“YAXIN DOSTLAR” NİYƏ “MEHRİBAN DÜŞMƏN” OLDULAR ???!!!

MÜƏLLİF:

“Qurban Məmmədovun “bazar”a girişi xaricdə və daxildə fəaliyyət göstərən xeyli qüvvələrin müştərilərini əllərindən aldı.”

—————————————————————————-

Zəruri qeyd:

Bu yazı redaksiyamıza adının açıqlanmasını istəməyən bir cəbhəçi dostumuz tərəfindən təqdim olunub. Burda yazılanlarla və gətirilən arqumentlərlə razılaşıb-razılaşmamaqla bağlı hər kəsin öz düşüncəsi ola bilər. Ancaq böyük ölçülərdə müəllifin gətirdiyi arqumentləri, gəldiyi qənaətləri və çıxardığı nəticələri mən də paylaşdığı üçün, yazının dərcinə qərar verdim. Açığı, burda yazılanlara sözügedən tərəf müqabillərinin, ən əsas da dostum Qurban Məmmədovun hansı reaksiyanı verib,  yazını nücə dəyərləndirəcəklərini  bilmirəm. Əslində bu mənə heç maraqlı da deyil, iştə bizim digərlərindən fərqimiz də budur və bizə görə, bu məmləkətdə danışmaq istəyən hər kəs danışa, cəmiyyətə nəsə demək istəyən hər kəs istədiyini deyə bilməlidi. Hətta bizim özümüzü belə rəncidə etmiş olsa da. Tək şərt müəllifin üslubunun doğru olması, əxlaq normalarını aşmaması və kimsənin şəxsinə və ya şəxsiyyətinə yönəlik təhqirlərin olmamasıdı, o qədər.  

Sərdar ƏLİBƏYLİ 

“Reket” redaktor

———————————————————————————-

Nahid Cəfərovun Qurban Məmmədovla yollarını ayırmasının əsil səbəbi, məncə, heç də üzdə elan olunduğu kimi maliyyə hesabatı tələb edilməsi ilə bağlı olmayıb. Burada gizlin bir səbəb var. Həmin səbəbin açılmasının Q. Məmmədovun bu gün də davam edən fəaliyyəti üçün əhəmiyyəti var. Əgər bu səbəb açıqlansa, Qurban bəyə qarşı olan bu günki çoxsaylı hücumların əsl səbəbinə aydınlıq gələr. Çox maraqlıdır ki, hətta Qurban Məmmədov kimi təcrübəli bir hüquqşünas belə, bu ayrılmanın əsl səbəbini tuta bilmədi. Bəlkə də bildi, amma onun xasiyyətinə bələd olanda görürsən ki, o, bu səbəbi bilsəydi, dərhal dilə gətirərdi.

İndi açıqlayım bu iki keçmiş dostun bir-birindən ayrılmasının əsil səbəbini şəxsən nədə görürəm. Xatırladım ki, Nahid Cəfərovun videomüraciətlərini çox diqqətlə izləyirdim. Onun, Qurban Məmmədov hələ Bakıda olarkən, canlı yayım vasitəsi ilə “Qurban bəy, gəlin Avropaya görək nə edə bilirik” müraciəti indi də yadımdadır. Və nəhayət Q. Məmmədov Avropaya gəldi, canlı yayımlara başladı. Az bir müddətdə özünə auditoriya yığan köhnə hərəkatçı kimlərinsə “bazarına” daxil olmağa başlamışdı. Bax, bu günki gündə ona qarşı olan hücumların çoxunun arxasında bu faktor dayanır…

