YANĞINLA BİRGƏ GƏLƏN MƏKTUB – TƏSADÜF YOXSA …!!!

PAYLAŞIN

“DİQLAS” YANĞINI DAHA HANSI SİRLƏRƏ AYNA TUTACAQ ???!!!

Dünən yan(dırıl)ıb küllə dön(dəril)ən “Diqlas” Ticarət Mərkəzinin sahibi kimi çeşidli mənbələr tərəfindən adı hallandırılan, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini General Əli Nqğıyevin, yüklü miqdar (200 000 dollar) rüşvət aldığını və idarənin gənc əməkdaşını zəhərlədərək öldürtdüyünü iddia edən bir açıq məktub sosial mediada və bəzi xəbər portallarında yayınlanıb.

İddianın işin gerçək tərəfi ilə nə qədər örtüşdüyünü söyləmək bizim çapımızı aşar, bunun üçün dövlət adına görəvli xeyli qurumlar var, bir zəhmət, görəvlərimi yerinə gətirsinlər…

Amma bu məktubu oxuduğum andan bir fikir məni rahat buraxmır. Deyirəm, görən bu məktubun yayınlanması ilə “Diqlas”ın yanmasının, ya da yandırılmasının bir əlaqəsi varmı? Zira hər iki olayın eyni gündə meydana gəlməsi sadəcə bir təsadüfdürmü, yoxsa …

…Açığı, yanan “Diqlas”ın qarşısında mətbuat xidmətinin verdiyi pozdan dalağım sancmışdı, burdan bir xəbər çıxar deyə…

————————————————————————————

P.S.

Fb-NİN GÜNDƏMİNDƏN

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*