XALQLAR DA, FƏRDLƏR DƏ RUHUN, O GÖRÜNMƏZİN GÜCÜ İLƏ AZAD OLUR !!!

PAYLAŞIN

Mehriban Vəzir-1Mehriban VƏZİR 

ONLARIN PROJESİ – BİZİM AZƏRBAYCAN

 

Bu vətəni düşünmək çətin işdir. Onun keçmişi və indisi başdan-başa ağrı, əzab, iztirabdır.

Lənətlənmiş məkanmıdır, nədir, bilmirəm, burada xalqın aqibəti sadəcə məşəqqətlər içində mövcud olmaqdır.  Və öz daimi ağrısızlığı, vurdumduymazlığı (və ara-sıra oyanışı-dirənişi)ilə mövcud olmaqdır. Bu mövcudluq kor-koranə, ictimai anlaqsızlıq  halıdır. 

Bu gün Azərbaycanda yüzil əvvəlki olaylar baş verir. Çox nəsnələr eynidir. Eləcə də ağa yanlısı kəsimlər iç savaşdadırlar. Bir kəsim rusun, bir kəsim qərbin, bir kəsim `dindaş`larının… uğrunda biri  o birininin gözünü tökür. Azərbaycanda Azərbaycandan başqa hər kəsin, hər şeyin yiyəsi var.

Azərbaycanda Allhasızlıq həddində insafsızlıq var.
Bu,  yeni dünya projesi – müasir Azərbaycandır.

Bu, dünya güclərinin Azərbaycan layihəsidir.  Bu layihənin məqsədi, vəzifələri, davamlılığı və nəticələri tərəfdaşlar arasında müzakirə edilmiş və razılaşdırılmışdır. Tərəfdaşlar bəlli. Paydan pay alanlar da, umanlar da öz yerində.

Layihənin ən əsas məqsədi Azərbaycan neftindən gələ gəlirin, yəni Azərbaycan xalqının sərvətinin dünya gücləri arasında bölünməsidir.

Heydər ANDİÇMƏMəqsəd uğurla həyata keçirildi. 1993-də güclü və qorxulu dünya Müstəqil Azərbaycanla bağlı öz qərarını verdi.

Məqsədin davamlılığı təmin olundu; 2003-cü ildə dünya  öz 10 il əvvəlki qərarının arxasında sıx şəkildə dayandı. 2013-cü ildə dünya çətinə düşmədən öz 20 illik qərarını dəstəklədi. Davamlılığın hələ 10 il  bundan sonraya kimi… və daha sonraya kimi təmin edilməsi nəzərdə tutulub.

İlham ANDİÇMƏDavamlılığın təminatı uğrunda görülməsi vacib olan vəzifələr; yoxsul, təhsilsiz, səhiyyəsiz, maarifsiz, sosial güvənsiz, inamsız, ümidsiz, hüquqsuz    və s. çoxsaylı “siz”ləri olan cəmiyyət qurulmalıdır.  Marks nəzəriyyəsindən gələn “yeni azərbaycanlı” yetişdirilməlidir. Etirazçılar həbsə, narazılar sınırdışına. Milli kimliyin, ənənəvi dəyərlərin, insanlığın öldüyü, əxlaqın xor baxıldığı, ləyaqətin satirikləşdiyi bir yığnaq.  Məmnun, mutlu, qah-qah qaqqıldaşan nəhəng toyuq hini.

Bu vəzifələrdən hansıların həyata keçirilməməsi, yarımçıq və ya keyfiyyətsiz icra edilməsi barədə fikriniz varsa, lütfən buyurun.

Indi isə nəticələrə nəzər salaq.

Xalqla bağlı nəticələr gün kimi aydındı.  Təhsili, səhiyyəsi, rifahı, (əlinizi cibinizə atın, yetər) müqaviməti sıfırın altında. Keçək icraçı direktorlara.

Onların Azərbaycan projesi üzrə icraçı direktorlarının son yüzillik, ikiyüzillik tarixini vərəqləyək. Ciddi bir araşdırma mövzusudur, mənim girəcəyim kol deyil. Lakin görə bidiyim qədər ilə deyə bilərəm ki, bu dizi ürəkaçıcı deyil. Eyni mətləblər. Eyni faciəvi sonluqlar. Senari bir qələmdən çıxıb.

Bu projedə icraçı olanların gələcəyi yoxdur. Təkcə yüzillərin o tayında deyil, ən yaxın keçmişdə belə hakimiyyətdə və siyasətdə olanların övladları didərgindi. Məkanda qalan  azsaylılarlar da kölgə kimi, iddiasız keçinirlər, sadəcə nəfəsləri gedib gəlir. Çünki dəyişən rejimlər (hakimiyyətlər) yalnız qan, qada, fəlakətlə dəyişir, mədəni ötür-ötür yoxdur, gələn gedənin kökünü kəsir. Görünür, bu, hələ uzun müddət belə davam edəcək. Çünki projenin birbaşa məqsədinə xidmət edən davamlılığın bir istiqaməti də budur.

