XXI ƏSRİN ƏSRLƏRƏ YADİGAR SEVGİSİ !!!

PAYLAŞIN

 

30 İYUN SEVGİLİLƏR GÜNÜNƏ İTHAF 

Fb-NİN GÜNDƏMİNDƏN 

Aydın CAN

XXI əsrin əsrlərə yadigar sevgisi…

30 iyun sevgililər gününə ithaf olunur!

Adına…

GÖZƏLLİK deyilə bilən hər şeyi sevmişəm – həyatımı məhv edəcək olsa belə!

GÖZƏLLİK sərgiləyən hər kəsi sevmişəm – qatı düşmənim olsun belə!

GÖZƏLLİK bütün çalarları ilə möhtəşəmdir – İlahilik var nütfəsində!

İnsanlar yer üzünə dərgahdan uzaqlaşdırılıb insan cildində göndəriləndə zəruri təbii ehtiyaclardan sonra ilk olaraq ona SEVGİ dadızdırılıb, SEVGİ hissləri aşılanılıb!
Yaşamı əzablardan xilas edən məlhəm bilinib SEVGİ!
SEVGİ bütün bəlaların açılmaz düyünlərinin qayçısıdır, nifrəti məğlub edən fatehdir!
SEVGİ tam-tamına özüdür GÖZƏLLİYİN!
SEVGİ GÖZƏL(lik)DİR, gözəl sevmək yaxşıdır, gözəl sevgi yaxşının yaxşısıdır!
Ədəbi obrazlardan – Afrodita, Kleopatra, Yelena, Leyli, Cülyetta… – ha sadala e, lap gəl çıx tarixi şəxsiyyətlərin reallıqda Mariana Alkafarado-Şevalye dö Şamilyi, Elioza-Abelyar, Stendal-Metilda Dembovskaya cütlüklərindən ta qrup halında – üç kişinin bir qadınla eyni vaxtda və bir yerdə yaşamaq hallarıyla “XX əsrin rus sevgi”sinə…
GÖZƏLLİK sevginin gözəlliyidir: bir uşağın ağaclarla, gül-çiçəklərlə canlı insanla danışırmış kimi söhbəti, itin sahibinə sədaqəti, atın yiyəsinin qəbri üstə ağlaması, pişiyi harada azdırsan da, gəlib evini tapması – ocağa bağlılığı kimi lap!
Mən inanmıram ki, zadəgan – bəy-knyaz qızı olsa da, Əhməd Cavadın xanımı Şükriyyə ədəbi-bədii təqdimatlardan fərqli, böyük sevgi dastanından xəbərdar olub! Həm də ona əminəm ki, heç onun sonradan təqdim və təbliğ olunan “dekabrist xanımlarının məhəbbəti” propaqandasından bilgisi olmayıb!
Amma… amma… amma… BƏŞƏRİYYƏTƏ SEVGİ GÖZƏLLİYİnin bir NÜMUNƏSİni sərgiləyib Şükriyyə!
Mən əminəm ki… heç Şükriyyə nümunəsini görməsəydik də, bilməsəydik də, bizə dekabrist xanımlarının fədakarlığını təbliğ etsə(ydi)lər də, bizim qızlar… Sevil Qazıyeva, Həcər Pənahlı bizə aid, bizim qürurumuz olan o MÖHTƏŞƏM SEVGİ GÖZƏLLİYİni bizə yaşadacaqdılar, necə ki yaşatdılar! Mən Fatimeyi-Zəhradan sonra, hər iki xanıma… “iki dünya xanımı” deməkdən çəkinmirəm!

Daha dəqiqi… 1 oktyabr 2018-ci ildə düşündüyüm parçanı təqdim etməklə keçid edəcəm:

“Vətən xaini”nin əzabını çəkən qadın!

Azərbaycanda nə qədər qadın var sayca, bilmirəm. Amma bir neçə qadın var ki, onların adını Fatimeyi-Zəhra müqəddəsliyinin uyuduğu məkanda mütləq çəkəcəklər! Mütləq, inanıram!

