“ZAMANSIZ GƏLMƏ, ÖLÜM, ŞUŞANIN TORPAĞINA ÜZÜMÜ QOYMAMIŞAM”!!!

PAYLAŞIN

“ZAMANSIZ GƏLMƏ, ÖLÜM, BU VƏTƏNİN DAĞINA, DAŞINA DOYMAMIŞAM”!!!

Bu şeir real heyat hekayesidir. Cəbrayılın azad olunması zamanı yaralanmış bir əsgərin arzularını anladır…

ZAMANSIZ GƏLMƏ, ÖLÜM

Zamansız gəlmə, ölüm!

Hələ sevmək arzusu,

sevilmək istəyi var.

Vaxtsız gəlsən, ömrümdən,

dərdləri yığıb apar.

Zamansız gəlmə, ölüm!

Bu Vətənin dağına,

daşına doymamışam.

Şuşanın torpağına,

üzümü qoymamışam.

Zamansız gəlmə, ölüm!

Burnuma yeni gəlir,

qələbənin ətiri.

Bu payız ömrümüzə,

qızıl günlər gətirir,

Zamansız gəlmə, ölüm!

Hələ nurüzlü anam,

nəvə yolu gözləyir,

Qardaş, bacı: “Toyunda,

bir qol oynayım” deyir.

Zamansız gəlmə, ölüm!

Bir az gözləmədə qal.

“Şuşa” deyən ruhumu,

sən, Cıdır düzündə al.

Zamansız gəlmə, ölüm!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*