“YADA DÜŞƏR XATİRƏLƏR” !!!

PAYLAŞIN

ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN USTAD !!!

 

Fb-NİN ARXİVİNDƏN 

VAR OL, USTAD, ƏLLƏRİNDƏN ÖPƏRİM!!!

SƏRDAR ƏLİBƏYLİ – 53

Göyçəmizdə, Ağbulaqda doğulub,
Mübarəkdi 53 yaşı Sərdarın!
Haqsızlığa dözməyəndə boğulub,
Nələr çəkib, qara başı Sərdarın.

Haqqa vurğun, haqsız deyil bir günü,
Uca haqdı, toy, bayramı, düyünü,
Çox görübdü zindanları, sürgünü,
Haqqa aydın, haqq savaşı Sərdarın.

Haqq yolunda namərdlərə əyilməz,
Dəmir kimi döyülsə də əyilməz,
Eh, dərdini nə biləcək dərd bilməz,
Düz yolunda min – min naşı Sərdarın!

Dəmir GƏDƏBƏYLİ.

P. S.

Ad günün mübarək a bəy!
———————————————————

SƏRDAR ƏLİBƏYLİ – 52 .

Ulu Göyçə Ağbulaqdan başlayır,
Əsir düşüb, Ağbulağı Sərdarın!
Bir ömründə, iki ömür qışlayır,
Əldən gedib, kef-damağı Sərdarın!

Köç eyləyib El atası atası,
De, Göyçədə kimə dəyib xatası?!
Bir dərdi var, ulduzlara çatası,
Fəryad edir, od-ocağı Sərdarın!

Dəmir tək əyilsə, tərif istəməz,
Bir kimsədən söz götürməz, söz yeməz,
Nəsimi tək soyulsa da uf, deməz!
Ulu haqdı, tək dayağı Sərdarın!

Dəmir GƏDƏBƏYLİ.

P. S.

Ad günün mübarək a bəy!

————————————————————————————————-

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*