Qayıdıram Nahid Cəfərova. Nahid Cəfərov az bir müddətdə xeyli populyarlıq qazanmışdı. Doğrudan da Qurban bəylə yaxınlaşmaq onun hərəkatını zəiflətdi. Onun yayımlarını izləyənlərin sayında da əhəmiyyətli azalmalar hiss olunurdu. Canlı yayımlarından birində N. Cəfərov son həftələrdə “OYAN”-a üzv olanların azaldığını etiraf etdi. Səbəbini belə izah etdi ki, biz vətəndaşlar qarşısında çox riskli tapşırıqlar qoyuruq, bu isə onlara təhlükə yaradır, o səbəbdən də “OYAN”-a müraciətlər azalıb. Amma Cəfərovun özü də yaxşı bilirdi ki, bu, onun ictimaiyyətə elan etdiyi səbəbdir. Bu yazının müəllifi olaraq şübhə etmirəm ki, N. Cəfərov özü, realda “OYAN”-a üzvlüyün azalma səbəbini Qurban Məmmədovda gördü. İndi sual olnur: Qurban Məmmədov nə etdi ki, “OYAN”-da problemlər başladı? Səbəbini burada izah etməyə çalışacam. Azərbaycanda siyasi proseslərə diqqət yetirən kütlənin sayı o qədər də çox deyil. Həmin kütlə siyasi informasiya aclığını bu sahədə fəaliyyət göstərən institutların verdiyi mesajları dinləməklə ödəyir. Hansı institut maraqlı, cəlbedici mesajlar verirsə, kütlənin baxışları həmin səmtə yönəlir. Nahid Cəfərov savadlı və nəzəri çıxışları ilə müəyyən kütlənin diqqətini özünə cəlb etmişdi. Hüquqşünas, köhnə hərəkatçı Qurban Məmmədov kütlə üçün daha maraqlı “kitab” olduğundan, insanlar onu oxumağa başladı. Bu “kitab”ın içində həyat təcrübəsi, köhnə hərəkatçılıq, islam dini, hüquq elmi, milli kişilik, türmə təcrübəsi və.s fəsillər var idi və indi də var. Şübhəsiz ki, Nahid Cəfərovun siyasi və nəzəri savadı Qurban Məmmədovun bu sadaladığım keyfiyyətləri qarşısında duruş gətirə bilmədi. Nahid Cəfərov bunu çox tez anladı. O, düşüncəsində Qurban Məmmədovu özünə köməkçi kimi görmək istəyirdi. Müdirlər özlərindən güclü müavin istəməzlər. Və ayrılmaq qərarını verdi.

Eynən N. Cəfərovla olduğu kimi, bu gün Avropada fəaliyyət göstərən mühacir Azərbaycanlıların bir hissəsinin də Q. Məmmədova qarşı olmalarının əsas səbəbi “bazar”dakı müştərilərinin hansısa hissəsinin Q. Məmmədova tərəf yönəlməsidir. Sual oluna bilər ki, əgər həmin qurumların məqsədi Azərbaycan xalqına kömək etməkdirsə, onda nəyə görə bu işlərə öz şəxsi maraqları prizmasından baxırlar? Burada qeyri-adi bir şey yoxdur. Həqiqətən həmin şəxslərin də, bu və ya dogər formada Azərbaycana kömək etmək istəkləri var. Eyni zamanda, bu insanların bəziləri  gördükləri işə həm də öz şəxsi biznesləri kimi baxırlar. Burada da qeyri-adi bir şey yoxdur. Lakin proporsiyanı düz bölmək lazımdır. Problemlərin çox zaman kökündə bu durur. İnsanlar nəinki yaxşı şeyləri, bəzən hətta pis şeyləri belə, bölüşmək istəmirlər. Fikrimi “Qabusnamə”dən bir məsləhətlə izah edim. Müəllif oğluna xitabən deyir ki, əgər din elmi ilə məşğul olsan çalış ki, həmin elmi bir sənətlə birləşdirəsən. Məsələn, qazılıq, mollalıq və s. kimi… Qoy həm ziyarət olsun, həm də ticarət. Bu yolla həm elmlə məşğul olarsan, eyni zamanda da ailəni dolandırarsan. Bütün mollalar özlərini islamın yayıcıları kimi təqdim edirlər. Lakin, bəzi hallarda yas yerini bölə bilmədiklərindən qovğaya çıxırlar. Siyasətdə də belədir, bir çox hallarda özünü “Azərbaycan xalqının maraqları uğrunda vuruşanlar” kimi təqdim edənlər, yas yerini bölə bilməyən mollaların günündədirlər. Baxın, özünü Azərbaycanda qanuni bir hökumət qurmaq yolçusu hesab edənlərin hansısa hissəsi, bu böyük amala həm də bir şəxsi işləri kimi baxırlar. İmkan olduqca, bu yolla dolanmalarını çıxarmağı da düşünürlər.

Nəzəriyyədən qayıdıram reallığa və  dediyim kimi, Qurban Məmmədovun “bazar”a girişi xaricdə və daxildə fəaliyyət göstərən xeyli qüvvələrin müştərilərini əllərindən aldı. Bu da, öz növbəsində, onların dolanmalarına ziyan verdi.) Baxın, Q. Məmmədova qarşı olan aqressiyaların əsas səbəbi budur.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*