“XALQ İNQİLABA TƏŞNƏDİ, YUMRUQLAR DÜYÜNLƏNİB…, AMMA…”

PAYLAŞIN

“Tam əminliklə sőyləyirəm, tələm-tələsik, ayrı-ayrı fərdlərin maragı űćűn etdiyimiz inqilabın acısını uzun műddət yaşamalı olacagıq…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

“İnqilab və gőzlənilən nəticə.”

Bu gűn hamı inqilabdan danışır. Bu mővzunun ictimailəşməsinin səbəbi őlkə iqtidarının yarıtmaz idarəçiliyi oldugunu sőyləsək, yanılmarıq. Tam bərbad olub őlkə. Rűşvət, korrupsiya, qanunsuzluq gűndəlik həyat tərzinə çevrildiyindən, artıq dőzűlməz həddi keçib. Əsəbi gərginlik şəraitində yašamaga məhkum edilmişik… Gőrűnən odur ki, inqilab “toxum”u səpilib və sűrətlə cűcərir.

Őlkə iqtidarı narahat gőrűnsə də, bunu biruzə verməməyə, islahat gőrűntűsű yaratmaga çalışsa da, illərlə űst-űstə yıgılmış problemləri həll etməkdə, ya istəksiz, yada ki, bacarıqsız gőrűnűr. Őlkə acımazcasına yagmalanıb, talanıb axı… Őzləri şişdikcə, sərvətləri artdıqca, őlkəni kiçildib, xalqı aşagılayıblar. Bu, mővcud gerçəklikdi, nə qədər acı olsa da…

Xalq inqilaba təşnədi, qəzəbdən yumruqlar dűyűnlənmiş kimidi. Burada bir sual dogur amma… İnqilabdan sonraya hazırıqmı?! Çətin sualdı, elə deyilmi?! Tarixi məsuliyyəti űzərinə gőtűrə biləcək , real gűcə malik, őlkəni idarə edə biləcək kadr potensialı olan műxalif təşkilatlarımız varmı?! Varsa, kőlgə kabinetlərini açıqlasınlar ki, xalq narahatlıqdan qurtulub, inqilabdan sonrakı situasiyadan, qismən də olsa, məlumatlı olsun.

1992-93-cű illəri xàtırlamaq yerinə dűşərdi zənnimcə… Műharibə başlamışdı, agır dőyűşlər gedirdi. Qələbəyə ćox yaxın idik. Őlkədə nə korrupsiya var idi, nə də ki, rűşvət. Olsa belə, epizodik hallar kimi özünü göstərirdi… Xalq qələbədən çox çőrək istəmədimi?! Unutduq Leninqrad blokadasını, xatırlamadıq “Şərikli çőrək” filmini. Bəlkə yanılıram. Yanılırımsa, onda nədən, xalq hələ də AXC iqtidarını qara çőrək yedirtməyilə xatırlayır?

Kimsə dűşűnməsin ki, mən, inqilab tərəfdarı deyiləm və ya inqilabi dəyişiklikləri arzulamıram. Məni narahat edən, inqilabdan sonrakı vəziyyətə hazır olmamagımızdır. Sirr deyil ki, őlkənin bűtűn ərzaq təzhizatı műxtəlif mafioz qrupların əlində cəmləşib və onlar həmin təchizat mexanizmini istənilən hala gətirə bilərlər ki, illərlə onu bərpa etmək műmkűn olmaz. Dőzəcəyikmi?!…

Bir-biriylə barışmaz, hətta dűşmənçilik műnasibəti sərgiləyən 50-dən artıq siyasi təşkilatın inqilabdan sonra bir-birini “didib-parçalamayacagına” zəmanət verən varmı?! Bu və digər suallara műtləq cavab tapılması hədsiz őnəmlidi. Bu səbəbdən də műxalifət təcilli masa arxasına kećməli, őlkənin gələcək taleyinə aydınlıq gətirilməlidi. Yoxsa…

… Yoxsa yaxşı heç nə baş verməyəcək. Tam əminliklə sőyləyirəm, tələm-tələsik, ayrı-ayrı fərdlərin maragı űćűn etdiyimiz inqilabın acısını uzun műddət yaşamalı olacagıq…

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*