“… YAĞIR YER ÜZÜNƏ SÜKUT YAĞIŞI…” !!!

PAYLAŞIN

“ÇOXALIB TANRIYA UZANAN ƏLLƏR,

ONDAN İMDAD UMUR OBALAR, ELLƏR”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

TACLI VAHİMƏ

Dünya sakitliyə bürünüb, durub,
Yağır yer üzünə sükut yağışı.
Sanki bu dünyaya oyun qurulub,
Dəyişib Tanrının bizə baxışı.

Çətin imtahana çəkilmişik biz,
Qapanıb mənzilə yaşlı da, gənc də.
Kilsələr, məscidlər səssiz, səmirsiz,
Evlərdə edilir Tanrıya səcdə.

Əllərdə əlcəklər, qapalı üzlər,
Eynəklər altında gizlənib gözlər.
Qadağa qoyulub yaxın təmasa,
Mənzildən çıxan yox izın olmasa.

Təbiblər bürünüb bəyaz kəfənə,
Vahimə içində dolanır hər kəs.
Lənətlər oxunur ölüm səpənə,
İnsanlar boğulur, kəsilir nəfəs.

Yer üzü ölümlə təkbətək qalıb,
Bəşər kainatdan ismarıc alıb.
Ya insan insantək insan olacaq,
Ya Yer kürəsinə möhtac qalacaq!

Çoxalıb Tanrıya uzanan əllər,
Ondan imdad umur obalar, ellər.
Baxıb gülümsəyir göydən Yaradan,
Aləmi bir anda heçdən yaradan.

Deyir mən yaratdım səni, dedim: ol!
Demədim iblisə gedib qardaş ol.
Bu “taclı vahimə” günahlarındır,
Özün qazanmısan, özün xilas ol!

Dünya sakitliyə bürünüb durub,
Yağır yer üzünə sükut yağışı.
Sanki bu dünyaya oyun qurulub,
Dəyişib Tanrının bizə baxışı…

На изображении может находиться: Terane Memmed, цветок, природа и на улице, текст «Tarana Mammad»

 

 

 

 

 

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*