Filankəs filan əsrdə Azərbaycanda hakimiyyətdə olmuş sülalənin nəsil davamçısıdır və ya filankəs filan nəslin peşə davamçısıdır, dədə-babası kimi siyasətlə məşğul olur,  deyə, barmağınızı kimsəyə tuşlaya bilməzsiniz. Kəsin olaraq yoxdur. Və belə görünür ki, yaxın gələcəkdə də olmayacaq. Olarsa projenin davamlılığı pozular.

Norveçdən gəlmiş qrupun moderatoru 38 yaşlı  neft nazirini bizə təqdim edərkən qürurla dedi, onlar dördüncü nəsildir ki, siyasətlə məşğul olurlar. Təsəvvür edin, bir familiya dörd qurşaq nümayəndəsi ilə siyasətlə məşğul olur və seçilmiş müxtəlif hakimiyyət komandalarında dönəm-dönəm yer alır. Belə mötəbər  nəsillər dövlətin kadr bankıdır. Ictimai hörmət və tarixi nüfuz əldə etməyin isə bir şərti var – profesionallıq və dürüstlük. (Dəyərləri irsən əldə etmək Norveçdə qiymətləndirilir.) Bu kimi kadrlar neft zəngini olan Norveçin əsas milli sərvətidir. Bizdə belə nümunə yoxdur. Çünki bizdə insan milli sərvət deyil. Bizdə insan nədir? Ehh, bu sualın cavabı qalsın, yeni mövzu aça bilər.

məhəmməd əmin rəsulzadərəis rəsulzadəYəqin Norveçdə də bizim nümunə ola bilməz; cümhuriyyət qurucusu Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə hakimiyyət komandasında təmsil olunmur. Çünki təmsil olunanlardan biliyi, bacarığı və şəcərəsi ilə “əskikdir”. Norveç kimi ölkələrdə hakimiyyət komandaları öz vitrinində belə ünlü isimlərin mövcudluğu uğrunda savaş aparır.

mircəfər bağırovhüseynqulu bağırovƏksinə, xalqımızın qatili olan icraçı cəllad Mircəfər Bağırovun nəvəsi (yaxud, qardaşı nəvəsidir, deyirlər) Hüseynqulu Bağırov hakimiyyət komandasının üzvüdür. Bu məsələnin hörmətli nazirin fərdi kimliyinə dəxli yoxdur, o heç kimin cinayətinə cavabdeh deyil və heç pis adam da deyil, deyirlər. (Ümid edirəm  Mircəfər adlı icraçı cəllada bəraət qazandırmaq kimi xəstə təxəyyüllə yazılan makulaturanın qələmi onun mürəkkəbinə-puluna batırılıb yazılmır. Yalnız ümid edirəm.)

Lakin xalqımızın icraçı cəlladı olan Mircəfər Bağırovun nəslindən birinin hakimiyyət komandasında uzun illərdən bəri vazkeçilməz  şəkildə təmsil olunmasının mövcud hakimiyyətin kimliyinə çox ciddi dəxli vardır. Yoldaşını göstər, deyim, sən kimsən.

Keçək böyük sərvət sahiblərinə. Bir yazımda yazmışdım; bizim ölkəmizdə görəsən bir qadın varmıkı onun barmağında 3-cü, 4-cü nənəsinin üzüyü, boynunda boyunbağısı, belində toqqası, vəya bir kişi varmıkı qolunda ulu babasının saatı, evində  gümüş xəncəri olsun. Inanmıram. Əlbəttə, alınma qiymətli toqqalar, silahlar, antiklər ola bilər evlərdə, lakin öz xələflərinin deyil, ya sizin, ya bizim babaların ola bilər o əntiqələr.  Pul verib ala bilərlər, pul çoxdur, babadan qalma heç nə yoxdur. Heç bizdə də yoxdur. Sahiblərində də yoxdur. Çünki məlum proje irsiyyətin qənimidi. Biçə-biçə gedir. Bu da davamlılığın sığortası sayıla bilər.

haci zeynalabdin tagiyevhaci zeynalabdin tagiyev-1100 il əvvəl İsveçrə saatları taxan kişilərin böyük sərvətlərindən bir qara qəpiyi belə varislərinə çatmadı. Kimi sürgün, kimi didərgin, kimi səfalətdə keçirdi ömrünü. Acından küçədə dilənənlər belə oldu.  Təsəvvür edə bilirsinizmi Tağıyev kimi neftxudanın arvadı gözəllər gözəli Sona xanımın küçədə dilənməyini? Nöyütün  gəliri sel-su olub Hacının cibinə axanda Bakıda bunu kimsə ağlının ucundan belə keçirə bilməzdi.