Onlardan birincisi Həcər Pənahlıdır – Nemət Pənahlının xanımı, biri Məlahət Qisuri Zeynallıdır – Əvəz Zeynallının xanımı, üçüncüsü Nigar Həzidir – həbsxanada ailə qurmuş Seymur Həzinin inqilabçı xanımı, biri də Sevil xanımdır – Rəhim Qazıyevin xanımı (mən şəxsən tanıdıqlarımı və Qiyamət günü şəhadət verəcəklərimin adını şəkirəm, qalanları inciməsin, ayrı-seçkilikdə qınamasın).

Əzablarına görə ən dözülməzi də elə Sevil xanımdır.

Bilirsiniz, həqiqi cinayətkarların xanımlarının, onlara aid olanların əzablarının günahı özlərindəndir. Azərbaycanın yüzlərlə günahsız həbs olunmuş, azadlıqdan məhrum edilmiş dustaqlarının ailə üzvlərinin, ilk növbədə, onlara aid olan qız-gəlinlərin əzabı dövlətin boynundadı!

Sevil xanımın əzabları ona görə ən dözülməzidir ki, əgər Nemət Pənahlının, Əvəz Zeynallının, Seymur Həzinin evində dəqiq bilirdilərsə ki, şərlənib həbs olunublar, Rəhim Qazıyevin xanımını bu təsəllidən də məhrum etmişdilər – mətbuat, radio-televiziya dəhşətli bir idbarlıqla hələ məhkəmə qərarı olmadan belə, bu ailəni hədəfə alır, linç edir, qarayaxma o qədər maksimalizmlə aparılırdı ki, az qala, adam özü də inanırdı ki, artıq Rəhim Qazıyevin ailəsi də ondan imtina edəcək! Amma və lakin… Rəhim Qazıyevin xanımı Rəhim bəyin bacılarıyla birgə bu çirkin və qərəzli savaşda, şəxsi qərəz zəminində aparılan düşmənçiliyi “vətənə xəyanət” üstündə aparan çetenin qarşısında sınmadı!

Mən bu üstünlükləri və mübarizəni qələmə almayacam bu yazıda.

Bu yazıda deyəcəyim budur: Sevil xanım az qala 10 il türmədəki həyat yoldaşı üçün yemək bişirib! Bu sarsıntını izaha, təsvirə, sözə çevirməyə ehtiyac varmı?

Gizlətmirəm, təmasda olduğum yüzlərlə, minlərlə ərlərindən, qardaşlarından gileyli qadınlara ironiya, sarkazm və həqarətlə demişəm:

– Zalımın qızı, ərin, qardaşın sağ-salamat, qapında, evində, bir tikə zəhrimar bişirib qabağına qoymağı özünə “man” bilirsən, evə pul gətirməməyini baş qaxıncına döndərirsən, nəzərə almırsan da ki, bu ölkənin siyasətinə çevrilib… kişini gözdən və kişilikdən salmaq! Sən Rəhim Qazıyevin xanımı, bacısı, qızı olsan, neyləyərsən? Elə bir balaca mizan əyilən kimi, qaçırsınız “oda”lara, boşanmalara, adamlar illərdi həm Qobustana yemək daşıyır, dərman alır aparır, həm də dünyayla çarpışırlar. Birilərinin iradəsinə zidd atılan addımı çevirib ediblər vətənə xəyanət! Siz hələ mühakimə olunmamış kişilərə dəstək olmursunuz, qadınlar kişili-dişili hamıyla döyüşür, xilas üçün çalışır. Rəhim Qazıyevin ailəsinə milyon verilir Qobustanda olduğu üçün? Ölkə rəhbərliyi səviyyəsində düşmənçilik sərgilənir, amma vuruşurlar, bir tikə çörəyi tapıb aparırlar! Dekabrist arvadlarından bəh-bəhlə danışırsınız, Əhməd Cavadın, Hüseyn Cavidin xanımlarını unudursunuz, burdan bura Sevil xanımın, Sərabə bacının, Libadə ananın zülmlərini nəzərə almırsınız!

…Bəli, dünyada ən ağrılı əzablardan biridir… türmədəki üçün yemək bişirib aparmaq! Xörəyin dadında hiss olunur göz yaşlarının tamı!
O əzabı 10 il yaşadı Sevil xanım!

