YOLUMUZ HARADIR – İŞIQ GƏLƏN TƏRƏFƏ, YOXSA İT HÜRƏN TƏRƏFƏ? !!!

PAYLAŞIN

“Prezident bu məsələlərin həlli istiqamətində hansı addımlar atacaq? Yoxsa hər şey köhnə qaydada qalacaq?”!!!

FbNİN GÜNDƏMİNDƏN 

Prezident Adminstrasiyasına yeni, siyasi proseslərdə adı hallanmayan sədr təyin edildi. Maraqlıdır ki, o da “İçərişəhər” Qoruq idarəsində çalışıb.

Görünən odur ki, artıq Prezident Adminstrasiyasının rəhbəri vəzifəsi texniki xarakter daşıyır. Samir Nuriyev Ramiz Mehdiyevin ayaqqabısını geyinsə də, heç vaxt onun yerişini yeriyə bilməyəcək. Səbəbi odur ki, əvvəla, ona verilən görəv başqadır, ikincisi, nə onun siyasi çəkisi, nə təcrübəsi, nə də hakimiyyət ierarxiyasındakı statusu buna imkan vermir. Fikrimcə, o, Prezidentin Mətbuat Katibi Azər Qasımov kimi, faktiki olaraq çox az-az hallarda efirə çıxacaq.

İllərdir ki, həm Prezident Adminstrasiyasında şöbə müdiri, həm də Prezidentin Köməkçisi funksiyasını daşıyan təcrübəli məmurlar var ki, onların icra işlərini davam etdirəcəkləri , eyni zamanda, birinci Vitse-Prezidentin Adminstrasiyanın həqiqi pəhbəri kimi fəaliyyətinin daha aktiv fazaya keçməsi gözlənilir.

Aydın görünür ki, İlham Əliyev İndi özünü daha rahat hiss edir. Kadr sahəsində verilən qərarlar bunun bariz nümunəsidir və bu prosesin daha geniş miqyasda davam etdiriləcəyi bildirilir.

Yeni təyin olunan kadrların özlərini necə göstərəcəkləri üçün müəyyən zaman keçməsinə ehtiyac var, amma qərbin, beynəlxalq təşkilatların kadr islahatları ilə bağlı təklifləri, təkidləri qarşısına İlham Əliyev daha əli bütöv halda çıxır.

Amma Sərbəst toplaşmaq azadlığının təmin olunmasında, seçki islahatları məsələsində hakimiyyət çox zəif durumdadır. Prezident bu məsələlərin həlli istiqamətində hansı addımlar atacaq? Yoxsa hər şey köhnə qaydada qalacaq?

Hakimiyyətin nəzarətində olan media strukturlarında çalışan bir kəsim var, eyni zamanda, saxta seçki nəticəsində Milli Məclisin deputatı statusunu daşıyan başqa bir kəsim var ki, bunlar hər vəchlə münasibətləri kəskinləşdirməyə, körükləndirməyə, düşmənçilik səviyyəsinə qaldırmağa çalışırlar. Əsas amacları ölkədə demokratik seçkilərin keçirilməsinə mane olmaqdır. Dəqiq bilirlər ki, demokratik seçkilər daşları yerinə otuzdurur və ona bunlar kimi adamlara yer olmur, çörəkləri kəsilir.

İndi təyin edək.
Ya işıq gələn tərəfə getməliyik, ya da it hürən tərəfə…

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*