Bütün neftxudaların kökü kəsildi. Əcəba, bu da projenin davamlılığına aiddimi?  Sanıram, elədi.

Fəhlənin qəpik-quruş maaşını vaxtlı-vaxtında verməyən, lakin Nikolay pulu ilə samovar qaynadan, hər gecə kazinolarda sərvət yandıran  Bakı milyonçularının, xüsusilə, neftxudaların  nəsli o əsirdən bu əsirə keçmədi. Qara axından gələn qara pul əsrləri adlayıb keçmək üçün yararlı deyilmiş.

Var-dövlət, mülkiyyət bu məkanda heç yerdə olmadığı qədər sürətlə əldən ələ keçir.  Bizim yer Yer Kürəsindən bərk  fırlanır, deyəsən.

Bu məkanda hər şey dünya güclərinin diqqəti, nəzarəti, vicdansızlığı  və zorakılığı altındadı. Bu məkanın layihəsi 20-ci əsrdən fərqli olaraq, 21-ci əsrə çoxmüəllifli girdi. Qərb bu dəfə Rusiyanın təkəlçiliyini yendi, özünü paya şərik edəcək qədər güclü olduğunu göstərdi dünyaya. Rusa – yetər tək yedin, mən də piroqa şərikəm – dedi.

azərbaycanın prezidentləriAzərbaycanı idarə edənlər sadəcə icraçı direktorlardır. Bal tutanlardır. Bal tutan barmağını yalar. Ona da elə bu qalar. Qalan hər şey nəzarətdədir; “şərtlərin və hədlərin” gözlənməsinə min  göz baxır. Birinin yadına insan haqları düşür, o birinin yadına Qarabağ.

Projenin müddəti nədi?

Neft  bitə bilər, məkanın qiyməti üstündədir. Ən azı iki qitənin hülqumudur – sıx canı çıxsın,  ilməni boşalt, çapalasın…

Belə. Projenin hədəfi aydındı; Bu zənginlik sərvət sahibinnin ixtiyarına verilməyəcək. Sərvət sahibinin – xalqın təhsili, səhiyyəsi, maarifi, hüququ, əxlaqı yerlə yeksan olacaq. Insanlıq bu məkanda qətl ediləcək. Oğurluq, yalan, riya, rüşvət, insafsızlıq ayaq tutub yeriyəcək. Insan haqları dünya güclərinin – “demokratiya beşikləri”nin laqqırtısına çevriləcək. Bizdən olan əclaflar ustalıqla dənlənib bizim üçün gör-götür  nümunəsinə çevriləcək.

Mehriban V.Maraqlı projedir, deyilmi?  Yaxşı cızılıb.
Başımızda çatladılmayan çanaq qalmayıb.

Bu, onların məqsədləri, vəzifələri və nəticələri. Göz qabağında.

Bəs biz? Bəs bizim projemiz?

Gəlin bir an öncə öz məqsəd və vəzifələrimizi düşünək.

Sadəcə düşünək! Vətəni düşünmək çətin iş olsa belə, düşünək! Dünyada hər şey zor gücü ilə həll olunmur. Xalqlar da, fərdlər də Ruhun, o Görünməzin gücü ilə azad olur.

 




ÇAĞDAŞ POEZİYAMIZDAN ZAMANA AYNA TUTAN NÜMUNƏLƏR

rüstəm-5 Rüstəm BEHRUDİ

VİDA TÜRKÜSÜ

Boz Qurd-1Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.
Bir sevda var- ləçək-ləçək,
Sən bilməsən, kim biləcək?!
Cəhənnəmdə bir kafir tək
Nə çəkirəm: bilən gəlsin.
Qeyrətdirsə qanındakı,
Nə öndəki, nə sondakı?!
Mənim Tanrı dağındakı
Qismətimi bölən gəlsin.
Bu gün Şaman imanını,
Öz içində Turanını,
“Damarında Türk qanını
Zərrə-zərrə bulan gəlsin”.
Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə,
Namazını qurd üzünə
Yarpaq üstə qılan gəlsin.
Gedin Çinə vara-vara,
Xəbər verin uyğurlara.
Tikə-tikə, para-para
Olunmuşam talan, gəlsin.
Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin.

türk dünyasıboz qurd-2 

1 Comment

Leave a Reply

Your email address will not be published.


*