ZƏMANƏMİZİN QƏHRƏMANI VƏ YA ƏSRİMİZİN “KOR OĞLU”SU !!!

PAYLAŞIN

Sərdar Əlib.Sərdar Əlibəyli

“ARİF OLANA BİR İŞARƏ DƏ YETƏR”!!!

BƏS ARİF ALIŞANOV OLANA NECƏ ???

 
Qulu M.-0809arif alışanovBu gün Qulu Məhərrənmlinin növbəti məhkəməsidi. Arif Alışanov, “Bir qasiddən vəbər aldım, beşdi qalanın yolları” – deyən Koroğlu misalı, Qulu Məhərrəmliyə qarşı, bütün mümkün cinahlardan hücuma keçib. Sabah Yasamal Rayon Məhkəməsində davam edəcək prosesdə isə xüsusu ittiham qaydasında professorun həbsini istiyən bu ” QOÇ KOR OĞLU”, Nəsimi Rayon Məhkəməsində də şərəf və ləyaqət davası açaraq, dilçi alimdən 100 000 manat təzminat istiyir.
 
Bəlkə də bu məsələyə o qədər də diqqət ayırmağına dəyməzdi və baş verənlərə normal hüquqi prosedur kimi baxıb, üzərindən keçmək də olardı. Amma, işin nçində bir-iki məqam var ki, bunu mümkünsüz edir:
 
İlham Əliyev1. Arif Alışanov sıradan bir telekompaniyanın deyil, büdcədən maliyyələşən Dövlət Televiziyasının rəhbəridir və televiziyaçılıq, azad söz, müstəqil mətbuat, cəmiyyətdə fikir müxtəlifliyinə, demokratik ənənələrə münasibət baxımından məhz dövlətin izlədiyi siyasətin örnəyini, nümunəsini nümayiş etdirməyə bocludur. İndi hətta prezident İlham Əliyevin özünün belə, mediada və sosial şəbəkələrdə Arif Alışanovqat-qat sərt tənqid olunması, hətta bir çox hllarda açıq formada təhqir edilməsi faktina, prezidentin nə qədər dözüm və səbrlə yanaşması ortadaykən, Arif Alışanovun məhkəmələrdən, orta çağ mollalları stilində, falaqqa kimi istifadə etmək cəhdinin adı nədir? Bu mənada, cənaab Alışanov mədrəsə mollasını, Məhərrəmli isə “cim zəbər cim”i mollanın istədiyi formada “ləbbeyk” eliyə bilmədiyindən, ayaqları falaqqaya salınmaq istənən kasıb kəndli balasına çox bənziyirlər. Nə yazıq ki, bütün bunlar XXI əsrin əvvəlində, falaqqasivil və hüquqi dövlət qurduğunu bəyan eliyən bir məmləkətdə yaşanır və bəşəriyyətin də, qoca Şərqin də  qara röya kimi çoxdan unutduğu falaqqaların rolunda, bu məmləkətin məhkəmələri, çubuqvuranları rolunda isə hakimləri çıxış edirlər…
Oysa, bu adam ya özünü prezidentdən belə üstün bilir, tutur və hətta bunu açıq nümayiş elətdirməkdən çəkinmir, ya da prezidentin şəxsi nümunəsində və açıqlamalarında izlədiyi, örnək verdiyi siyasəti bilərəkdən sabotaj etməklə məşğul olur.
Qulu M.-Arif A.2. Arif Alışanovun hədəfə aldığı şəxs, media aləminə dünən-srağagün ayaq basıb, bu gün özünütəsdiq üçün çılğınliq eliyən gənc və həvəskar bir jurnalist deyil, 30 ildən artıq bir zaman kəsiyində, istər televiziyaçılığın, istərsə də dilçilik elminin avanqard təmsilçilərindən biri konumuna gəlmiş, hər iki sahədə beynəlxalq ekspert səviyyəsində qəbul olunan bir avtoritetdir. Konkret halda Qulu Məhərrəmliyə verilən ciddi və geniş ictimai dəstək də elə bununla bağlıdır. Yoxsa, Şirməmməd Hüseynovdan tutmuş, Musa Yaquba qədər, çox geniş spektri əhatə və təmsil edən, ictimai rəyi gerçəkdən yerindən oynatmaq gücündə olan böyük bir kütlə Qulu müəllimin qara qaşına, ala gözünə aşiq olmuyub haa. Özü də Qulu Məhərrəmli professor tituluna da, televiziyacılıq sənətinin sirlərinə də elə belə, ya pul, ya da vəzifəli, imkanlı “dayıları”nın hesabına, xalça üzərində yiyələnməyib və onun xalq arasındakı nüfuzunun bəlirli səbəbləri var. Həmçinin də, Alışanovun hesaba qatmaq üçün ağlının yetərli olmadığı həqiqi səbəblərdən biri də budur.
 
