YA SİLAHA SARILMAQ, YA DA LƏYAQƏTİNİ QORUYA BİLMƏK ÜÇÜN MEYDANI MÜVƏQQƏTİ TƏRK ETMƏK …

PAYLAŞIN

Zəlimxan MƏMMƏDLİ:

“SEÇKİDƏ İŞTİRAK ETMƏYƏCƏM….
… və ya bu gecənin yuxu həbi…”

zəlimxan məmmədli-31
“1990-cı ildən üzü bu yana bütün parlament seçkilərinin iştirakçısı və qalibi kimi, bu seçkilərdə iştirak etməyəcəm.”

Biz milli mubarizə yoluna nəfs ortaya qoymadan, millətimiz və dövlətimiz üçün imkanımız çatan nə varsa onu gerçəkləşdirmək idealları ilə çıxdıq. Vəzifələr də, millət vəkilliyi də bu xidməti yürütmək üçün idi. Milli dövlət quruculuğunun təməllərini inşa edə bildik. Prezident Elçıbəy başda olmaqla, bir qəpik də olsun dövlət, xalq malına göz dikmədən bu yolu şərəfli edən minlərlə milli mübarizə insanı sınaqdan çıxa bildi. Təbii ki, bu şərəf imtahanından çıxmayanlarımız, məsuliyyətsiz davranışı ilə ümumi işimizə kölgə salanlar da oldu. Amma 1920-ci il ADR-in süqutundan sonra, yalnız 1992-93-cü illərdə xalqımıza, dövlətimizə təmənnasız xidmət etməyin mümkünlüyünü əməli işimizlə sübut edə bildik. Bu insanların əhəmiyətli bir hissəsi ağır şərtlər altında, bu gün də mübarizə meydanlarındadır. Ümid edirlər ki, demokratik, bütöv Azərbaycanı qura biləcəklər.

müşavirə-2
“Bu seçkinin taleyi 1993-cü il hərbi-siyasi qiyamından sonra “ədalət çarçıları” kimi hakimiyyətə yiyələnmiş indiki iqtidarın əlindədir.Ədalətdən başqa hər şeyi etdilər. Milli, demokratik dövlət quruculuğunun təməllərini sarsıtdılar,
Müşavirə-1
rüşvəti, korrupsiyanı, qanunsuzluğu az qala həyat normasına çevirdilər. 1993-cü ildən bu vaxta qədər həyata keçirdikləri bütün səviyyəli seçkiləri saxtalaşdıraraq urvatsız etdilər.”

1 noyabrda ölkəmizdə parlament seçkiləri keçirilməsi nəzərdə turtulur. Bu seçkinin taleyi 1993-cü il hərbi-siyasi qiyamından sonra “ədalət çarçıları” kimi hakimiyyətə yiyələnmiş indiki iqtidarın əlindədir.Ədalətdən başqa hər şeyi etdilər. Milli, demokratik dövlət quruculuğunun təməllərini sarsıtdılar, rüşvəti, korrupsiyanı, qanunsuzluğu az qala həyat normasına çevirdilər. 1993-cü ildən bu vaxta qədər həyata keçirdikləri bütün səviyyəli seçkiləri saxtalaşdıraraq urvatsız etdilər.

Əksər nazirlər, İcra hakimiyyətləri, millət vəkilləri sanki biznesmenə çevriliblər, öz kürsülərinə komersiya dükanının şef masası kimi yanaşırlar. Bu koteqoriya insanların əksəriyyətinin sifətinə, gözünə diqqətlə baxın. Nə ruh, nə nur görəcəksiniz. Onların sifətində qorxu, həyacan və kindən başqa, ürəkaçan nəsə görə bilməyəcəksiniz. Bunlara seçkini, xüsusilə demokratikliyi millətimizə və dövlətimizə həyat qədər vacib olan seçkini həvalə etmək olarmı? Yalnız almağa, satmağa, aldatmağa öyrənmiş acgöz canavarlara məsum quzunu tapşırmaq olarmı? Əsla!

