“XALQI GÜCLƏNDİRİB MÜQAVİMƏT GÖSTƏRƏ BİLƏN GÜCƏ ÇEVİRMƏK BİZƏ QARABAĞI ALMAQ ÜÇÜN LAZIMDIR”!!!

PAYLAŞIN

“HAKİMİYYƏTDƏ QALMAQ ÜÇÜNSƏ …

… SİYASƏTİN ÖNÜNÜ AÇMAQ LAZIMDIR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Sadə xalqa əl uzatmaq, onlarla birlikdə olmaq, qucaqlamaq, şəxsi problemlərini həll etmək yaxşı görüntüdür. Bəs hakimiyyətdə qalmağa yetərlidirmi? Düşünürəm ki, yox!

İlham Əliyev hakimiyyətdə qalmaq üçün görülən bu işlərin yetərli olmadığını yəqin ki, bilir. Sistem qurulmalıdır!

Sadə xalq dünyanın hər yerində belədir – rəhbərdən xoş üz görəndə sevinir, uzanan əli sıxır, bir hissəsi üzdə bir cür, arxanda bir cürdür, bəziləri dürüstdür, və s. Hələ burasıda var ki, bütün xalqla görüşmək fiziki baxımdan mümkün olmadığı üçün, bilmək olmaz xalq liderinə güvənir ya güvənmir.

Və ən əsası – bizim kimi güclü, aqressiv və böyük qonşuları olan ölkələrin, sadə Xalqlarının həlledici faktor olmadığını hamı bilir.
Xalqı maarifləndirib, gücləndirib, ədalətlə idarə edib, xarici təsirlərə müqvimət göstərən gücə çevirmək bizə Qarabağı almaq üçün lazımdır.

Hakimiyyətdə qalmaq üçünsə, dövlətin güclü təməllərini atmaq gərəkdir. Müxalifətin və passionar kəsimin əlini sıxmaq və siyasətin önünü açmaq lazımdır.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*