Koroğlu

… Yox, adam hələ də özünü “KOROĞLU”, AzTv-ni isə ona minmək üçün verilmiş “QIRAT” hesab eliyirsə, buyursun, elə o ruhda və o həvəslə davam eləsin.

 

Bu məqamların sayını artırmaq, məsələnin nə normal məntiqə, nə də çağdaş dünyanın çoxdan sahibləndiyi dünyəvi və bəşəri ənənələrə sığdığını göstərə bilmək üçün onlarla səbəblər göstərmək, nümunələr gətirmək mümkündür. Amma “ARİF OLANA BİR İŞARƏ DƏ YETƏR” misalı davanmaq indiki situasiyada ən doğru addım olar deyə düşünməkdəyəm. Yox, adam hələ də özünü “KOROĞLU”, AzTv-ni isə ona minmək üçün verilmiş “QIRAT” hesab eliyirsə, buyursun, elə o ruhda və o həvəslə davam eləsin. Hər halda adam yalnızca ARİF deyil, həm də  Arif Alışanov olduğunda işarələrin sayının nə qədər ilacağına yaxın günlərdə, daha doğrusu məhkəmələrin bitişində aydınlıq gələcək. Zatən, artıq işarələrin sayı uöz minləri keçib…

Fəqət, dünyanın belə dolaşıq vaxtında, ölkədə, zatən söz azdlığı və demokratik ənənələrin mənimsənilməsinnən bağlı bu qədər içli-dışlı problemlər varkən, məmləkət müharibə alovuna bürünəcək haldaykən, dövlətin əsas ruporu və dövlət siyasətinin bir nömrəli təbliğatçısı və təşviqatçısı olmalı şəxsin, özünün şərəfini və özünün ləyaqətini qorumaq amaclı davaya çıxmasının hesabı yəqin sorulur bir gün. Mənnən deməsi, “KOR OĞLU”luq iddiasına düşmüş adam, əvvəl düşün, sonra daşın və deməi demə !!!!!!!!!!!!!!!!!!!!

P.S.

Bu gün 14.00-da Nəsimi Ryon Məhkəməsində Qulu Məhərrəmli barəsində çiayət istintaqının başlanıb-başlanmamasına qərar veriləcək. Və burda tarixi bir ilkin yaşanacağı gözlənilir. Ötən iclasda hakim, cənab Alışanovun şəxsən məhkəməyə təşrif gətirərək, özünün şərəf və ləyaqətinin necə tapdanması barəsində danışmasına qərar verib. Bu məntiqlə sabah, son illərdə ilk dəfə iri çaplı iddiaçının özü məhkəmədə ifadə verəcək. Hər halda Qulu M.-2Alışanovun dövlətin təbliğat bə təşviqat maşınının başında dayanan bir şəxs olarah hansı ritorikaya, necə nitq qabiliyyətinə sahib olduğunun canlı şahidi olmaq imkanımız olacaq. Əslində prosesin özündən çox, bu boyutu maraqlıdı.

P.P.S.

Hakimin cinayət təqibi ilə bağlı alacağı qərara gəlincə isə, ölkənin idarəetməsində kimin, ya da kimlərin söz sahibi olacağına aydınlıq gətirilmiş olacaq. Zira, sözdə prezidenti fanatcasına sevdiklərini deyən və har addımında onu örnək tutan, göstərən, arxasında gillənən bəzi məmurlar, əməldə onun hərəkətləri və açıqlamaları ilə daban-dabana zidd olan addımlar atırlarsa, ata bilirlərsə, bu artıq üzərində ciddi düşünülməli haldır. Yəni, əcəba, oyunu mərkəzində kimlər var və top kimdədir sualının cavabı qismən də olsa, bu məhkəmədə verimiş olacaq.