Xanım Fatimeyi-Zəhranın sözüdü: “Mənim başıma gələnlər gündüzün başına gəlsəydi, ətrafı zülmət bürüyərdi”…

O əzabları Sevil xanım da yaşadı və elə yaşadı ki, yəqin ki, Allah da bu dünyada yaşadıqlarına görə Ondan razı qalacaq!

Yeri olmasa da onu da deyim: hər əzabkeş insan İlahi mükafatı haqq etmir! Sevil xanım mükafatı haqq edənlərdəndir… adlarını sadaladıqlarımla birgə! Nurlu siması və əzablı ömrü cənnətdə işıq olsun, amin!”

Və mən… “vətən xaini” deyilib də vətən xaini olmağı 10 min cildlik məhkəmə istintaqı ilə sübuta yetməyən Rəhim Qazıyevin həyat yoldaşı Sevil xanımın (allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun), anası Libadə xanımın (allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun), bacıları Sərabə xanımın, Anaqız xanımın, Həcər Pənahlının – Nemət Pənahlının xanımı, Məlahət Qisuri Zeynallının – Əvəz Zeynallının xanımı… zülmlərinin və mübarizədə şax, dik, sonacan vuruşub qalib gəlməklərinin üstündə… Nigar Həzinin fədakarlığını… REKORDU TƏZƏLƏMƏK kimi qəbul etdim!
Olub o xanımlar, var və əminəm də ki… olacaq!
Adlarını sadaladıqlarım… şərlənib həbs olunanların kəbinli-“zaqs”lı halal-hümmət xanımları, anaları, bacıları, qızlarıydı, fəqət… Nigar Yaqublu… dustaq, siyasi məhbus ailəsinin övladıydı – ailəlikcə Əliyevlər məhbəsindən keçmiş üzvü!
Və… bu… ilk idi!

6 il cəzaçəkmə müəssisəsinə sürünmək… əzabları sözlə ifadə olunarsa… sehrini itirər!

O əzabın bir dadı var: yemək belə göz yaşı dadır!

O əzabın daşındığı yollarda dadının sinonimi… yoxdur!

O əzabın icazə gözlənilən anlarda iztirablarının ifadəsi təşbeh, metafora ola bilməz! Yoxdur o söz!

O əzabın bir məlhəmi var: AZADLIQ! Amma bir şərtlə ki: AZADLIQ QƏLƏBƏ ilə nişanlansın!

6 il biz bir ad eşitdik Seymur Həzinin həbsdə olduğu dönəmdə: Nigar! Nə atasından, nə qardaşlarından, nə cəbhədaşlarından bəyanatlardan başqa bir şey görmədik!

Gördüyümüz bu oldu:
Nigar getdi türməyə!
Nigar gəldi türmədən!
Nigar türməyə yemək-içməklə bərabər, salam apardı dostlardan, Nigar türmədən Seymurun əhvalını, ovqatını, salamını gətirdi türmədən!
İnsanlar Seymur Həzi adında məhbusun ümid məşəli, çaparı bildilər Nigarı!

Nigarın, – soyadından keçməkdən tutmuş bütün fədakarlığını, sevgisini, zəhmətini, əzablarını bir yana qoyuram, – bu SEVGİ GÖZƏLLİYİNİN İLAHƏSİnin etdiklərindən bircə məqama diqqəti çəkmək istəyirəm:

Nigar Həzi… bir daha və yenidən nümayiş etdirdi, təsdiqlədi, sübut etdi:
Azərbaycan qadını (qızı, xanımı, bacısı, anası) Azərbaycan kişisini dəyərləndirir! Onu qoruyur! Onun üçün ləyaqətdən dəbilqə geyinir, namusunu əldə qalxan edir, əzmiylə-iradəsiylə sipər olur düşmən qabağında!

Şükriyyə kimi…

Sevil kimi…

Həcər kimi…

Məlahət kimi…

və… və… və… əlbəttə ki, Nigar kimi!

