ZƏLİMXAN MƏMMƏDLİ HAKİMİYYƏTİ VƏ SİYASİ ELİTANI GÖRƏVƏ ÇAĞIRDI !!!

PAYLAŞIN

“GÜRCÜSTAN HAKİMİYYƏTİ TƏRƏFİNDƏN AZƏRBAYCANA QARŞI TƏHDİDLƏR DURDURULSUN!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Zəlimxan Məmmədlinin Gürcüstan sərhəddində baş vermiş saxtakarlıqla bağlı

B Ə Y A N A T I 

2014-cü ilin oktyabr ayının 19-dan Gürcüstana girişimə əsassız olaraq qadağa qoyulub. Bu İvanişvili hakimiyyətinin soydaşlarımıza və Azərbaycan xalqına, eyni zamanda Türk dünyasına şüurlu şəkildə hörmətsiz yanaşmanın təzahürü idi. Bunun ardınca 2009-cu ilin iyul ayının 26-dan Dmanisinin Armudlu yaylağında keçirilən mədəni-kütləvi tədbir olan “Borçalı Türklərinin Elat Mədəniyyəti günü-Elat bayramının gürcülərin“Dmanisoba”sı ilə əvəzlənməsi artıq İvanişvili iqtidarının məhz Kremlin missioneri kimi Gürcüstan rəhbərliyinə gətirilməsinə , xalqlarımız və dövlətlərimiz arasında etimadı sarsıdaraq yeni toqquşma ocağı yaratmağa görəvləndirildiyinə işarə idi. Bu vaxta qədər “Borçalı Cəmiyyəti” və şəxsim bütün hüquqi və diplomatik vasitələrdən istifadə edərək bu qanunsuzluqların aradan qaldırılmasına çalışmamıza baxmayaraq Bdzina İvanişvilinin antimilli iqtidarı xətalarını düzəltmək əvəzinə əlavə problemlər, gərginliklər yaratmaqda davam etməkdədir. Gürcüstan iqtidarının son zamanlar “Keşikçi dağ” kompleksi ətrafında süni şəkildə gərginlik yaratma cəhdi, sərhəddimizdə pozucu zümrənin xüsusi hazırlıqla Azərbaycan əleyhinə iddialar irəli sürməkləri Gürcüstan iqtidarının niyyətinin tam riyakarlıq olduğunu nümayiş etdirdi. 

12 may tarixində həyat yoldaşımla saat 10 radələrində Qırmızı Körpü sərhəd-keçid məntəqəsində Gürcüstana keçmək üçün sərhəddə Gürcüstanın pasport nəzarəti nümayəndəsinə pasportumu təqdim etdim. Yoldaşım qonşu pasport nəzarətindən rahat keçdi. Mənim isə pasportumu açıb, tərəddüd etmədən Gürcüstana girişi bildirən möhürü pasportuma vurdu. Bu an nəzarətçi xanımın gözü kompyuterdə mənim haqqımda çıxan məlumatlara sataşdı. Mənə gözləməyi məsləhət bildi. Harasa getdi. 30 dəqiqə sonra qayıdaraq:- “siz Gürcüstana girə bilməzsiniz” deyərək pasportumu qaytardı. Nə üçün olmaz, sualıma isə, bizlik deyil, yuxarıdan belə qərar veriblər,- dedi. Təbii ki, bunu gözləyirdim. Facebookda baş verənlərlə canlı yayımla bəyanatımı verdikdən sonra geri – Azərbaycana dönmək qərarını verdik. Açığı pasporta baxmaq haqda düşünməmişdim də. Azərbaycan sərhəddində pasport nəzarətində bəlli oldu ki, mənim 20.05.2018-ci ildə aldığım təzə pasportumun bir vərəqi qopardılmışdır. İlk qənaətim bu oldu ki, Gürcüstan pasport nəzarətində çalışan xanım səhvən vurduğu Gürcüstana giriş möhürünün izini itirmək üçün mənim mülkiyyətimi, şəxsi pasportumu zədələməkdən- onun möhür vurduğu vərəqi cinayətə əl ataraq cıraraq gizlətmiş, mənə bildirmədən əlavə cinayət işləmişdir. 

Şəxsim bu hadisəni törədənləri ittiham edir, Gürcüstan sərhəd nəzarət və digər xidmət orqanlarının cinayət əməli törətdiklərini bəyan etməklə, Azərbaycan Prezidentdən bu hadisəni nəzarətə götürməsini xahiş edir, hüquq mühafizə orqanlarının Gürcüstanın müvafiq orqanları qarşısında mənim pozulan hüququmun təmini, pasportumu zədələmiş pasport nəzarətinə məsul şəxsin və rəhbərliyin aşkarlanaran məsuliyyətə cəlb olunmasını tələb edirəm. 

Eyni zamanda Gürcüstanın siyasi hakimiyyəti tərəfindən Azərbayacana qarşı təhdidlərin durdulması istiqamətində daha təsirli addımlar atılmasını Azərbaycan siyasi hakimiyyətindən, ictimai-siyasi elitasından tələb edirəm.

“Borçalı Cəmiyyəti”nin sədri

Zəlimxan MƏMMƏDLİ

0099450 3237525 mob;

Email: – borchali.orq@gmail.com

13 may 2019-cu il.

Bakı şəhəri

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*