YOL AZƏRBAYCANIN MİLLƏTLƏŞMƏSİNƏ, DÖVLƏTLƏŞMƏSİNƏ, BÜTÖVLƏŞMƏSİNƏ GEDƏN YOLDUR !!!

PAYLAŞIN

“ORDA BİR YOL VAR UZAQDA, GETMƏSƏK DƏ, VARMASAQ DA, O YOL BİZİM YOLUMUZDU …” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Bir çox hallarda, özümüzü və yaxud da dostlarımızı, Rəsulzadə-Elçi Bəy Yolunun yolçusu adlandırırıq. Kim mövcud rejimin əleyhinə danışırsa, əks tərəfi təhqir edirsə, yeri gəldi gəlmədi çoxmərtəbəli nalayiq sözlərə söyürsə, qeyri-etik qaydalardan istifadə edirsə, onlara da Rəsulzadə-Elçi Bəy yolçusu deyirik. Hətta bir çox “patriotlar”, Rəsulzadə-Elçi Bəy Yolunun nədən ibarət olduğunu anlamadan, bir az da irəli gedib, milləti mübariz olmamaqda suçlayır, xalqın ünvanına aşağılayıcı sözlər işlədir, xalqın mənsub olduğu dinə həqarət edir və sairə. Rəsulzadəyə, Elçi Bəyə və ümumilikdə Türk əxlaqına yaraşmayan metod və davranışlarla “mübarizə” aparırsa, hamısını Rəsulzadə-Elçi Bəy Yolunun yolçusu adlandırırıq…

Kimsə, Onları yaxından və uzaqdan tanıyanlardan, haqlarında, yazdıqları əsərlərdən oxuyub məlumatlı olanların hamısı; 

Elçi Bəyin, təhqirlə, söyüşlə, nalayiq sözlərlə danışdığını eşitdikmi..??!!!

Elçi Bəyin, xalqın ünvanına, millətin adına, vətənin şöhrətinə, dövlətin şanına, aşağılayıcı bir kəlmə işlətdiyini duyduqmu ?!

Elçi Bəyin dilindən, millətin, vətənin və dövlətin haqqında sevgidən, məhəbbətdən, başqa işlətdiyi bir lafın şahidi olduqmu?!

Elçi Bəyin Xalqın yanlış yolda olan övladlarına, öyüd və nəsihət verməkdən başqa bir təbini gördükmü?!
Elçi Bəy millətin haqq bağıran səsi, xalqın əsgəri olmadımı ?!

Elçi Bəy, hər kəsə öz qardaşı, bacısı, övladı, ağsaqqalı, ağbirçəyi kimi qucaq açıb, hər bir vətən övladını sevgiylə bağrına basmadımı ?!

Elçi Bəy, mənsub olduğumuz dinə, onun Peyğəmbərinə sayğıyla davranmadımı ?!

Elçi bəy getdiyi Yolda sədaqətli, vəfalı, əzabkeş, təmannasız olmadımı? Oldu, o oldu! Sadalamaqla qurtarmayan, çox əlçatmaz müsbət əməllərin sahibi oldu..! O oldu və ruhuyla da olmaqdadır… 

Bəs biz….?! 
Biz yanlışlarımızı aradan qaldırmadan, bu müqəddəs Yolda yürüyə, Azərbaycanın gələcəyini qura, bütövləşdirə bilmərik !!!

Bir çox insanlar da var ki, Elçi Bəyi, özünə lider yox, dost, yoldaş, silahdaş, əqidədaş bilir. Getdikləri müqəddəs Yola onun yolbaylıq etməsinə bütün məsuliyyəti ilə könül verdiklərini deyirlər. Yola ömürlük sədaqətli olacaqlarına söz verdiklərini, haqq işindən dönməyəcəklərinə əhd-peyman bağladıqlarını bəyan edirlər. Yolu başa vurmaq üçün, əxlaqdan, ədalətdən, sevgidən başqa davranış qaydalarının olmasının mümkünsüzlüyünü söyləyirlər. Yol davam etməkdədir. Yol Azərbaycanın millətləşməsinə, dövlətləşməsinə və bütövləşməsinə gedən Yoldur. 

Bu müqəddəs Yol millətə, vətənə, dövlətə olan sonsuz sevgidən, sədaqətdən və könül verilən sevimli Yolbaydan, bağlanmış əhddən kənarda gedilməz!
Allah yar və yardımçımız olsun !

Нет описания фото.

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*