Bu səbəblərdən 1990-cı ildən üzü bu yana bütün parlament seçkilərinin iştirakçısı və qalibi kimi, bu seçkilərdə iştirak etməyəcəm. Qaydasız döyüş qaydalarından da qaydasız döyüş meydanında seçicilərimi, millətimizi məyus etmək istəmirəm. 33 saylı I Xətai seçki dairəsi seçiciləri hər gün məndən qərar gözləməkdədirlər. Hər birinə “sağ olun, var olun” – deyirəm. Ona tam arxayınam ki, bu seçkidə iştirak etsəm, əvvəlki seçkidən daha çox səs torlayacam və yenə birinci olacam. Lakin…

hüseynbala mirələmov
“Mənim əvəzimə saxtakarlıqla Millət vəkili vəsiqəmi utanmadan mənimsəyərək parlamentdə oturan birisi bu millət və dövlət üçün nə edib? Heç nə? Edə də bilməz. Çünki amalında dəyərlər anlayışı yoxdur, ruhu ölüdür.”

YAP, Mirələmov timsalında, artıq bütün resursları ilə büdcə təşkilatlarına zəli kimi daraşıb vərdiş etdikləri saxtakarlıq istehkamları qurmaqla məşğuldur. Qanun və məhkəmə hakimiyyəti də əsarətdədir. Belə olan halda, ya cahillik dövrünün qaydaları ilə davranmalı, yumruğa, silaha sarılmalısan, ya da adam balası kimi, ləyaqətini qoruyaraq meydandan müvəqqəti çəkilməlisən. Birinci yol bizlik deyil, ikinci yol isə tərəfdaşlarım üçün ağır da olsa, fikrimcə, ən ləyaqətli yoldur.

Millətə, dövlətə xidmət etmək üçün tək vasitə yalnız hakimiyyət deyildir. Vətəndaş olmaq, ləyaqətli olmaq, millət üçün imkanın çatan fədakarlığı etmək ən böyük MİLLƏT VƏKİLİ olmaqdır. Borçalı insanı təbii ki, bizi daha çox səlahiyyətli görmək istəyir. Haqlıdır. Amma onun UCA ADINI UCUZ OYUNDA hallandırmaq istəməzdim.

Borçalı Cəmiyyəti son 5 ildə bütün cəhdlərimizə baxmayaraq, tükləri qımıldanmayan iqtidar məmurlarının kar və kor olduğuna əmin olaraq, bir-birinə, təmiz ruh adamlarına, əqidə insanlarına arxayın olaraq millətimizin, dövlətimizin ayaqda qalması, regionda sülh və əminamanlığın təmini, soydaşlarımızın haqq səsinin daha böyük auditoriyalarda eşidilən olması istiqamətində şərəfli bir yol cızdı, iz qoydu və bu yolu şərəflə getməkdədirlər.

Zəlimxan Məmmədli
“Vətəndaş olmaq, ləyaqətli olmaq, millət üçün imkanın çatan fədakarlığı etmək ən böyük MİLLƏT VƏKİLİ olmaqdır.”

Mənim əvəzimə saxtakarlıqla Millət vəkili vəsiqəmi utanmadan mənimsəyərək parlamentdə oturan birisi bu millət və dövlət üçün nə edib? Heç nə? Edə də bilməz. Çünki amalında dəyərlər anlayışı yoxdur, ruhu ölüdür. Bunlardan seçkini saxtalaşdırmamağı gözləmək isə absurddur.

İnanırıq ki, soydaşlarımızla, əqidədaşlarımızla, millətimizlə, gürcü millətinin ən dəyərliləri ilə bizi hədəf götürənləri də ifşa edəcək, xalqlarımızın dostluğu, soydaşlarımızın vətəndaş hüquqlarının daha üstün təmini yolunda yeni uğurlara imza atacağıq.

P.S.

Möcüzə baş verərsə… bu başqa məsələ…

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*