“YAZIN… MEHRİBAN XANIMA YAZIN! XAHİŞ EDİN…”!!!

“BU HAKİMİYYƏT DEMOKRATİYA-MEMOKRATİYA HƏRRƏMİR…” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Nelson Mandela ola bilməyəcək “Həllac Mənsur” Mehman Hüseynov və…

…Eynulla Fətullayev aqibəti…

… Mən Mehman Hüseynovu türmədə olanda tanımışam. 2012-ci ildə Şirvan Apellyasiya məhkəməsinə gəlmişdi.
Həmkar kimi. Elə mənim məhkəmələrimə gələn ilk, yeganə və son həmkar o olub!

Mənə “kletka”da olduğum halda, 10 manat pul, bir blok “Vest” də verdi. Üstəlik də süjet də yayımladı!
Çıxdım. Aramadım. Amma izlədim. Sonra gördüm qana gedir. Bir dəfə hardasa Şeyxdən, daha doğrusu, onun qızından nəsə yazmışdı – Şeyxin özündən nəsə yazsaydı, özüm də paylaşardım. Türmə yoldaşlarımdan biri – Müzəffərin mən tutulanda Sumqayıtda çayxanada eşitdiyi sözü (“bu ölkədə əgər Aydın Canıyev də həbs olunursa, deməli, artıq kimi istəsələr tutacaqlar”) ona yazdım şərh yerində, statusunu silməyini xahiş etdim. Sağ olsun, sildi.

Çox maraqlıdır ki, bunu müsavatçı demişdi Müzəffər müəllimin yanında. Çox maraqlıdır ki, mənim türmə yoldaşım ehtiyatda olan hərbçi, hazırda isə qaçqınların orta məktəbində hərbi hazırlıq müəllimi işləyən gözəl bir insan idi. Qubadlının çox dəyərli kişilərindən birinin oğlu, çox böyük nəslin övladıydı. Şərlənmişdi. Amma yaxşı qurtardı – 1 illə, yəni “şokoladnıy srok”la.

Mehmanla əlaqəm olmurdu deyə, əndişəmi birbaşa statusuna yazdım. Və açıq. Ardınca inbox-una yazmadım və ya özünü tapıb üzünə demədim ki, çıx get ölkədən: “tyurma plaçet po tebe”. Ən azından qardaşı Emin bu ölkəni yaxşı tanıyırdı, bu ölkədən getmək yollarını bilirdi, ən azından Mehman da mən bildiyim qədərincə gözəl bilirdi ki, xalq, vətən adına mübarizəyə qalxanlar heç kimi göz önünə almırlar. Mehman bu ölkədə qalıb heç nə etməsəydi belə, onu tutacaqdılar. Ki… Emin sussun! Emin susmaz! Emin hara susur!?

Mehmana yazmadım, Mehmanı tapmadım!

Mehman Hüseynov özünü nağıl qəhrəmanı saymaqdaydı. İndi bu ölkədə nağıl danışmaq, nağıl qəhrəmanı olmaq ayrılarının monopoliyasındadı. Həm də axı, birbaşa olmasa da, bu hakimiyyətin məmurları ilə savaşda şərlənib həbs olunan biri olaraq, ona necə deyə bilərdim ki, savaşma, tutulacaqsan? Düşünməzdimi Aydın da satılıb? Deməzdimi hər gün bəs özün niyə yazırsan tutulub çıxandan sonra da?
Demədim.
Mən anam ölmədən çıxdım!
Mehmanın anası dözmədi!
İndi Mehman aclıq edir!
Mehman Hüseynov hələ bir öz yaşı qədər də orada qalacaq, çıxmayacaq – çünki bizim “ana müxalifət”in ideoloqlarının “raşot”una görə, bu hakimiyyət bir 26 il də nağdı yerində qalacaq.
Mehman Hüseynov Nelson Mandela qədər içəridə qalacaq, əgər… (“əgər”in nədənini açıqlayacam axırda)
Hərçənd o elə Mehmandır, Mandela deyil. Olmayacaq da!
Mehman Hüseynovdan elə Eynulla Fətullayev düzəltmək istəyəcəklər. Bu da alınmayacaq!
Mehman anasının əziyyətini Eynulla atasının zəhmətini qiymətləndirdiyi ölçülərlə qiymətləndirməyən bir özgür adamdır!
Mehman Eynulla kimi klan təmsilçisi olaraq içəri getməyib, onun kimi yeri gələndə biclik, yeri gələndə giclik məharəti yoxdur!
Mehman “qırmızı xətt”i sadəlövhlüyündən, sifarişsiz olaraq, tapdamış biridir! Bilmədən!!!
Və əslində, Mehman heç bu hökümət üçün heç bir təhlükə də daşımırdı, lazım olan bütün cəzaları quyruğunu tapdadığı oliqarxların hamısının əvəzinə ona verən olmuşdu!

Hesabla və ağılla bitməliydi bu çilə… “nu i no!”
Dedim axı, Mehman saf “kənd uşağı”ydı bu qatmaqarışıqlıqda.
Gərək anasının dəfninə buraxılarkən yanına gələn ağsaqqallar pıçıldayaydılar qulağına… nələrisə!

