük xidməti olmuşdur. Müstəqil Azərbaycanın Qanunlarının qəbul olunmasında Sizin və mərhum Heydər Əliyevin imzası var. Qurani Kərimə and içmisiniz ki, hər bir vətəndaşın Prezidenti olacaqsınız. Mərhum Heydər Əliyev demişdir ki, Samux rayonu cinayətkarlar yuvasıdır. İlham Əliyev isə çıxışında demişdir ki, “qudurmuşlar, harınamışlar, nadanlar” sizi  başçı qoyuram gedin xalqa xidmət edin. Ancaq bugünkü başçı da, keçmiş başçı və onun müavinləri ilə birlikdə Sizin etimadı doğrultmurlar. Kobud qanun pozğunluğuna yol verirlər.

1-ci fakt,  mənim bir  hektar torpaq payım 17 ildir ki, əlimdən alınıb və bir vətəndaşa satılıb. 2003-cü ildə müraciət elədim Sizə və Sizin sərəncamınızla dövlət müşaviri məni qəbul etdi. Nəticədə torpağımın qaytarılması haqqında göstəriş verdi. Həmin göstəriş bu günə qədər icra olunmadı. 2018-ci ildə Mehriban xanıma müraciət etdim. Mehriban xanımın sərəncamı ilə 1 hektar torpağım özümə qaytarıldı. Ancaq sənədləri, Dövlət aktını vermirlər. 17 ildir ki, kompensasiya dəyəri mənə ödənilmir.

Samux Rayon İcra Hakimiyyəti

Bundan başqa mən 1948-ci ildə Qərbi Azərbaycandan məcburi köçkün gələndə Alabaşlı qəsəbəsində tikilən şərab zavodunda əvvəldən axıra işləmişəm. Bu günə qədər heç mənim əmlak payım da verilmir. Bütün şikayətlərim mətbuatda dərc olunmağa baxmayaraq ancaq icra olunmayıb.

Alabaşlı qəsəbəsində bugünkü duruma 9 şəhid ailəsi var, 15 nəfər Qarabağ iştirakçısı, 50 nəfər əsgər ailəsi və 220 ailə, 1000 nəfər seçicisi var. Cəmisi 150 hektar torpaq payı var. Həmin torpaq payının 50 hektarı qəsəbədən uzaq olan bir nəfərə satılıb. 40 hektarında İcra başçısı qeyri-qanuni istixana tikdirir və elan edir ki, bunu özü yox polis tikdirir. 40 hektarını isə vəhabilərə dəyər-dəyməzinə satıblar. O vəhabilər ki, onların Alabaşlı qəsəbəsində qərərgahları vardı, Siz onları tərkslah elədiniz. Cəzalarını çəkib gəliblər. İndi də həmin şərab zavodunun ərazisini zəbt ediblər. Bugünkü başçı və müavinləri onlara dəstək verirlər. Qəsəbənin klubu və kitabxansı başçı tərəfindən bağladılıb. Qəsəbənin 3 gənci hesabxanada cəza çəkir, 2 gənc də intihar edib. Hüququ tapdalanmış şəhid ailələri  Sizin qəbulunuza,şikayətə gəlirlər, qəbula buraxılmırlar. Qayıdıb gələndə də başçı tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalırlar. Bundan başqa əsgər anasının 4 dişini vurub qıran keçmiş bələdiyyə sədrinin işinə isə 10 ildir məhkəmə baxmır. Şikayətlər çoxdur. Ona görə də Sizin nəzarətiniz altında Dövlət komissiyası göndərin ki, bu şikayətlər yerində araşdırılsın.Yoxsa bu millətin axırı çox pis günə gedir. Siz köməklik göstərməsiniz qarşıdurmaya gəlib çıxacaq.

İmza:

Abdullayev Tahir Məmməd oğlu

(051) 748-49-73

25.02.2019 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*