VİLAYƏT EYVAZOVUN POÇTUNA

PAYLAŞIN

AKSTAFADA ZİYARƏTGAHDAN OĞURLUQ OLUB!!!(???)

Bu günlərdə  Akstafa rayonunda Mirhüseyn Ağanın türbəsindən iki ədəd bahalı xalçanın oğurlanması ilə bağlı xəbər aldıq. Xəbəri telefon vasitəsi ilə verən Mirhüseyn ağanın oğlu Mircavad Cavadov bildirdi ki, illərdən bəridir ki, regionda ziyarətgah kimi fəaliyyət göstərən türbədən əvəllər də oğurluq hadisələri olsa da, bəlli səbəblərdən məsələni ictimailəşdirmək istəməyiblər. Ancaq son oğurluq hadisəsindən sonra, bu tip cinayət xarakterli əməllərin ənənə halına gəldiyini nəzərə alaraq, hadisəni həm yerli hüquq-mühafizə orqanlarının diqqətinə çatdırmağa və ictimailəşdirməyə qərar veriblər.

Hadisə barəsində xəbəri ictimaiyyətin diqqətinə çatdırır və Akstafa rayonunun Polis İdarəsinin rəhbərliyinə, eləcə də DİN-in müvafik qurumlarına  müraciət edirik. Bütün hallarda söhbət adi cihayər hadisəsindən deyil, müqədəs bir məkana – ziyarətgaha uzanan çirkin əllərdən gedir. O baxımdan məsələ xüsusi həssalıq tələb edir deyə düşünməkdəyəm və hesab edirəm ki, bu məsələ hən də yeni nazir Vilayət Eyvazovun da diqqət mərkəzində olmalıdır. Həm də ona görə ki, hadisə baş verəndən bu günədək hadisə ilə bağlı hər hansı tədbir görülməyib…

Məsələni diqqətdə saxlayacaq, əlavə məlumatları ictimai rəyin müzakirəsinə təqdim edəcyik.

 

“ps-nota.com”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*