Bir vaxtlar Eynulla Fətullayevlə İlham Əliyevin üstünə gedənlər indi də əldən çıxan Eynullanın yerinə Mehmanla getmək istədilər!
Unutdular… bu, İlham Əliyevdir! Onunla şərtlə danışmaq olmaz!

Mehmanın Eynullalıq, Arazlıq etməyəcəyini bilən hakimiyyətin növbəti gedişini bilmək üçün baş lazımdır. Təəssüf ki, İlham Əliyevə “ana müxalifət”lik edənlərdə o baş yoxdur, olmayıb, olmayacaq da. Onlara lazımdır ki, əllərində “kozır” olsun!
Dünyanın bunlara bu qədər pul ayırmaqlarına baxmayaraq, Siyavuş Aslanın sözü yada düşür: “…oynamaqlarına bax!”
“Oynamaqları” cəhənnəmə, unudurlar ki, istər oyun kartlarını, istərsə də digər nələrisə necə qarışdırsalar da, İlham Əliyevdə həmişə “üç tuz” olacaq! Olub! Elədir də ki, var! Uzaqbaşı “şestyorka”ların sahibi olacaqsınız, müsəlmanın Əli şiəsi olsanız da, xristianın pravoslav İsa peyğəmbəri də! Sizin arif olmağınıza hələ çox var!

Və… “ictimai legitimliyi” olmayan hakimiyyətlə təpki dilində danışmağın məhvə apardığını anlamaq lazımdır!

Mehman Hüseynovun içəridən İlqar Məmmədovun və yaxud da Eynulla Fətullayevin qiyafəsində buraxılmasına çalışmaq heç də xilas deyil!

Mən hər gün izləyirəm… Mehman aclıq aksiyasını davam etdirdikcə… sevinirəm!

Biz analoqsuz ölkəyik və gözləyirəm ki, dünyada ən uzun sürən aclıq aksiyası keçirmiş məhbus kimi Mehmanın adı tarixə düşsün: bu hakimiyyətin və bu müxalifətin ümidinə qalsa, o oradan tarixə düşəcək qədər diri çıxmaz!
Biz türmədə ağzını tikənləri gördük!
Biz türmədə çəngəl udanları gördük!
Biz türmədə qıçsız dustaqları gördük!
Biz türmədə…
Yadıma Həllac Mənsur düşür! Qəfil qərar verirmiş ki, bir ay aclıq edəcəm! Aclığın 21-cimi, 25-cimi günündə dözülməz vəziyyətə çatanda itlərin qabağına sümük atırmış. Bir-biriylə boğuşan itləri nəzərdə tutub mədəsinə deyirmiş: buna görəmi sözüm sınsın?
Mehman Hüseynov Həllac Mənsur ola bilər! Elədir də ki var!
Elə də qəbul edin!

Bacarmırsınızsa dəstək olmağı, uşağı öldürməyin!
Heç kimi ittiham etməyin! Heç kimi günahkar bilməyin!
Adam öz xalqına töhfə vermək istəyir! Onu bu xoşbəxtlikdən məhrum etməyin!
Yox, əgər istəyirsinizsə, türmədən çıxsın, götürün birbaşa Mehriban xanım Əliyevaya yazın – çünki ölkə başçısı İlham Əliyev daha böyük işlərlə və daha çox azərbaycanlının taleyi ilə məşğuldir: KTMT, Qarabağ məsələsi, 5+2 rayon danışıqları imkan vermir…
Bax, yuxarıda “açmasını verəcəyəm” dediyim o “əgər” bundan ibarətdir. Siz Mehman Hüseynovun azad olunması üçün Mehriban xanım Əliyevaya yazmağı özünüzə rəva görmürsünüzsə, mən yazıram. Və nəzərinizə çatdırıram ki, “bu hakimiyyət demokratiya-memokratiya herremir” – ABŞ səfirliyinin əməkdaşı Conatan Henikin Emin Fətullayevə dediyi kimi. Unutqan olmayın!

Bu hakimiyət sizə o şərəfi yaşatmaz ki, ictimai təpki göstərəsiniz, o da sizin dustağı buraxsın. 25 ildir belə edirsiniz.

Yazın… Mehriban xanıma yazın! Xahiş edin… ölməyini istəmirsinizsə, azadlığını istəyirsinizsə Mehman Hüseynovun.
Əgər istəyirsinizsə…

Siz kimin xahişini kimdən etməyin lazım olduğunu bilmirsiniz!
Siz nə vaxt hansı addımı atmağı bilmirsiniz!
Odur ki, qurbanların sayı getdikcə çoxalır!

Mənə inanmırsınızsa, gedin Qənimət Zahid həbsdə olarkən “Azadlıq”da yazdığım “Mən ölərəm ikimizin yerinə” yazısını oxuyun.

Xatırladıram bir cümləni: “Cənab şeyx, ATƏT, AŞ PA, BMT boş şeydir, cənab prezidentə deyin ki, sizin hacınızı əfv etsin”.
Səhv etmirəmsə, Qənimət Zahid türmədən çıxandan sonra Şeyxə təşəkkür etmək üçün ofisinə getmişdi, o da orda olmamışdı, amma bu günə qədər də Şeyxin əleyhinə o qəzetdə yazı getməyib o vaxtdan…

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*