“YENƏ TUFAN GƏLİR QARŞI TƏRƏFDƏN, YENƏ AYRILIQLAR GƏLİR ÜSTÜMƏ…”!!!

PAYLAŞIN

“QƏBRİN NURLA DOLSUN, FİRUDİN ƏLƏKBƏRLİ” !!!

AXH İDARƏ HEYƏTİNİN BƏYANATI

Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü, Milli Azadlıq Hərəkatının ilk gündən fəal iştirakçısı, Milli hakimiyyət dönəmində Tovuz rayon Məhkəməsinin sədri, tanınmış vəkil, milli maraqlar uğrunda mücadilə aparan ictimai-siyasi xadim Firidun Ələkbərli xaincəsinə qətlə yetirilmişdir.

F.Ələkbərlinin qətli Azərbaycanda hakimiyyətin ən üst qatında olan şəxslər tərəfindən verilmiş və icra olunmuşdur. F.Ələkbərli ölkədəki əyriliklərə, oğurluqlara, qanun pozuntularına, hakimiyyətdə olanların harınlığına qarşı barışmaz mübarizə aparmış və bu yolda şəhid olmuşdur.

Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti Firidun Ələkbərlinin ölümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verir, bu qətlin sifarişçıiləri və icraçılarının tezliklə layiqli cəzalarını alacağını bildirir.

Ruhun şad olsun! Uğrunda mübarizə apardığın ideyalar qalib gələcək.

——————————————————————————————–

Bizi öldürürler, xeberimiz yox,
Bizi yandırırlar, koruq tüstüye;

Fb-NİN GÜNDƏMİNDƏN

Tovuzda, telebeliyi dövründen tanıdığım,dostluq elediyim, haqq-edaletın qoruyucusu, şeref ve leyaqetini her şeyden üstün tutan vekil Firudin Elekberovu öldürdüler!
Bu qaragüruhun haqq yolçularına
mesajıdı,gözünün odunu almaqdı,qorxutmaqdı!

Bizi öldürürler, xeberimiz yox,
Bizi yandırırlar, koruq tüstüye;
Yene tufan gelir qarşı terefden,
Yene ayrılıqdı gelir üstüme…

Bu terrora—tufana qarşı dayanmağa gücümüz çatacaqmı?!

Qebrin nurla dolsun, Firudin!

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*