 ÇAĞDAŞ POEZİYAMIZDAN ZAMANA AYNA TUTAN NÜMUNƏLƏR

 ayaz arabaçıAyaz ARABAÇI

BİRLƏŞMƏSƏ ARAZIN BU TAYIYLA, O TAYI 

Çatmır, kimsəyə çatmır, səsi-ünü,harayı,
Ağırdı, çox ağırdı bu millətin şələsi.
Birləşməsə Arazın bu tayıyla, o tayı,
Uzanacaq yüz il də Qarabağ məsələsi.
Tüpür, şərəfsiz ömrə, tüpür beş arşın bezə,
Var-dövlət peşindədir, satqın rəyasətçilər.
Qoşul içində birlik daşıyan hipotezə,
Qoy nə deyirsə desin göyçək siyasətçilər.
Bilirik hardan gəlir, kimdən gəlir əmrlər,
Yağılar dayanıbdı, yağıların dalında.
Bizimkilər deməyə cəsarət eləmirlər,
Bir cəllad cənubunda, bir cəllad şimalında.
Pərdələri cırılmış sinəmizi tar kimi,
Yalançı dualarla nə qədər cilalayaq..
Yeyib bitirəcəklər bizi canavar kimi,
O taydan əlli milyon olmasa bizə dayaq.
Kimə gərək pudralı demokratik qurumlar,
Əlli cür qətnamədən ərimirsə o buzlar.
Hər gəlişin-gedişin bir ayrı məqsədi var,
Bizə gün ağlamazlar axtalanmış xoruzlar.
Həp əyri düsturları alfa, betta və qamma,
Babaları xeyrinə fələkdən keçirirlər.
Başlarına daş düşür bizə çatanda,amma,
Bizim hər işimizi ələkdən keçirirlər.
Bu millət bütöv ocaq, bütöv köz olmalıdı,
İki vətən deyəndə ət kəsirlər ətimdən.
Böyük masalar üçün böyük söz olmalıdı,
Kimsə sapdıra bilməz məni qənaətimdən.
Çatmır,kimsəyə çatmır səsi-ünü,harayı,
Ağırdı,çox ağırdı, bu millətin şələsi.
Birləşməsə Arazın bu tayıyla, o tayı,
Yüz il də uzanacaq Qarabağ məsələsi…

Araz

***

AləmzərAləmzər SADIQQIZI

BİR ATƏŞ KƏSİLİB, MİN ARZU SUSUB

” Dəli bir ağlamaq keçir könlümdən….”

                             Nüsrət Kəsəmənli

Elə tükənmişəm dözüm qarışıq…
Buludlar nə yaman keçir könlümdən
Göz yaşım sel olub yanağım altda…
Dəli bir ağlamaq keçir könlümdən!
Bir atəş kəsilib, min arzu susub…
Qarabağ sevincə tamarzı susub.
Sözlərim lal olub varağım altda…
Dəli bir ağlamaq keçir könlümdən!”
Yenə bölünmüşəm, tikələnmişəm…
Ən son ümid kimi çiliklənmişəm.
Torpaq sızıldayır ayağım altda…
“Dəli bir ağlamaq keçır könlümdən!”
Hər şəhid məzarı bayrağa dönüb…
İndi bayrağımda silaha çönüb…
Çöküb o bayrağın ayağı altda…
” Dəli bir ağlamaq keçir könlümdən!
6.4.2016.

Boz Qurd-bayraq

1 Comment

  1. arif alishanov kimileri vezifeye (ferqi yoxdur hansi vezifeye) gertiren rejimi söymekden bashqa söz qalmayib. Rejimin (hakimiyytein ) ünvanina deyilmeli olan bütün sözler (teklifler,istekler ve s.) deyilib.rejim bir daha sübut edir ki onun temsilchileri arasinda meneviyyati olan bir dene de adamcigaz yoxdur ki desin daha bu qeder de yox de ,dayanin. alshanov ,,Qir ati” yox , ,,yap” ati minib isteidyi kimi chapir. Ne qeder ki bu ,,yap” adli at var arifler Azerbaycani alishidirb tüstüye bürüyecekler.

Leave a Reply

Your email address will not be published.


*