Özündən qabaqkı möhtəşəm xanımlardan bu cəhətiylə də fərqli olan Nigar… mübarizədən çəkinən, türmədən qorxan, meydana gəlmək əvəzinə qaçıb gizlənən, orduya getməkdənsə, xaricə qaçan bütün “dovşan”lara, “otxod”lara anlatdı: siz Seymur Həzidən pullu, vəzifəli, yaraşıqlı, güclü ola bilərsiniz, amma və lakin… onun qədər bu vətən, bu xalq üçün döyüşmürsünüzsə, heç bir halda NİGAR adında mükafatınız, xanımınız olmayacaq! Elə həmişə evinizdən NİGARan qalacaqsınız – sizi evdə gözləyən “inək” olacaq, amma Seymurun RUH VƏ DÜŞÜNCƏ azadlığına görə… ASLANI var!

Bu dəyər… bütün valyutalarda milyardlarla, Yer üzünün istənilən bahalı ölkəsinin bahalı şəhərində mülklərlə belə əldə olunmazdır! Bu mənsəbə, rütbəyə ancaq ləyaqətlə nail olmaq olar! Daha doğrusu, İlahidən mükafat olaraq!

Gözəllik budur – bu gözəlliyi sevməmək olarmı? Bu gözəllik üçün vuruşmamaq kişilikdəndirmi?

Sevgi budur – bu sevgidən keçilərmi? Əgər el içində BİR ANI bu qədər ehtişamlıdırsa?

Baxın şəklə!
Hansı milyarderin belə gözəl cüt şəkli var?

VƏ SON:
Mən böyük məmnuniyyətlə bu şəkil həkk olunmuş birtaylı əlcək (özü də solaxay – mən solaxayam, kim istəsə, sağaxay da sifariş verə bilər) sifariş verərdim! Ona görə ki… bu rejimlə mübarizədə, bu rejimin yaşatdığı məhrumiyyətlərdən sınan qızların, qadınların – anaların, bacıların, arvadların üzünü şillələmək üçün! Sanki türmədəki “böyük qardaşın təsbehi” misalı…

VƏ HƏM DƏ:

Azərbaycan kişilərini, Azərbaycan kişilərinin kişiliyini dəyərləndirən qadınların etimadını doğrultmayanları şillələmək üçün! – bir az prinsipial olsaq… elə bizim hamımızı şillələmək lazımdır o şəkil həkk olunmuş əlcəklərlə!

Bir xalqın ki… Libadə xanım kimi anası (yəni: analar sırasında sadalamaq da olar tanıdığınız möhtəşəm anaların adlarını, o cümlədən, Əvəz Zeynallının, Nemət Pənahlının, Tofiq Yaqublunun analarının adlarını, mütləq də Mirzə Sakitin anasının adını – ruhlarına salavat çevirməklə, qalanlarına can sağlığı arzulamaqla), Sərabə, Anaqız kimi bacısı, Məlahət, Nigar, Həcər, Şükriyyə, Sevil kimi xanımları ola, o xalqın 20 faiz torpağı erməni işğalında, hakimiyyəti YAP-ın əlində olar?

NƏHAYƏT:
Müstəqillik uğrunda dönəmin ilk qurbanlarından olan İlham üçün möhtəşəm SEBGİ FƏDAKARLIĞI SİMFONİYASI bəstələyən Fərizənin ruhuna “eşq olsun!”…

Azərbaycan kişisinin dəyərli olduğu haqqında müstəqillik uğrunda mübarizədə İlk mesajı o verdi: “biz sizi ölümünə sevirik!”

Siz allahınız, heç utanırsınız… 5 Ana, 5 bacı, 5 qız, 5 xanım (hələ mən bu qədərini tanıyıram!) adı sadaladım ki, Azərbaycan kişisi üçün SEVGİSİYLƏ GÖZƏLLİK yapıb, siz neçə kişi tanıyırsınız?

Azərbaycan qadınına özünü qurban edən deyirəm e… özü də bu möhtəşəmlikdə!
Özü də “iki dünya xanımı” ranqında!
Özü də… ölkənin bir milyonu əleyhinə danışılan “cinayətkar” uğrunda!

Sevgi gözəldir!
Sevgi gözəllikdir!
Gözəl sevmək, gözəl sevgi… xoşbəxtliyin ta kəndisi! Onun bir anını sizə təqdim edirəm: diqqətlə baxın bu şəklə… bəlkə şəkillə anlayasınız… sazla-sözlə çətin məsələdir!

Sevgililər gününüz mübarək, sevgini, sevməyi bacaranlar!

На изображении может находиться: 2 человека

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*